Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Gürcüstana getmək istəyənlərə çağırış vərəqəsi verildi

Gürcüstana getmək istəyənlərə çağırış vərəqəsi verildiSəfərbərlikdən yayınan və Rusiyadan Gürcüstana getmək istəyən 180-dən çox şəxs sərhəddə çağırış vərəqəsi alıb.

Axar.az xəbər verir ki, bu barədə Şimali Osetiya hərbi komissarının müavini Abril Abdullayev məlumat verib.

“Şimali Osetiya ərazisində Rusiya və Gürcüstan sərhədində 180-dən çox çağırış vərəqəsi təqdim edilib. Çağırış vərəqələri ölkənin müxtəlif regionlarından Gürcüstana getmək üçün növbə gözləyən vətəndaşlar tərəfindən alınıb”, - o bildirib.

Qeyd olunur ki, Gürcüstanla sərhəddə hərbi xidmətə çağırış üzrə operativ qrup işləyir və qismən səfərbərliyə məruz qalan Rusiya Federasiyasının vətəndaşlarına çağırış vərəqələri verilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ