USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

İSLAM DİNİ NƏ ÜÇÜN VAR? MƏQSƏDLƏRİ NƏDİR?

Din

7-01-2021, 17:39

İSLAM DİNİ NƏ ÜÇÜN VAR? MƏQSƏDLƏRİ NƏDİR?

Foto.info.az İslamevi.az-ın yazdığına görə xəbər verir ki, dinimiz, insanların dünya və axirət xoşbəxtliyinin qarantıdır. Yəni, İslam dininin, şəriətin məqsədi – insanların xoşbəxt həyat sürməsidir. Xoşbəxt həyat isə, təkcə var-dövlət və məqam/vəzifə yüksəkliyindən ibarət deyildir. Ağıl sahibi olan hər kəs, mal-dövlət sahibi neçə-neçə insanın heç də xoşbəxt həyat sürmədiyini çox gözəl bilir. Deməli, əsl xoşbəxtlik – mənəvi zənginlikdir. Müdriklərdən biri demişdir: “İslamla şərəfləndiyimiz və dinimizin buyuruqlarına əməl etdiyimiz üçün elə bir xoşbəxt həyatın içərisindəyik ki, padşahlar/krallar bunu bilsəydilər, bu xoşbəxtliyi bizdən ala bilmək üçün qılıncla döyüşərdilər...”.

Rəbbimizin mükəmməl dini olan İslamın da, məhz bu yolda 5 ali və zəruri məqsədi vardır:

1. Dinin qorunması.

İslam dininin ilk məqsədi – insanların inancının doğru olmasını bərqərar etməkdir. Çünki Uca Allah, insanlara din olaraq İslam dinini bəyənib seçmiş və bu dinin insanlara təbliğini ən ali vəzifə adlandırmışdır. Çünki, insanların yaranma səbəbi, sadəcə olaraq yemək, ailə qurmaq, işləmək və digər dünyavi şeylər deyil, onu yaradan Uca Allaha boyun əymək, yalnız ona ibadət edərək heç bir şeyi Ona şərik qoşmamaq və beləliklə də bu imtahan dünyasından sonra olacaq haqq-hesab günü üçün çalışmaqdır: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım”. (Zariyat surəsi, 56).
Bu imtahandan uğurla keçərək, haqq-hesab günü üzü ağ olacaq kəsləri isə, əbədi olaraq davam edəcək gözəlliklər və heç bir üzüntünün olmayacağı xoşbəxtlik gözləyir. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Muhəmməd peyğəmbər (salləllahu aleyhi və səlləm) Kəbə haqqında belə demişdir: “Əgər sənin qövmün/millətin küfr dövrünə yaxın olmasaydı (küfrdən hələ yenicə xilas olmasaydı), mən onu uçurar və İbrahim təməli üzərində (bərpa) edərdim”. (Səhih əl-Buxari, 1583).
Peyğəmbərimizin, Məkkə müşriklərinin bütlərlə doldurduqları Kəbəni uçuraraq, yenidən bərpa edərək İbrahim peyğəmbərin təməli üzərinə tikməkdən vaz keçməsi, bu məqsədin – yəni, dinin qorunmasıdır. Şirk, küfr və dində yenilik (bidət) ortaya çıxarmanın qadağa olması, məhz dinin qorunması naminədir. ‎

2. Canların qorunması.

Dinimizin ikinci məqsədi, insan həyatının qorunması, təhlükəsizliyin təmin edilməsidir. Uca Allah belə buyurmuşdur: ‎”...bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!”. (Nisa surəsi, 29).

Bununla da, haqsız yerə cinayət törətmək, insan qanı axıtmaq qadağan edilmişdir. Bu qadağaya müsəlman və qeyri-müsəlman olan hər bir insan aiddir. Ədaləti dünyada bərqərar etmək, insan həyatını qorumaq – tarix boyu müsəlmanların vəzifəsi olmuş, İslam fəthləri də, zülmün qarşısını alma məqsədi daşımışdır. Müsəlmanlar – ya onları təcavüz edənlərə qarşı vuruşmuş, ya da İslam dinin yayılmasına əngəl olan və öz xalqına qarşı belə zülm edən zalımlara qarşı fəth siyasəti aparmışdır. Cəmiyyət daxilində, sülh şəraitində yaşayan heç bir kəsin canına toxunulmaması – dinimizin ali məqsədlərindən biridir. Habelə, insan sağlamlığının qorunması naminə elm öyrənərək, tibb mütəxəssisi olmağa təşviq olunması da, dinimizin bu məqsədinin hasil olması üçündür.

3. Ağlın qorunması.

İnsan ağlı çox mühümdür. Çünki, yalnız ağıl sahibi olan insan, özünə və ətrafındakılara fayda verə bilər. Ağlı başında olmayan insan, yalnız fəsad törətməklə, özünə və digərlərinə zərər verəcəkdir. Uca Allah belə buyurmuşdur: “Ey (Allaha və axirət gününə həqiqi mənada) inananlar! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə qurtuluşa çatasınız”. (Maidə surəsi, 90).

Ağlı dumanlandıraraq insanı sərxoş edən hər bir şeyin haram edilməsi, məhz ağlın qorunması məqsədinin hasil olması üçündür. Ağıl – insanın ən böyük sərvətidir. Bu sərvətin qorunması, İslamın insana verdiyi böyük dəyərin göstəricisidir.

4. Malın qorunması.

Sağlamlıq və ağıldan sonra insan üçün ən dəyərli amil – sahib olduğu mal-mülkdür. Bu səbəblə də, dinimiz hər bir şəxsin malına toxunulmamasını əmr etmiş, haqsızlıq və zülm edənlərin cəhənnəm odunda yanacaqlarını bildirmişdir. Uca Allah belə buyurmuşdur: ‎”..bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin...”. (Nisa surəsi, 29).

Oğurluq, faiz, sələmin və israfın haram edilməsi, bu məqsəd üçündür. Faizlə məşğul olaraq insanlardan artıqlamasıyla pul alan şəxslər də, israfçılıq edərək başqasının da istifadə edə biləcəyi şeyi zay edən kəslər də – İslamın bu 4-cü məqsədini ayaqlar altına atmış olurlar. Beləcə, cəmiyyətlərdə böyük fəsad və zülmün təməllərini ataraq, ağır günah qazanmış olurlar.

5. Nəslin qorunması.

Cəmiyyətin pisliklərdən mühafizə edilməsi naminə atılacaq ilk addım – ailə modellərinin qorunmasıdır. Çünki, ailə çökərsə, cəmiyyət çökər. Ailələrin sütunu isə, nəsillərin, həmçinin ata və ana modelləri üzərində qurulmuşdur. Uca Allah buyurmuşdur: “Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!” (İsra surəsi, 32).

Zinanın haram edilməsi, nəsillərin qorunması üçündür. Bu ali məqsədin qorunması üçün, zinaya birbaşa haram deyilməmiş, yaxınlaşmaq belə şiddətlə qadağan edilmişdir. Çünki, heç bir əməl dərhal baş verməz, o əmələ doğru aparan yolların sayəsində rahatlaşar və tədricən baş verər. Bu səbəblə də İslam dini – təhlükələr üçün önləyici tədbirlər görmüşdür. Atasız uşaqlar, dağılmış ailələr – cəmiyyətlərin çöküşünə səbəb olan ən böyük amillərdəndir. Dinimiz, nəsillərin qorunmasını, məhz buna görə ali məqsəd olaraq təyin etmişdir.

Paylaş:
Digər xəbərlər

Din

5-01-2021, 15:55

KASIBIN VARLIYA QARŞI DAİMİ HƏSƏDİNİ LƏĞV EDƏN ƏN İDEAL TƏDBİR – ZƏKAT

Dünya

10-12-2020, 12:59

Fransa parlamentinə İslama qarşı qanun layihəsi təqdim olunub

Bölgə

26-10-2020, 11:07

Fransadan islam ölkələrinə çağrı: Boykot kampanyalarını dayandırın

İqtisadiyyat

20-09-2020, 15:01

Prezident İlham Əliyev: “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi başlayır”

Gündəm / Video

30-07-2020, 21:02

QURBAN BAYRAMINIZ MÜBARƏK!

Maraqlı

30-07-2020, 13:54

Elm sübut etdi: Tənbəllik – yüksək şüurun əlamətidir

Maqazin

20-07-2020, 12:00

"Heç xoşbəxt olmadım"

Video

30-06-2020, 10:27

“"Seyidin dönəri”, “Hacının yeri” kimi obyekt adları dinə təhqirdir” - ETİRAZ

Siyasət

13-06-2020, 09:58

Mənəvi terrora aparan yol: - “Qum” fırtınasının yaratdığı “gey” əsintisi

Siyasət

14-03-2020, 14:53

Deputat dinlə bağlı əhaliyə çağırış etdi

Maqazin

9-03-2020, 11:33

“Məşhurluq məni bədbəxt elədi” – Firəngiz Mütəllimova

Səhiyyə

26-02-2020, 13:39

İrandan Azərbaycana gələn daha 34 nəfər xəstəxanaya yerləşdirili

Son xəbərlər
  • 4-08-2026, 22:23
    Hüseyn Həsənov 4 il azadlıqdan məhrum edilib, əmlakı müsadirə olunub
  • 2-08-2026, 12:27
    Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
  • 31-07-2026, 19:26
    Azərbaycanın qadın səfirlərinin sayı üç olub
  • 31-07-2026, 11:06
    Tramp HƏMAS-ın tərksilahı ilə bağlı razılaşma əldə olunduğunu açıqlayıb
  • 31-07-2026, 11:03
    Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif olunub
  • 30-07-2026, 14:38
    Beş qadın güləşçimiz dünya çempionatında xalçaya çıxacaq
  • 30-07-2026, 14:35
    İlham Əliyev Mərakeşin milli bayramı münasibətilə təbrik məktubu göndərib
  • 30-07-2026, 14:32
    “Zımbırtı.az” səhifəsinin admini 8 sutka inzibati həbs edilib
  • 28-07-2026, 14:29
    “Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
  • 28-07-2026, 12:58
    Azərbaycan XİN Zaxarovanın Qarabağla bağlı açıqlamasına cavab verib
  • 28-07-2026, 12:55
    Mərkəzi Çağırış Komissiyasının tərkibində dəyişiklik edilib
  • 27-07-2026, 18:25
    “Toplum TV işi” üzrə məhkəmə hökmü açıqlandı
  • 27-07-2026, 14:37
    Ağdamda açıq ərazilərdə baş verən yanğınlar söndürülüb
  • 27-07-2026, 14:34
    Marneulidə azərbaycanlı gənc silahlı hücuma məruz qalıb
  • 27-07-2026, 12:57
    Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
  • 27-07-2026, 12:55
    Dövlət Gömrük Komitəsində yeni təyinat
  • 27-07-2026, 12:53
    Saleh Məmmədovun Almaniyada 47 mənzilli yaşayış layihəsinə investisiya yatırdığı iddia olunur
  • 26-07-2026, 20:17
    “Zolotaya Korona” ilə Azərbaycana pul köçürmələri dayandırılıb
  • 26-07-2026, 20:16
    “Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
  • 26-07-2026, 20:14
    Pezeşkian zədələnmiş infrastrukturun təcili bərpasını tapşırıb
  • 26-07-2026, 20:10
    Rusiyada miqrantların gəlirlərinə dair tələblər sərtləşdirilib
  • 26-07-2026, 20:07
    İlham Əliyev Maldiv Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 26-07-2026, 20:05
    Göygöldə Yaylaq Festivalında çardaq aşıb, 8 nəfər yaralanıb
  • 26-07-2026, 19:59
    Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb
  • 26-07-2026, 19:58
    FHN güclü küləklə bağlı əhaliyə xəbərdarlıq edib
  • 26-07-2026, 19:56
    İlin ilk yarısında 33 nəfər xaricdən Azərbaycana ekstradisiya edilib
  • 25-07-2026, 18:33
    Rəşad Aslanov Azərbaycanın Türkiyədəki səfiri təyin olundu
  • 25-07-2026, 14:15
    Türkiyə müxalifətində böyük parçalanma: Özgür Özəl yeni partiya yaratdı
  • 25-07-2026, 14:11
    Rumıniya hava məkanını pozan daha bir pilotsuz aparatı vurub
  • 25-07-2026, 14:08
    Əməkdar artist Elnur Kərimovu ilan sancıb
  • 25-07-2026, 14:05
    Şəmkirdə 12 yaşlı qızın ölümündə bacısı şübhəli bilinir
  • 25-07-2026, 14:04
    Hacıqabulda sərnişin qatarının vurduğu 53 yaşlı kişi ölüb
  • 24-07-2026, 00:40
    Azərbaycan və Slovakiya təhlükəsizlik sahəsində yeni saziş imzalayıb
  • 23-07-2026, 20:49
    “AzerGold” QSC Göygöldə yerli icmalarla növbəti görüş keçirib
  • 22-07-2026, 22:45
    Bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur
Daha çox
Çox oxunanlar
30-07-2026, 14:32
“Zımbırtı.az” səhifəsinin admini 8 sutka inzibati həbs edilib
30-07-2026, 14:35
İlham Əliyev Mərakeşin milli bayramı münasibətilə təbrik məktubu göndərib
31-07-2026, 11:03
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif olunub
31-07-2026, 11:06
Tramp HƏMAS-ın tərksilahı ilə bağlı razılaşma əldə olunduğunu açıqlayıb
30-07-2026, 14:38
Beş qadın güləşçimiz dünya çempionatında xalçaya çıxacaq
31-07-2026, 19:26
Azərbaycanın qadın səfirlərinin sayı üç olub
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
“Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
“Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə