USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

KASIBIN VARLIYA QARŞI DAİMİ HƏSƏDİNİ LƏĞV EDƏN ƏN İDEAL TƏDBİR – ZƏKAT

Din

5-01-2021, 15:55

KASIBIN VARLIYA QARŞI DAİMİ HƏSƏDİNİ LƏĞV EDƏN ƏN İDEAL TƏDBİR – ZƏKATKASIBIN VARLIYA QARŞI DAİMİ HƏSƏDİNİ LƏĞV EDƏN ƏN İDEAL TƏDBİR – ZƏKAT

Foto.info.az İslamevi.az-a istinadən xəbər verir ki, Allaha, Onun elçisinə (salləllahu aleyhi və səlləm) və əbədi həyat olan axirətə səmimi şəkildə inanan, iman edən bir kəs üçün namazla bərabər əmr edilmiş digər bir əməlin zəkat olduğunu bilirik. Bu yazımızda Zəkatın qayda və qanunları haqqında deyil, cəmiyyət içində təmin etdiyi ideal bir bərabərlik və qardaşlıq haqqında bəhs edəcəyik.

Zəkat əmri Müqəddəs Kitabımızda 30 yerdə keçir. Bunların 4-ü müstəqil, 26-sı isə, dinin dirəyi və şəhadət kəlməsindən sonra vacib olan ikinci əməli olan namazla bərabər qeyd olunmuşdur. Təkcə bu belə, zəkatın Allah qatında namaz dərəcəsində önəmli bir dinin ayrılmaz hissəsi olduğundan xəbər verir. Beləliklə namaz – bədən əzaları ilə edilən ibadətlərin ən önəmlisi, zəkat isə, mal-mülklə (maddi olaraq) edilən ibadətlərin bir nömrəlisi hesab olunur. Zəkat – günümüzdə olan vergi sistemlərində olduğu kimi illik qazancdan deyil, ehtiyacdan artıq olan mal varlığından alınmaqla ən ideal bir sosial ədalət nümunəsidir.

Mənası “təzkiyə” (təmizləmə) olan feldən törəmiş zəkat kəlməsi, “malın təmizlənməsi” mənasını ifadə edir. Ehtiyacdan artıq olan malın 40/1-ni kasıbların haqqı olaraq təyin edən İslam, bununla varlı və kasıb arasındakı əbədi həsədi aradan qaldırmaq yolunda xidmət edən ən ideal tədbirdir. Üstəlik, bunun tətbiqi, təkcə yazılı qanunlarla deyil, iman və ilahi məsuliyyət duyğusu ilə təmin edilmişdir. Yəni bir müsəlman, zəkatdan yayındıqda, təkcə “qanun qarşısında nə cavab verəcəm?” – deyə yox, “bununla böyük bir günaha girirəm, Allaha necə cavab verəcəm?” – deyə düşünəcəkdir..

Yuxarıda qeyd etdiyimiz kimi, zəkat haqqında Qurani-Kərimdə bir çox ayələr vardır. Bunlardan bəzilərini qeyd etməkdə fayda vardır: “Mallarında da dilənçinin və (abrına qısılıb dilənməyən) yoxsulun haqqı (payı) var idi”. (əz-Zariyat, 19).

“Zəkatlar Allah tərəfindən bir vacib olaraq yalnız yoxsullara, kasıblara, onu yığıb paylayanlara, qəlbləri (İslam dininə) isinişdiriləcək kimsələrə, kölələrin azad olunmasına, (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və (pulu qurtardığı üçün yolda qalan) müsafirlərə məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (ət-Tövbə, 60).

Dinimizə görə, bəhs etdiyimiz bu sosial bərabərliyi təmin edəcək ən üstün bir əməl olan zəkatdan boyun qaçıran imkan sahibləri, yaşadıqları cəmiyyətdəki kasıbların çətin həyat şəraitindən məsuliyyət daşıyırlar. Hətta, yuxarıda qeyd olunmuş ilk ayədə Uca Allah, kasıbın, varlının malında (malın ehtiyacdan artığının 40/1-ində) haqqı, payı olduğunu bizlərə bildirmişdir. Daha açıq ifadə edəcək olsaq: Rəzzaq (ruzi verən) olan Allah sənə verir ki, sən də malının artıq qalanının qulu olmadığını göstərərək, ehtiyaclı olana verəsən. Yəni, Uca Allah, kasıbın ruzisini, məhz sənin malınla göndərir. Möhtəşəmdir, elə deyilmi?! Bu üstün nizamı təmin edən yeganə ideologiya – Allahın dini olan İslamdır. Məhz buna görə də, zəkatdan boyun qaçıraraq, dünyadakı nizamı alt-üst edən kəslərin necə iyrənc bir iş gördükləri haqda Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salam olsun) belə buyurmuşdur: “Zəkatı verilməyən hər qızıl və gümüş, qiyamət günü atəşdə qızdırılaraq lövhə halına gətirilir və sahibinin yanları, alnı və kürəyi bunlarla dağlanır. Bu lövhələr soyuduqca, sahibinə əzab üçün təkrar qızdırılır. Müddəti əlli min il olan bir gündə qullar arasında hökm verilənə qədər bu belə davam edər. Beləliklə adam, yolunun ya cənnətə ya da cəhənnəmə çıxdığını görər”. (Səhih Muslim).

İslamda zəkat vermənin təkcə nisab və miqdarı deyil, ədəbi də təyin olunmuşdur. Çünki bəzən insan, kasıba özündən aşağı olaraq baxar, verdiyini başa qaxar və “can dərdi” olaraq verər. Yaradılışından ölümünə qədər şərəfli bir varlıq olan insanın heysiyyət və mənliyini qorumaq üçün nazil edilmiş bu ayə, həmin şəxslər üçün mükəmməl bir ibrət qaynağı olmalıdır: “Mallarını Allah yolunda xərcləyənlərin və xərclədiklərinin ardından minnət qoymayan və əziyyət verməyənlərin, Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər. Xoş söz demək və xətaları bağışlamaq, minnətlə verilən sədəqədən daha yaxşıdır. Allah Zəngindir, Həlimdir. Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın! Belə şəxslərin halı, üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir yağış o torpağı (yuyub) aparar və qayanı çılpaq bir daş halına salar. Onlar qazandıqlarından (savabdan) bir şeyə nail olmazlar. Şübhəsiz ki, Allah kafir xalqı doğru yola yönəltməz”. (əl-Bəqərə, 262-264).

Zəkat sistemi, tarix boyu sadəcə müsəlmanları deyil, qeyri-müsəlmanları belə özünə heyran qoymuşdur. Misal üçün, keçmiş ingilis baş nazir Toni Bleyer (Tony Blair), beynəlxalq tədbirlərin birində etdiyi nitqində İslamdakı sosial ədalət anlayışından çox ciddi təsirləndiyini bildirmişdi. O, Quranda yer alan zəkatı misal çəkərək insanların bir-birinə əl tutmasının bütün cəmiyyətlər üçün örnək ola biləcəyini qeyd etmişdi.

Paylaş:
Digər xəbərlər

Din

4-01-2021, 19:59

Allahdan qorx, səbirli ol və tələsmə!

Din

4-01-2021, 19:43

Qohumluq əlaqələrini kəsməkdən çəkinin!

Din

4-01-2021, 19:15

Yoluxucu xəstəliklərdən qorunmağın 10 yolu

Din

4-01-2021, 19:12

Allah barəsində mübahisə edən padşahın əhvalatı

Din

4-01-2021, 19:06

Əhli-beytin fəziləti

Din

4-01-2021, 18:59

Su içmə ədəbi

Din

4-01-2021, 18:55

Hicamə - qan alma üsulu ilə müalicə

Din

4-01-2021, 18:45

Peyğəmbərin buyurduğu müalicəvi vasitələr

Din

19-12-2020, 20:17

Sonuncu kərpic misalı

Son xəbərlər
  • Dün, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • Dün, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • Dün, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • Dün, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • Dün, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • Dün, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • Dün, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
Daha çox
Çox oxunanlar
14-09-2026, 13:28
Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
14-09-2026, 13:37
Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
16-09-2026, 12:06
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
14-09-2026, 13:33
Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
14-09-2026, 13:30
Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
16-09-2026, 13:20
“AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə