USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Ukrayna hakimiyyəti Rusiya, o cümlədən Belarus ərazisindən gözlənilən təcavüzü elan etməklə vəziyyəti açıq şəkildə qızışdırır.
Axar.az xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç deyib.
"İndi Ukraynada baş verənlərə baxın, onlar açıq-aşkar vəziyyəti qızışdırırlar, daim Rusiya təcavüzündən danışırlar, həm də Belarus ərazisindən. Guya Rusiya Ukraynaya hücum etmək niyyətindədir. Fikrimcə, bu gün bu, məqsədəuyğun və inandırıcı deyil”, - deyə Volfoviç bildirib.