USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Taliban Moskvada peyda olub

Dünya

9-07-2021, 08:17

Taliban Moskvada peyda olub Əfqanıstanda “Taliban” yaraqlıları Amerika qoşunlarının ölkəni tərk etməsindən istifadə edərək bir-birinin ardınca Kabil hökumətinin nəzarətində olan rayonları ələ keçirdiyi bir vaxtda təşkilatın siyasi qanadının nümayəndələri gözlənilmədən Moskvada peyda olublar. Virtualaz.org xəbər verir ki, nümayəndə heyətinə “Taliban”ın Qətərdəki siyasi ofisinin rəhbərlərindən biri Şahabuddin Delavar başçılıq edir. Onların Moskvaya səfəri barədə ötən gün iyulun 8-də məlum olub. Talibançılar Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, XİN-in ikinci Asiya departamentinin rəhbəri Zamir Kabulovla görüşüblər. Lakin səfər bu gün də davam edir və “Taliban” nümayəndələrinin Moskvada başqa görüşlərinin olacağı, o cümlədən Rusiya xüsusi xidmət orqanlarında görüşlərin keçiriləcəyi gözlənilir.

Rusiya “Taliban”ı terror təşkilatı kimi tanıyır və öz ərazisində onun fəaliyyətini qadağan edib. Lakin göründüyü kimi, bütün bunlar təşkilatın siyasi qanadının Moskvaya səfəri üçün maneə yaratmır.

Məlumatlarda deyilir ki, danışıqlar zamanı Kabulov Əfqanıstanın şimalında vəziyyətin gərginləşməsindən narahatlıq ifadə edib və talibançıları münaqişənin Əfqanıstan hüdudlarından kənara çıxmasına yol verməməyə çağırıb. Cavab olaraq talibançılar bildiriblər ki, Əfqanıstan ərazisindən başqa ölkələrə, o cümlədən Rusiyaya hücum üçün istifadə edilməsinə yol verməyəcəklər. Nümayəndə heyəti Orta Asiya respublikalarının sərhədlərinin təhlükəsizliyinə də təminat veriblər, Orta Asiya ilэ Əfqanıstan arasında sərhəd-keçid məntəqələrinin stabil işini təmin edəcəklərini deyiblər.

Moskvadan əvvəl isə “Taliban” nümayəndələri Tehranda səfərdə olublar və İran xarici işlər naziri Cavad Zəriflə görüşüblər. Cavad Zərif görüşü açaraq deyib ki, ABŞ Əfqanıstanda məğlub olub və bu səbəbdən öz qoşunlarını geri çəkir. Nazir əfqan siyasətçilərini ölkələrində sabitlik yaratmaq üçün dialoqa çağırıb.

“Taliban” nümayəndələrinin Tehrana və Moskvaya səfərləri belə deməyə əsas verir ki, ABŞ-ın çəkildiyi Əfqanıstanda indi bu və ya digər şəkildə Rusiyanın və İranın öz mövqelərini gücləndirməsinə hazırlaşmaq lazımdır. Doğrudur, Rusiya vaxtilə SSRİ-nin buraxdığı səhvi təkrarlayıb Əfqanıstana qoşun yeritməyə hazırlaşmır. Lakin siyasi baxımdan Əfqanıstanda öz mövqelərini möhkəmləndirə bilər, üstəlik “Taliban”la anlaşaraq. Belə ki, Rusiyanın “Taliban”ın silahlı qanadı ilə gizli əlaqələri haqda iddialar hələ Donald Trampın administrasiyası dövründə yayılmışdı, hərçənd Moskva bunu inkar edir.

İndi “Taliban”ın Əfqanıstanda ABŞ-ın qurduğu mərkəzi hökuməti devirməsi əlbətdə ki, Moskvanın maraqlarına uyğun olardı. Hansı ki, Əfqanıstanda baş verənlər Birləşmiş Ştatların dəstəklədiyi Kabil hökumətinin “Taliban” qarşısında çox da davam gətirməyəcəyini təxmin etməyə əsas verir. Belə olan halda Rusiya Əfqanıstanda məhz “Taliban”la işləməklə öz mövqelərini yenidən gücləndirə bilərdi. “Taliban” isə öz növbəsində 2000-ci illərin əvvəllərindən fərqli olaraq tam beynəlxalq siyasi təcrid vəziyyətində olmaq istəmir və bir sıra regional oyunçularla, o cümlədən Rusiya və İranla işləməkdə maraqlı görünür.

Başqa sözlə, gözləmək olar ki, “müqəddəs yer” yenə boş qalmayacaq və ABŞ-ın sürətlə çəkilməsindən sonra Əfqanıstanda bu dəfə Rusiya öz mövqelərini gücləndirməyə çalışacaq. Lap hərbi yolla olmasa da belə.

Əlbətdə, ABŞ və onun başçılıq etdiyi NATO koalisiyası Əfqanıstandan tam silinib getmir. Birləşmiş Ştatlar Əfqanıstanda bir neçə yüz nəfərlik məhdud kontingent saxlayacaq və Kabil hökumətinə təhlükəsizlik sahəsində dəstəyi davam etdirəcəyinə söz verir. Bununla belə, ABŞ-ın yetişdirdiyi Əfqanıstan ordusunun “Taliban” qarşısında nə qədər dayanacağı sual altındadır.

Bu arada prezident Cozef Bayden ötən gün Ağ evdə bəyan edib ki, ABŞ-ın Əfqanıstandakı hərbi missiyası avqustun 31-də başa çatacaq. O əlavə edib ki, qoşunların çıxarılmasının mümkün qədər tez baş verməsi təhlükəsizlik baxımından məqsədəuyğundur. Baydenin bildirdiyinə görə, Birləşmiş Ştatlar Əfqanıstanda Talibanın hərbi uğurları ilə mümkün vətəndaş müharibəsi təhlükəsinin artmasına baxmayaraq, bu ölkədəki 20 illik missiyasını başa çatdırmağa çalışır.

“Biz Əfqanıstana ölkə qurmağa getməmişdik. Ona görə də Amerikanın ən uzun müharibəsinə son qoyuruq”, -ABŞ prezidenti deyib.

Qoşunların çıxarılmasına daha müfəssəl izahat verməsi üçün ona göstərilən təzyiqlərə baxmayaraq Bayden deyib ki, öz ölkələrini necə idarə etmək məsələsi yalnız əfqanların haqqıdır: “Əfqan liderlər bir araya gəlməli və gələcəyə doğru hərəkət etməlidirlər. Öz gələcyi barədə qərar qəbul etmək haqqı yalnız əfqan xalqının hüququ və məsuliyyətidir”.

ABŞ prezidenti bəyan edib ki, ABŞ-ın Əfqanıstan hökumətinə və təhlükəsizlik xidmətlərinə dəstəyi bundan sonra davam edəcək. Onun sözlərinə görə bu missiya zamanı ABŞ qüvvələri üçün işlədiklərinə görə indi “Taliban” təhlükəsi ilə üzləşən minlərlə tərcüməçiyə isə Birləşmiş Ştatlarda sığınacaq veriləcək.

Talibanın ölkə ərazisinin böyük hissələrini ələ keçirməsinə baxmayaraq, Bayden ümid etdiyini deyib ki, o Əfqanıstan hökumət qüvvələrinin hücumları dəf edə biləcəyindən əmindir:"Mən Talibana etibar etmirəm, amma mən Əfqanıstan hərbçilərinin qüdrətinə inanıram”."Talibanın qələbəsi qaçılmazdırmı" sualına Bayden “yox” cavabı verib.

Pentaqon bildirib ki, Baqram hərbi-hava bazasının ötən həftə təhvil verilməsindən sonra Amerika qüvvələrinin Əfqanıstandan çıxarılması 90 faiz başa çatıb. ABŞ koalisiyasına daxil başqa ölkələr də Əfqanıstandakı qoşunlarını nizamlı bir şəkildə çıxarıblar. Əfqanıstandan qoşunların çıxarılması ötən il keçmiş prezident Donald Trampın administrasiyası tərəfindən əldə olunmuş razılaşma əsasında icra edilir. Razılaşmaya əsasən “Taliban” Əfqanıstan ərazisində radikal terror təşkilatlarının (İŞİD, “Əl-Qaidə”) fəaliyyətinə imkan verməməli və Kabil hökuməti ilə barışıq əldə etməlidir.

Lakin ABŞ-ın vasitəçiliyi ilə aparılan sülh danışıqları ötən sentyabr ayında Qətərdə başlayandan bəri yavaş irəliləyib və demək olar heç bir uğurlu nəticə əldə olunmayıb. “Taliban” isə son bir ayda Əfqanıstanın 400-ə yaxın inzibati rayonundan 150-dən çoxuna nəzarəti ələ keçirib...


Virtualaz.org

Paylaş:
Digər xəbərlər

Dünya

9-07-2021, 08:05

KTMT Tacikistana hərbi dəstəkdən İMTİNA ETDİ

Dünya

9-07-2021, 07:56

"Taliban" Əfqanıstanın onlarla rayonunu ələ keçirib - Pentaqon

Dünya

5-07-2021, 09:45

Əfqanıstanın 94 hərbçisi Tacikistanın ərazisinə keçib

Dünya

15-06-2021, 12:10

Əfqanıstan 160 talibançını zərərsizləşdirib

Dünya

12-05-2021, 09:01

Kosaçev: Onlar Ukraynada siyasi məhbusa çevriləcək!

Dünya

10-05-2021, 12:50

ABŞ ordusunu Mərkəzi Asiya ölkələrinin birinə yerləşdirmək istəyir

Siyasət / Dünya

7-04-2021, 21:02

Paşinyan Moskvaya səfəri edib

Siyasət / Dünya

10-02-2021, 09:34

Moskvada Rusiya və Azərbaycan Xarici İşlər nazirlərinin müavinlərinin görüşü olub

Siyasət / Dünya

26-01-2021, 14:56

Taliban nümayəndələri İrana getdi: Əfqanıstanda sülh prosesi müzakirə ediləcək

Dünya

2-05-2020, 12:00

Moskvada koronavirusdan ölənlərin sayı 700-ə çatır

Dünya

22-02-2020, 11:26

BMT on ildə Əfqanıstanda ölən və yaralananların sayını açıqladı

Dünya

22-02-2020, 12:57

BMT on ildə Əfqanıstanda ölən və yaralananların sayını açıqladı

Son xəbərlər
  • 28-10-2026, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • 28-10-2026, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • 28-10-2026, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026, 13:02
    Anar Bayramov səhiyyə naziri təyin olundu
  • 16-10-2026, 23:33
    Sergey Lavrov da Bakıya gələcək
  • 16-10-2026, 09:40
    Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib
  • 15-10-2026, 00:34
    Qara dənizdə dron hücumu: gəmidəki 8 azərbaycanlı xilas edildi
  • 14-10-2026, 22:51
    Ermənistan pasportu dünya reytinqində 64-cü yeri tutub
  • 14-10-2026, 14:27
    Sergey Lavrov da Bakıya gələcək
  • 14-10-2026, 14:25
    Hakan Fidan Bakıya gəlir: Ərdoğanı təmsil edəcək
  • 14-10-2026, 14:22
    Lənkəranda körpəsini təhqir edən 5 uşaq anası ərini bıçaqladı: Məhkəmə qərar verdi
  • 10-10-2026, 16:28
    Hicaba qarşı qadağalar və təbliğat: Bu qərar niyə ləğv edilməlidir?
  • 10-10-2026, 16:19
    Türkiyədə siqaret satışına yeni məhdudiyyətlər gətirilir
  • 10-10-2026, 16:16
    İlham Əliyev Ramzan Kadırovu qəbul edib
  • 8-10-2026, 17:17
    “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib
  • 6-10-2026, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • 6-10-2026, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • 6-10-2026, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • 6-10-2026, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • 6-10-2026, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
Daha çox
Çox oxunanlar
28-10-2026, 16:45
Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
28-10-2026, 16:49
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
27-10-2026, 13:37
Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
26-10-2026, 20:01
Azad Balayev DTX tərəfindən həbs edilib
28-10-2026, 16:42
“AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə