USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Milli Şura Qubad İbadoğlunun həbsi ilə əlaqədar bəyanat yayıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

25-07-2023, 15:23

Milli Şura Qubad İbadoğlunun həbsi ilə əlaqədar bəyanat yayıb

Qubad İbadoğluya azadlıq!

Milli Şura onun həbsi ilə əlaqədar bəyanat yayıb: İyul ayının 23-də ADR partiyasının lideri, London İqtisadiyyat və Siyasət Məktəbinin professoru, iqtisadçı alim, tanınmış ziyalı Qubad İbadoğluna qarşı dövlət səviyyəsində zorakılıq aktı baş verib.

Qubad İbadoğlu xanımı ilə birlikdə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən zorakılıqla saxlanılıb, bu zaman ona və xanımına qarşı fiziki güc və mənəvi işgəncə tətbiq edilib, hər ikisinə bədən xəsarətləri yetirilib. Hipertoniya və şəkərli diabet xəstəsi olan Qubad İbadoğluna saxlanılandan sonra dərmanları verilməyib.

Qubad İbadoğlu saxlanmasından az sonra DİN-in mətbuat xidməti onun Türkiyə hüquq-mühafizə orqanlarından daxil olan məlumat əsasında Fətullah Gülən şəbəkəsinin üzvü kimi saxlanılan dörd Azərbaycan vətəndaşının birinin ifadəsi əsasında şahid qismində istintaqa cəlb edilməsi barədə məlumat yaydı. Vəkilin bildirdiyinə görə, Qubad bəy onun əleyhinə ifadə vermiş həmin şəxsi tanımır.

Burada məqsəd, heç şübhəsiz ki, Türkiyə xidmət orqanlarından qaynaqlanması təəssüratı yaratmaqla, Azərbaycan ictimai fikrində həbsin səbəblərinə mənəvi etibarlılıq qazandırmaqdır.
Ölkənin ən işıqlı ziyalılarından, ictimai-siyasi xadimlərindən biri olan Qubad Ibadoğlu dünyada tanınmış alimdir, London İqtisadiyyat və Siyasət Məktəbinin dəvətli professorudur, uzun müddət ABŞ-ın dünyaca tanınmış Duke Universitetində və Nyu Cersidə yerləşən Ratqers Universitetlərində dərs deyib, qiymətli təcrübə qazanıb. Qubad bəy iqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə ölkəni təmsil edib.

Qubad bəyin "Bandotdel" işçiləri tərəfindən zorakı yolla saxlanılması hüquq adına rəzalətdir. İyul ayının 24-də saxta ittihamla Nərimanov rayon məhkəməsində Qubad bəy haqqında Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçib. Dünyanın birinci iqtisadiyyat məktəbində gənclərə halal pul qazanmağın yollarını öyrədən iqtisadçı professor saxta pul və ya qiymətli kağızlar hazırlamaqda, satmaqda şübhəli bilinir. Görünür, hüquq-mühafizə orqanları Qubad bəyi saxlamaq üçün dəlilsizlik sindromu ilə qarşılaşıblar və nəticədə ölkənin iqtisadiyyat üzrə ən nüfuzlu aliminə qarşı bu qədər ucuz, gülünc, hüquqi anlayışa sığmayan ittiham irəli sürüblər. Müstəqilliyi olmayan məhkəmə isə belə cəfəng iddia üzrə 4 aylıq həbs qətimkanı seçib.

Qubad bəy 3 həftədir Bakıya gəlib. Onun 3 həftə ərzində mütəşəkkil cinayətkar dəstə yaradıb saxta dollar istehsalatını işə salması və kəsdiyi saxta pulun 40 minini də ofisdə saxlamasını iddia etmək absurddur. Qubad bəyin ailə üzvləri ofisə müdaxilə olduğunu və yarıya qədər saxta əskinaslardan ibarət olan 40 min dolların öncədən ofisdə yerləşdirildiyini bildirirlər.

Ölkənin tanınmış iqtisadçısına, nüfuzlu ziyalısına, partiya liderinə qarşı belə natəmiz əməllərdən istifadə edilməsi sözün tam mənasında biabırçılıqdır. Milli Şura bu qanunsuzluqlara və zorakılıq aktına öz etirazını bildirir.
Qubad bəyin həbsi, ilk növbədə, onun Azərbaycan hökumətinin yeritdiyi siyasi, iqtisadi və sosial siyasətinə tənqidi münasibəti ilə bağlıdır. Qubad İbadoğlu Əliyev rejiminin korrupsiya əməllərini fakt və dəlillərlə ifşa edən görkəmli alimdir, dünya tərəfindən etibar qazanmış təhlilçidir.

Qubad bəy ilk gündən "sülhməramlı" adı ilə rus qoşunlarının Azərbaycana qaytarılmasına qarşı mövqe ortaya qoyub, Qarabağın azad olunmuş ərazilərində həyata keçirilən sosial və infrastruktur layihələrində korrupsiya faktlarının olduğunu üzə çıxarıb. Onun müəllifi olduğu "BİZ.tv" ardıcıl olaraq tənqidi mövqeyi ilə seçilib.

DİN-in hansı əməliyyat keçirməsindən, harada saxta dollar yerləşdirməsindən, məhkəmənin hansı qərar qəbul etməsindən asılı olmayaraq, Qubad bəy onun həbsinin hakimiyyətin siyasi sifarişi əsasında həyata keçirildiyini bildirdi.

Şübhəsiz ki, baş verənlər Qubad bəyin müxalif siyasi mövqeyi və "BİZ.tv"dəki tənqidi çıxışları ilə bağlıdır.

Yeni yaradılmış və Londonda qeydiyyatdan keçirilmiş "Azərbaycan Gənclərinin Təhsil Fondu"nun da hakimiyyəti qəzəbləndirdiyi şübhəsizdir. Son həftələr ərzində Milli Məclisin 5 deputatı (Tahir Kərimli, Aydın Mirzəzadə, Elşən Musayev, Ceyhun Məmmədov, Fəazil Ağamalı) hakimiyyət və YAP mətbuatında bu Fonda və onun təsisçilərinə qarşı böhtan kampaniyası aparıb, Fonda qarşı tədbirlər görülməsi ilə bağlı hakimiyyət orqanlarına çağırış edilib.

Biz Milli Şura olaraq Qubad bəyə qarşı baş verənlər zorakılıq və qanunsuzluğa, onun siyasi sifariş əsasında həyata keçirilən həbsinə etirazımızı bildirir, ona qarşı saxta və qurama ittihamları qınayır, professor Qubad İbadoğlunun bilavasitə siyasi və tənqidçi fəaliyyətinə görə saxlandığını bəyan edir, onun dərhal azad olunmasını tələb edirik.

Milli Şura

Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial / Hadisə / Araşdırma

25-07-2023, 12:30

Qubad İbadoğlunun Hüquqlarının Müdafiə Komitəsi yaradılıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

24-07-2023, 17:41

İqtisadçı alim Qubad İbadoğlu 3 ay 26 gün həbs olundu

Gündəm / Siyasət / Sosial / Hadisə / Müsahibə / Araşdırma

24-07-2023, 12:26

Həbsə sifariş verənlərin alimə qarşı acizliyi və zəyifliyi

Gündəm / Siyasət / Sosial / Hadisə / Müsahibə / Araşdırma

24-07-2023, 10:42

Qubad İbadoğlu “saxta pul hazırlamaqda” maddəsilə istintaqa şübhəli şəxs qismində cəlb edilib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

24-07-2023, 02:11

İqtisadçı alim, sədri Qubad İbadoğlu həbs edildi

Gündəm / Siyasət / Sosial / Hadisə / Müsahibə / Araşdırma

23-07-2023, 23:09

Hökumət mediyası Qubad İbadoğlunun FETÖ əlaqəsinə görə saxlanıldığını deyir

Gündəm / Siyasət / Sosial / Hadisə / Müsahibə / Araşdırma

23-07-2023, 20:05

Qubad İbadoğlu və xanımı (Bandotdel) əməkdaşları tərəfindən saxlanılıb

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial / Araşdırma

15-01-2023, 17:01

Qubad İbadoğlu yazır:

Gündəm / Siyasət / Sosial

12-01-2023, 17:06

ADR sədri Qubad İbadoğlu yazır:

İqtisadiyyat / Hadisə

12-09-2021, 14:19

ADR hərəkatının sədri, iqtisadçı Qubad Ibadoğlunun 50 yaşı tamam olur.

Gündəm / İqtisadiyyat / Sosial

29-08-2021, 21:48

Qubad İbadoğlunun təqdimatında MDB ölkələrində pensiya yaşı

Sosial

23-08-2021, 09:44

Qubad İbadoğlu Londonda özünə iş tapdı

Son xəbərlər
  • Bugün, 20:13
    Xankəndidə saxlanılan Karen Avanesyana 16 il həbs cəzası verildi
  • Bugün, 20:11
    Zelenski Yeni ildən əvvəl Donald Trampla görüşəcəyini açıqlayıb
  • Bugün, 20:08
    Sabirabadda avtomobil kanala aşıb, sürücü ölüb
  • Bugün, 20:04
    Bakıda avtoxuliqanlıq edən sürücü 30 gün həbs edilib
  • Bugün, 15:06
    Güzgü Qarşısındakı Tələ: SAĞLAM ARIQLAMAQ, YOXSA HƏYATI TƏHLÜKƏYƏ ATMAQ?
  • Dün, 19:06
    Fransa Moldovanın keçmiş baş nazirini beynəlxalq axtarışa verib
  • Dün, 19:04
    Bu telefonlarda “WhatsApp” dəstəyi dayandırılacaq – Siyahı
  • Dün, 18:18
    Polis qanunsuz saxlanılan odlu silah-sursat aşkarlayıb
  • Dün, 18:12
    Mateusz Kochalski “Qarabağ”da qalmaq qərarı verib
  • Dün, 13:37
    “Meclis.info işi” üzrə məhkəmə: 5 şahidin məcburi gətirilməsi qərara alınıb
  • Dün, 13:32
    Olimpiya çempionları şəhid övladları ilə görüşüblər
  • Dün, 13:29
    Rusiya daha bir generalını itirib
  • Dün, 03:56
    Xaricdə yaşayan blogerlərə qiyabi hökm oxunub
  • 26-12-2025, 21:30
    Azərbaycan 5 ölkə ilə vizasız gediş-gəliş barədə danışıqları davam etdirir
  • 26-12-2025, 19:29
    Patriarx Kirill Prezident İlham Əliyevi təbrik edib
  • 26-12-2025, 19:27
    Prezidentdən İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı sərəncam
  • 26-12-2025, 19:25
    MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb
  • 26-12-2025, 00:14
    Daxili qoşunların komandanının təyinatı Prezidentin səlahiyyətinə verildi
  • 26-12-2025, 00:09
    Mnatsakanyan ibtidai istintaqda verdiyi ifadələrdən imtina etdi
  • 26-12-2025, 00:06
    Həbsdə ölən sabiq icra başçısının oğluna yeni vəzifə verildi
  • 26-12-2025, 00:04
    Ramzan Kadırov Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
  • 25-12-2025, 23:59
    DTX tərəfindən saxlanılan Saleh Səmədovun həbs müddəti uzadılıb
  • 25-12-2025, 16:09
    Bakıda “Land Rover” idarə edən narkokuryerdən 17 kiloqramdan çox marixuana götürülüb
  • 25-12-2025, 14:54
    Türkiyədə qəzaya uğrayan təyyarənin “qara qutuları” üçüncü ölkəyə göndəriləcək
  • 25-12-2025, 00:13
    Xaçmazda itkin düşən şəxsin qətlə yetirildiyi aşkarlanıb
  • 25-12-2025, 00:10
    AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür
  • 25-12-2025, 00:09
    Bəylər Eyyubovun qardaşı oğlu Ruslan Eyyubov həbs edilib
  • 24-12-2025, 22:24
    Yaponiya Suriyaya 53 milyon dollar maliyyə yardımı ayırıb
  • 24-12-2025, 22:21
    Daşkəsəndə qadın dərmandan zəhərlənib
  • 24-12-2025, 22:19
    Prezidentin ad günündən ailəvi foto paylaşılıb
  • 24-12-2025, 22:18
    Əlcəzair parlamenti Fransa müstəmləkəçiliyini cinayət kimi tanıyıb
  • 24-12-2025, 22:15
    Türkiyədə qəzaya uğrayan təyyarənin “qara qutuları” üçüncü ölkəyə göndəriləcək
  • 24-12-2025, 22:05
    Xankəndidə Zəfər parkının açılışı olub
  • 24-12-2025, 22:02
    Prezident İlham Əliyevin doğum günüdür
  • 24-12-2025, 13:30
    Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Daha çox
Çox oxunanlar
22-12-2025, 19:47
Almaniyada yaşayan azərbaycanlı mühacirlər Berlində etiraz aksiyası keçiriblər
23-12-2025, 00:02
Avropada yaşayan azərbaycanlı miqrant pulunu ala bilmədiyini iddia edir
23-12-2025, 16:51
Bəylər Eyyubovun qardaşı oğlu Ruslan Eyyubov həbs edilib
24-12-2025, 13:03
Gießendə avtomobil insanların üzərinə sürüldü – dörd nəfər yaralanıb
22-12-2025, 15:18
Amnistiya aktının icrasına başlanılıb: minlərlə məhkum azadlığa buraxılacaq
22-12-2025, 02:35
Ruslan İzzətlinin səhhəti ağırlaşıb – həyat yoldaşı həyati təhlükə olduğunu bildirir
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
Dün, 13:37
“Meclis.info işi” üzrə məhkəmə: 5 şahidin məcburi gətirilməsi qərara alınıb
22-12-2025, 19:47
Almaniyada yaşayan azərbaycanlı mühacirlər Berlində etiraz aksiyası keçiriblər
22-12-2025, 02:35
Ruslan İzzətlinin səhhəti ağırlaşıb – həyat yoldaşı həyati təhlükə olduğunu bildirir
19-12-2025, 16:51
Çatalca Geri Göndərmə Mərkəzində saxlanılan Gültəkin Hacıbəyli qərarı siyasi sifariş adlandırır
19-12-2025, 12:19
AXCP funksioneri Murad Sultanlı 30 sutka həbs olunub
19-12-2025, 12:12
“Azər Qasımlı işi”: Zərərçəkən hədə-qorxu iddiasına sübut təqdim edə bilmədi
Sosial
Güzgü Qarşısındakı Tələ: SAĞLAM ARIQLAMAQ, YOXSA HƏYATI TƏHLÜKƏYƏ ATMAQ?
Bu telefonlarda “WhatsApp” dəstəyi dayandırılacaq – Siyahı
Olimpiya çempionları şəhid övladları ilə görüşüblər
Xaricdə yaşayan blogerlərə qiyabi hökm oxunub
Xankəndidə Zəfər parkının açılışı olub
Sadettin Saranla bağlı narkotik testi iddiası – rəsmi araşdırma davam edir

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə