
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində axtarışda olan ümumilikdə 135 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan şəxslərdən 109-u borclu şəxs qismində axtarışda olub.
Axtarış tədbirləri nəticəsində saxlanılan şəxslər aidiyyəti üzrə təhvil verilib.