USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Qırğızıstanın Oş vilayətinin Kara-Suu şəhərində yerləşən folqa fabrikində yanğın baş verib.
Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin Oş regional departamentinin məlumatına görə, yanğının söndürülməsi üçün əraziyə iki yanğınsöndürmə və xilasetmə bölməsi cəlb edilib.
Hadisə yerində yanğının qarşısının alınması istiqamətində tədbirlər görülüb.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hadisə nəticəsində dəymiş maddi ziyanın məbləği dəqiqləşdirilir.
Yanğın zamanı xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.