USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Peyğəmbərin buyurduğu müalicəvi vasitələr

Din

4-01-2021, 18:45

Peyğəmbərin buyurduğu müalicəvi vasitələr

Foto.info.az Zikr.az-a istinadən xəbər verir ki, elə bir insan tapılmaz ki, həyatı boyu hər hansı bir xəstəlik keçirmiş olmasın. Hətta Uca Allahın ən sevimli bəndələri olan peyğəmbərlər də xəstəliklərə məruz qalmışlar. Qurani Kərimdə Uca Allah Əyyub peyğəmbərin ağır xəstəliyə tutulması, səbir göstərərək xəstəliyə sinə gəlməsi və uzun illərdən sonra duasını qəbul edib şəfa verməsi haqda danışır. Uca Allah buyurur: "Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!” (əl-Ənbiya, 83).
Muhəmməd peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) müəyyən xəstəliklər keçirmişdir. Rəvayət edilir ki, Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər ağır xəs­tə­ləndiyi zaman mən onun yanına gəldim və baxdım ki, o, qızdırma için­də yanır. Dedim: “Ya Rəsulullah, sən qızdırma içində yanırsan! Yəqin bu, sənin iki qat savab qazanmağın üçündür?” O dedi: “Düzdür, başına müsibət gəl­miş elə bir müsəlman yoxdur ki, Allah, ağacın yarpaqları töküldüyü ki­mi, onu günahlardan təmizləmiş olmasın”. (Səhih əl-Buxari, 5647).
Uca Allah öz lütfü və mərhəməti sayəsində hər bir xəstəliyin şəfasını nazil etmişdir. Peyğəmbər demişdir: “Allah elə bir xəs­tə­lik nazil etməmişdir ki, onun şəfasını nazil etmiş olmasın”. (Səhih əl-Buxari, 5678).
Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhih hədislərində bir çox xəstəliklərin müalicə üsulları barəsində məlumatlar rəvayət edilir. Biz burada Peyğəmbərin insanlara buyurduğu bəzi müalicəvi təbii vasitələr haqqında aşağıdakıları nəzərinizə çatdırırıq:

Balla müalicə
Uca Allah buyurur: “Rəbbin bal arısına belə təlqin etdi: "Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get". O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır". (ən-Nəhl, 68-69).
Əbu Səid rəvayət edir ki, bir dəfə bir nəfər Peyğəmbərin yanına gəlib dedi: “Qardaşımın qarnı bərk ağrıyır.” Peyğəmbər: “Ona bal içirt!”- dedi. Çox keçmədən həmin adam bir də Peyğəmbərin yanına gəldi və Pey­ğəm­­bər yenə: “Ona bal içirt!”– dedi. Adam üçüncü kərə Peyğəmbərin ya­nına gəldi və o bu dəfə də: “Ona bal içirt!”– dedi. Axırda həmin adam de­di: “Mən sən deyəni elədim, (amma onun qarnının ağrısı kəsmədi ki, kəs­mə­di).” Peyğəmbər buyurdu: “Allah doğru söylədi, qardaşının qarnı isə yalançı çıxdı. Sən yenə ona bal içirt”. Bundan sonra o, qardaşına bal içirt­di və qardaşı sağaldı”. (Səhih əl-Buxari, 5684).

Qaraçörək (və ya qara zirə) otu ilə müalicə
Aişə (Allah ondan razı olsun) demişdir: “Mən Peyğəmbərin belə dediyini eşit­mişəm: “Bu qara zirə samdan başqa hər bir xəstəliyin dərmanıdır.” Mən: “Sam nədir?”– deyə soruşdum. O: “Ölümdür!”– dedi. (Səhih əl-Buxari, 5687).

Udul-hind (hind qustu) ilə müalicə
Peyğəm­bə­r demişdir: “Bu hind qustundan istifadə edin. Həqiqətən də, onda yeddi xəstəliyin şəfası vardır. Onun məlhəmindən boğazı xəstə olanın boğazı­na, plevrit xəstəliyinə tutulanın ağzına damızdırın”. (Səhih əl-Buxari, 5692).
Həmçinin, o demişdir: “Uşaqlarınızın şişmiş badamcıq vəzilərini bar­maqla basaraq onlara əzab-əziyyət verməyin. Onları hind qustu ilə müalicə edin”. (Səhih əl-Buxari, 5696).

Zəm-zəm suyu ilə müalicə
Zəm-zəm suyunun fəziləti böyükdür. İlk dəfə Cəbrayıl qanadı ilə yerə vurduqda zəm-zəm suyu fışqırmışdı. Uca Allah bunu İsmayıl və onun anası üçün ruzi etmişdi. Zəm-zəm suyunun fəziləti və faydaları barədə bir çox səhih hədislər rəvayət edilmişdir. Allah Elçisi demişdir: “Zəm-zəm suyu yeməyi əvəz edir və xəstəliklərə şəfadır”.
Peyğəmbər bundan içmiş, dəstəmaz almış və bu sudan başına tökmüşdü. O, kiçik və böyük qablarda zəm-zəm suyundan özü ilə daşıyardı ki, bundan xəstələrin üzərinə töksün və içmək üçün onlara versin. Allah Elçisi demiş­dir: “Zəm-zəm suyu nə üçün içilirsə, onun üçündür. Əgər sən şəfa tapmaq üçün içərsənsə, Allah sənə şəfa verər. Tox olmaq üçün içərsənsə, Allah səni tox edər. Susuzlu­ğu­nu yatırmaq üçün içərsənsə, Allah sənin susuzluğunu yatırdar. O, Cəbra­yılın bulaq açması və Allahın İsmayılı içirtməsidir”.
Alimlər və əməlisaleh insanlar bunu təcrübədən keçirərək xəstəlikdən şəfa tapmaq, yoxsulluqdan və sıxıntıdan xilas olmaq kimi bəzi ehtiyacları ödəmək niyyəti ilə bundan içmiş və Allah onların istədiklərini yerinə yetirmişdir.

Paylaş:
Digər xəbərlər

Din

19-12-2020, 20:17

Sonuncu kərpic misalı

Son xəbərlər
  • Dün, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • Dün, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • Dün, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • Dün, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • Dün, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • Dün, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • Dün, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
Daha çox
Çox oxunanlar
14-09-2026, 13:37
Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
14-09-2026, 13:28
Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
14-09-2026, 13:33
Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
16-09-2026, 12:06
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
14-09-2026, 13:30
Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
14-09-2026, 13:35
Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə