USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Neft bahalaşmasa neçə il dözə bilərik - ekspertdən açıqlama

İqtisadiyyat

9-07-2020, 17:00

Neft bahalaşmasa neçə il dözə bilərik - ekspertdən açıqlamaBir neçə gün əvvəl yerli telekanallara müsahibə verən prezident İlham Əliyev koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına ciddi təsir etdiyini bildirib. Qeyd edib ki, dünya bazarlarında neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, altı ay ərzində ölkənin valyuta ehtiyatları cəmi 98 milyon dollar azalıb: “Biz daha da böyük düşmə, tənəzzül gözləyirdik. Əgər bizim büdcəmizdə neftin qiyməti 55 dollar hesablanıbsa, altı ay ərzində neftin orta qiyməti 38 dollar olub. Yəni bu, bizim üçün böyük itkidir. Bəzi günlərdə daha aşağı düşürdü. Hətta bildiyiniz kimi, özünü müxalifət adlandıran bəzi nümayəndələr bir-birini təbrik edirdilər, toy-bayram edirdilər ki, neftin qiyməti 14 dollara düşüb və beləliklə, ölkə böyük problemlərlə üzləşəcək. Hesab edirəm ki, bu gün neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir də özünü müxalifət adlandıran antimilli şura. Çünki hər ikisi Azərbaycan dövlətçiliyinə düşmənçilik hissləri ilə yaşayır. Bunu Azərbaycan xalqı bilməlidir. Amma mən demişəm, neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik”.

Prezident kölgə iqtisadiyyatına qarşı həyata keçirilən tədbirləri xüsusi qeyd edib: “Bizdə qeyri-formal sahədə bəlkə də hələ yüz minlərlə insan işləyir və əminəm ki, onlar da tədricən kölgə iqtisadiyyatından ağ iqtisadiyyata keçəcəklər. Bu islahatlar, eyni zamanda, büdcə gəlirlərində də özünü göstərdi. Ancaq altı ay ərzində vergi və gömrük orqanları büdcəyə proqnozdan əlavə 423 milyon manat cəlb edə biliblər. Bunun 98 milyon manatını gömrük, qalan böyük hissəsini vergi orqanları təmin edib. Nəyin hesabına? Məhz şəffaflığın, dürüstlüyün hesabına, kölgə iqtisadiyyatının daralmasının hesabına. Yəni, biz bu islahatları ən böhranlı məqamda da aparırıq və gözəl nəticələr əldə edirik”.

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, Azərbaycanın neftin 14 dollar qiymətinə dözüm əmsalını bir neçə aspektdən qiymətləndirmək mümkündür: “Bunu hesablamaq üçün müxtəlif amillər nəzərə alınmalıdır. Əgər neftin qiyməti uzun mddət 14 dollar olarsa, bu o deməkdir ki, biz bu məhsuldan gəlir götürməyəcəyik. Çünki 14 dollar faktiki olaraq neftin maya dəyəridir. Bu qiymətlə Neft Fonduna da neftdən vəsaitlərin daxil olması dayanacaq. Bu halda biz məcburuq ki, büdcəni ən azı builki həddə saxlamaqla xərcləri icra etmək üçün Neft Fondundan xərcləmələri davam etdirək. Yaxud oradan daha yüksək həcmdə vəsait götürək. Çünki büdcə xərcləmələri Azərbaycan iqtisadiyyatında hökmran mövqeyə sahibdir, iqtisadiyyatın artımı büdcə xərcləmələrinin həcmindən çox asılıdır. Məsələn, tikinti sektorunun iqtisadiyyatımızda payı yüksəkdir. Son illərdə bu sektor dövlət investisiyaları hesabına inkişaf edir. Bu investisiyaları dayandırsaq, tikinti sektorunu, o isə ölkənin Ümumi Daxili Məhsulunu geri çəkəcək. Bu şəraitdə biz məcburuq ki, strateji valyuta ehtiyatlarımızın xərclənməsi hesabına davam gətirək. Mövcud ehtiyatlarımızla haradasa 5-6 il ayaqda qalmaq mümkündür”.

Ekspert qeyd edir ki, dünyada baş verən böhran, birjalarda, fond bazarlarındakı dəyərsizləşmələr Dövlət Neft Fondunun aktivlərini də dəyərdən salır: “Neft Fondu birinci rübdə bu böhran nəticəsində 1,9-2 milyard dollara yaxın itkiyə məruz qalıb. Bunu da nəzərə almaq lazımdır. Əgər biz fondun aktivlərini valyutaya çevirib xərcləməyə başlasaq, qeyd etdiyim qədər davam gətirə bilərik. Bu zaman fonddan builki qədər - 11,3 milyard manat büdcəyə transfertlə bütün sosial proqramlarını icrasını təmin etmək mümkündür. Belə variant da mümkündür ki, iqtisadiyyatın neftdən asılılığını azaltmağa yönəlmiş real və effektiv proqramlarla ortamüddətli dövrdə digər sektorlardan gəlirlərin artımına nail olunsun. Düzü, indiki şərtlərlə bunu tam real hesab etmirəm, ən azı ona görə ki, son illərdə bu məsələ barədə çox danışılıb, amma görülən işlər ciddi bir nəticə əldə etməklə sonuclanmayıb. Bu ilin birinci rübündə neftin aşağı qiymətinə görə ölkənin tədiyə balansında 1,3 milyard dollarlıq kəsir yaranıb. Onu Neft Fondunun büdcə öhdəliyini vaxtından əvvəl icra etməsi yolu ilə qapadıblar. Neft uzun müddət aşağı qiymətdə qalsa, tədiyə balansında yaranacaq kəsiri necə qapatmaq olar - yalnız Neft Fondundan büdcəyə transfertlər hesabına buna nail olmaq mümkün deyil”.
“Yeni Müsavat”

Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

3-07-2020, 15:30

Azərbaycan nefti 44 dollara yüksəlib

İqtisadiyyat

1-07-2020, 17:12

Azərbaycan neftinin qiyməti 43 dolları ötüb

İqtisadiyyat

25-06-2020, 09:02

Neft yenidən ucuzlaşır

İqtisadiyyat

19-06-2020, 15:11

"Brent" markalı neftin qiyməti 42 dolları ötüb

İqtisadiyyat

15-06-2020, 10:33

Neftin qiyməti həftəyə azalma ilə başladı

İqtisadiyyat

21-05-2020, 14:55

“Brent” markalı neftin qiyməti 36,41 ABŞ dollarına çatdı

İqtisadiyyat

6-04-2020, 09:00

Neftin qiyməti növbəti dəfə ucuzlaşdı

İqtisadiyyat

25-03-2020, 09:47

Neft bahalaşdı

İqtisadiyyat

24-03-2020, 11:52

Neftin qiyməti artır

Son xəbərlər
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • 17-09-2026, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • 17-09-2026, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
Daha çox
Çox oxunanlar
16-09-2026, 12:06
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
16-09-2026, 16:10
Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
16-09-2026, 13:20
“AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
15-09-2026, 19:40
“AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
17-09-2026, 17:06
Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
17-09-2026, 16:04
Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə