USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Goranboyun icra başçısınının Əlikram Hümbətovla əlaqələri ifşa edildi -- GÜNDƏMI ZƏBT EDƏN ŞOK MƏLUMATLAR

Bölgə

12-04-2020, 13:51

Goranboyun icra başçısınının Əlikram Hümbətovla əlaqələri ifşa edildi -- GÜNDƏMI ZƏBT EDƏN ŞOK MƏLUMATLARArtıq bir müddətdir ki, Azərbaycan Respublikası Prezidentinin 05 aprel 2019-cu il tarixdə imzaladığı Sərəncam əsasında, Goranboya rəhbər təyin olunan Quliyev Məhərrəm Böyükağa oğlunun yarıtmaz idarəçiliyi səbəbindən, rayon ərazisində əmələ gələn hər cür qanunsuzluqlar, özbaşınalıqlar, süründürməçiliklər və s. haqda bəzi media qurumlarında silsilə tənqidi açıqlamalar yayımlanmaqdadır.

Sözsüz ki, dərc olunan, yaxud da yayımlanan hər bir məqalənin müəyyən əsasları var ki, adı çəkilən bu şəxsin yarıtmaz fəaliyyəti bu gün də daha çox ictimailəşdirilir. Məsələnin düşündürücü tərəfi isə ondan ibarətdir ki, ayrı-ayrı media qurumlarında tirajlanan bu tip açıqlamalarda Məhərrəm Quliyevin bugünkü fəaliyyəti gündəmə gətirilsə də, şübhələrlə dolu keçmişi bir daha xatırlansa da, nədənsə qarşı tərəf susqunluq nümayiş etdirir və hələ də səslənən ittihamların heç birinə hərhansı formada cavab verilmir. Deməli, atalar demişkən “susmaq razılıq əlamətidir”. Araz.az saytı olaraq indiyə kimi media üzərindən apardığımız araşdırmalar zamanı yayılan məlumatların təkzib olunması faktına heç bir halda rast gəlməmişik. Bugünlərdə isə, Goranboya rəhbərlik edən Məhərrəm Quliyevlə bağlı ortaya daha çox faktlar çıxıb. Daxil olan faktların içərisində ən əsası, adı çəkilən bu şəxsin gənc yaşlarında ikən aktiv siyasi proseslərə qoşulması iddialarıdır. Düşündürücü hal odur ki, Yeni Azərbaycan Partiyasının üzvü olan və hal-hazırda rəhbər vəzifə daşıyan bu şəxsə məxsus vikipediya məlumatlarında, onun tərcümeyi-halı, ötən illər ərzində hansı vəzifələri daşıması haqda bir çox məlumatlar yerləşdirilsə də,​ 52 yaşlı icra başçısı ilə bağlı 1993-cü ilin bəzi məlumatları haqda heç bir xəbər yoxdur.



​ ​ ​Elə ki, Araz.az olaraq bu yöndə media üzərindən bir daha müəyyən araşdırmalarımızı apardıq, o halda Məhərrəm Quliyevlə bağlı çoxsaylı ilginc iddialara da rast gəldik. Yəni, indiyə kimi ölkəmizin bir çox media qurumlarında dərc olunan və amma rəsmən qarşı tərəfdən təkzib olunmayan iddialarda vurğulanır ki, 1988-1993-cü illərdəki proseslərdə Məhərrəm Quliyev Əlikram Hümbətovun özünü prezident elan etdiyi qondarma “Talış Muğan Respublikası”nın müəyyən təbliğatçılarından biri olur. Belə ki, o, həmin vaxtlarda olduqca gənc və enerjili olduğundan, bütün qüvvə və bacarığını gənclər arasında Əlikram Hümbətovun “müdrik ideyaları”nı aktiv şəkildə təbliğ etməyə yönəldir. Yəqin hər kəsə o da bəllidir ki, həmin vaxtlarda aparılan təbliğatın, qarşıya qoyulan məqsədin əsas qayəsi, məhz ölkəmizin cənub bölgəsini parçalamaq, müəyyən məkrli siyasi qüvvələrin düzüb –qoşduqları plan əsasında “Talış Muğan Respublikası” yaratmaq idi. Məhərrəm Quliyevin gənc yaşlarında ikən belə bir işlərlə məşğul olması iddia olunduğundan, bu gün rəhbər bir şəxs olaraq onun düşüncə və məfkurəsində əsl azərbaycançılıq ideyasının formalaşdığı müəyyən şübhələrə yollar açır. Bundan əlavə, söylənilən iddialarda o da vurğulanır ki, Əlikram Hümbətov özünü qondarma “Talış Muğan Respublikası”nın prezidenti elan etdiyi vaxtlarda, ona arxa-dayaq olan şəxslərdən biri də, Məhərrəm Quliyevin atası Böyükağa Quliyev olur. Söylənilən iddialarda o da vurğulanır ki, həmin vaxtlarda Böyükağa Quliyev olduqca imkanlı şəxslərdən biri olur və o, özünə məxsus olan maliyyə vəsaitlərinin müəyyən hissəsini, məhz yaradılması nəzərdə tutulan “respublikanın” elan olunması yolunda xərcləyir. Belə bir halların varlığı da onu sübut edir ki, Böyükağa Quliyev Əlikram Hümbətovun yan-yörəsində fırlanan, lazım gəldikdə vasitəçilik missiyasını yerinə yetirən şəxs olur. Məsələn, Araz.az olaraq ölkəmizin bəzi media qurumlarında və dosye.org saytında yayılan məlumatlara istinad edib bildiririk ki, həmin vaxtlarda Novruz Novruzov Masallı rayon sovetinin sədri olur. Əlikram Hümbətov ona “Rayon sovetinin sədrinə çatdır ki, deputatları yığsın və Azərbaycan Respublikasından ayrılmaq barədə qərar çıxarsınlar” deyə lazımi tapşırığını verir. Elə ki, Böyükağa Quliyev “ağasından aldığı” belə bir ismarıcı Novruz Novruzova çatdırır, o halda o, “Mən heç zaman belə bir addım ata bilmərəm. Çünki, bizim və mənim bir Vətənim var, o da Azərbaycan Respublikasıdır. Məni tikə-tikə doğrasalar da, Əlikram Hümbətovun bu yöndə tələbini yerinə yetirməyəcəyəm” cavabını eşitməli olur. Bütün bunlar da onu sübut edir ki, Quliyev soyadını daşıyan bir ailənin üzvləri vaxtilə Azərbaycan Respublikasını parçalamaq, ona qəsd etmək yolunu tutmuşsa, deməli həmin kəslərdə dövlətimizə bağlılıq, xalqımıza qarşı sevgi hissi formalaşa bilməz. Adicə bir faktı da qeyd edək ki, Məhərrəm Quliyevin həqiqi hərbi xidmətdə olmasına dair bir kimsədə məlumat yoxdur. Bundan əlavə, adı çəkilən bu şəxsin müharibə dövründə harada və hansı işlə məşğul olmasına dair, əksəriyyət məlumatlı deyil. Bu kimi halların varlığını nəzərə alıb belə bir qənaətə gəlmək olar ki, Goranboy RİH-nin başçısı ilə bağlı yuxarıda səslənən ittihamlar yerində olan ittihamlardır. Əgər bu belə deyilsə, o halda sual oluna bilər ki, Məhərrəm Quliyevdə Vətənə sevgi, xalqa bağlılıq hissi olubsa, bəs hansı səbəbdən o, bu vətəndə həqiqi hərbi xidmətdə olmayıb, onun ağır günlərində müdafiəsində durmayıb. Bu şəxsin belə bir yanaşmasının nəticəsidir ki, bu gün də o, bu Vətənə, bu xalqa layiqincə xidmət göstərmir və rəhbərlik etdiyi Goranboy rayonunda, məhz yerli sakinlərə çoxsaylı problemlər yaratmaqla məşğul olur. Məsələn, cumhuriyyet.az-ın ötən yazılarında da qeyd edilmişdi ki,​ Məhərrəm Quliyev icra başcısı təyin olunduqdan bir qədər sonra, rayonun ayrı-ayrı idarə-müəssisə, təşkilat və s. rəhbərlərinə xəbər göndərir ki, “ya kreslonuza “əlvida” deməlisiniz, ya da ki, mən deyən olmalıdır. Kim vəzifəsində qalmaq istəyirsə, o halda “tasa oturmalıdır” deyə, hər bir vəzifə sahibinə bu yöndə mesajlarını çatdırır. Məsələn, icra başçısı Telekommunikasiya Qovşağının rəisini vəzifədə saxlamaq üçün, ondan 70 (yetmiş) min manat məbləğində “şirinlik” aldığı, rayonun “Sukanal” idarəsinin müdirini oxşar aqibətlə üz-üzə qoyduğu söylənilir. Səhiyyə şöbəsinin müdirindən ayda 2-3 min manat məbləğində “haqq-hesab” almaq üçün onunla razılaşdığı, təhsil müəssisələrində çalışan hər müəllimdən 10- 20 AZN məbləğində aylıq “toskı” yığılması üçün, RTŞ-nin müdirinə “şanlı tapşırıq” verdiyi, yuxarı instansiyalara çatdırmaq adı ilə, bəlkə də hal-hazırda Ermənistanda olduğu söylənilən Əlikram Hümbətova dəstək olmaq üçün rayonun hər kənd icra nümayəndəsindən vəzifədə qalması üçün 7 min, hər kənd bələdiyyəsindən 5 min, hər icra nümayəndəsinin katibindən 3 min manat “haq-hesab” aldığı iddia olunur. Müəyyən çevrələrdə belə bir söz-söhbət də dolaşır ki, bəzi icra başçıları həbs olunduqlarından, bu gün Məhərrəm Quliyev rüşvət alarkən işini olduqca ehtiyatlı tutur və kimdən rüşvət alacaqsa, həmin şəxslə RİH-nə məxsus ayaqyolunda görüşməyi qərara alır.​ Çünki bilib dərk edir ki, indiki dövrdə rüşvət almaq üçün ayaqyolu ən təhlükəsiz bir yerdir və ora DTX-nin ağlına belə gəlməz. Amma ''görünən dağa nə bələtçi'' deyimini nəzərə alsaq, ''yerində qulağı var'' deyiblər. Beləliklə,



Məhərrəm Quliyevin atdığı addımlar içərisində daha çox müzakirə olunan, daha çox insanları şoka salan məsələlərdən biri də, icra başçısının Ceyhun Həsənov adlı şəxsi özünə 1-ci müavin təyin etməsi oldu. Onu da bildirək ki, indiyə kimi Azərbaycan dövlətinin idarəçilik tarixində təqaüddə olan, özünə saxta yolla əlillik dərəcəsi düzüb-qoşan, vaxtilə dövlət qulluğunda olarkən biznes fəaliyyəti ilə məşğul olan bir şəxsin, rayon, yaxud da şəhər İH sturukturunda belə bir mühüm vəzifəyə təyin olunması prosesi baş verməyib. Məhərrəm Quliyev bu kimi addımını atmaqla, sanki adını müasir Azərbaycan Respublikasının idarəçilik tarixinə “saxta kadrlar müəllifi” olaraq yazmış oldu. Bu gün baş verənləri təhlil edib belə bir qənaətə gəlmək olar ki, Goranboy RİH-nin başçısının əsas amalı, məhz bu Vətənə, bu xalqa xidmət etmək deyil. Ona görə də düşünürük ki, adı çəkilən vəzifə sahibinin keçmişi, bugünkü fəaliyyəti lazımınca araşdırılmalı və qol qoyduğu çoxsaylı qanunsuzluq əməllərinə görə, onunla bağlı lazımi tədbirlər də görülməlidir. Bu yöndə araşdırmamız davam edəcək. Odur ki, bizi izləməyi unutmayın."araz.az "

​ Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Məhi ELSEVƏR,

Paylaş:
Digər xəbərlər

Bölgə

8-04-2020, 13:30

Goranboyun icra başçısı ilə bağlı ilginc iddialar... - İTTİHAM

Gündəm

7-04-2020, 10:42

Cavid Qurbanov bu ittihmaları niyə cavabsız buraxdı... - İLGİNC

Gündəm

19-03-2020, 17:04

AtaTv.az- 2 il

Video

11-03-2020, 13:30

Prezidentin 10 mart çıxışı yeni dəyişiklik anonsudur... - Kimlər hədəfdədir?

Video

10-03-2020, 11:52

Generalın deputat qardaşı yüksək vəzifəyə təqdim edildi

Siyasət

5-03-2020, 14:50

İlham Əliyev Neftçalaya yeni icra başçısı təyin etdi

Bölgə

2-03-2020, 18:00

Tovuzda RİH-nin məmuru məhkəmə qətnaməsini saya salmır - ŞOK FAKT

Bölgə

2-03-2020, 16:07

Tovuzda RİH-nin məmuru məhkəmə qətnaməsini saya salmır - ŞOK FAKT

Araşdırma

21-02-2020, 14:13

Məmurların toxunulmazlıq mifi dağıldı...

Son xəbərlər
  • Dün, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026, 13:02
    Anar Bayramov səhiyyə naziri təyin olundu
  • 16-10-2026, 23:33
    Sergey Lavrov da Bakıya gələcək
  • 16-10-2026, 09:40
    Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib
  • 15-10-2026, 00:34
    Qara dənizdə dron hücumu: gəmidəki 8 azərbaycanlı xilas edildi
  • 14-10-2026, 22:51
    Ermənistan pasportu dünya reytinqində 64-cü yeri tutub
  • 14-10-2026, 14:27
    Sergey Lavrov da Bakıya gələcək
  • 14-10-2026, 14:25
    Hakan Fidan Bakıya gəlir: Ərdoğanı təmsil edəcək
  • 14-10-2026, 14:22
    Lənkəranda körpəsini təhqir edən 5 uşaq anası ərini bıçaqladı: Məhkəmə qərar verdi
  • 10-10-2026, 16:28
    Hicaba qarşı qadağalar və təbliğat: Bu qərar niyə ləğv edilməlidir?
  • 10-10-2026, 16:19
    Türkiyədə siqaret satışına yeni məhdudiyyətlər gətirilir
  • 10-10-2026, 16:16
    İlham Əliyev Ramzan Kadırovu qəbul edib
  • 8-10-2026, 17:17
    “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib
  • 6-10-2026, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • 6-10-2026, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • 6-10-2026, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • 6-10-2026, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • 6-10-2026, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
  • 5-10-2026, 13:47
    Ramiz Mehdiyev və Eldar Əmirovun məhkəmə istintaqı bu gün başlayır
  • 1-10-2026, 13:20
    ABŞ İrana qarşı dəniz blokadasını sərtləşdirib: 125 ticarət gəmisinin marşrutu dəyişdirilib
  • 1-10-2026, 13:11
    FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
Daha çox
Çox oxunanlar
24-10-2026, 23:24
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
21-10-2026, 14:35
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
21-10-2026, 14:37
Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
21-10-2026, 14:45
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
21-10-2026, 14:41
Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
21-10-2026, 14:43
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
İdeyaların beşiyi, etirazın və inqilabların vətəni

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə