USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Sumqayıt şəhərində ata ilə oğul arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.
Hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib. Məlumata görə, mübahisə zamanı 1998-ci il təvəllüdlü Sumqayıt sakini Təhmasib Novruzov bıçaqlanıb.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxsin zərərçəkənin atası, 71 yaşlı Nadir Novruzov olduğu müəyyən edilib.
Nadir Novruzov polis tərəfindən saxlanılıb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.