USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 194 nəfər həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 348 462 nəfərdən test götürülüb, onların 27 351-nin testi pozitiv nəticə verib.
Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 87,06%-nə bir doza, 72,54%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.