USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

QUBAD İBADOĞLU AYAĞA QALXMAQDA VƏ YERİMƏKDƏ ÇƏTİNLİK ÇƏKİR

Gündəm / Siyasət / Sosial / Hadisə / Bölgə

12-10-2023, 16:46

QUBAD İBADOĞLU AYAĞA QALXMAQDA VƏ YERİMƏKDƏ ÇƏTİNLİK ÇƏKİRAzərbaycan hökuməti qanunsuz həbs olunan London İqtisad Məktəbinin (LSE) professoru Qubad İbadoğlu ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin sentybarın 20-də çıxardığı qətnaməyə əməl etmir. Qətnamədə Azərbaycanın üzərinə qardaşımla bağlı daha dərin analiz və müayinələrin aparılması öhdəliyi qoyulsa da, dəfələrlə bu barədə Bakı İstntanq Təcridxanasındakı Tibbi-sanitar hissənin (TSH) rəisi Rəşad Hüseynliyə və Ədliyyə Nazirliyi yanında Tibb Baş İdarəsinə xəbərdarlıq etsək də, yalnız dünən (11 oktyabr 2023) qardaşım endokrinoloq tərəfindən müayinə olunub və şəkərin normallaşmamasına görə ona insulin təyin olunub.

Guya qardaşım 7 oktyabrda nevroloq olduğu deyilən həkim tərəfindən müayinə olunub. “Nevroloq olduğu deyilən” ifadəsini sözgəlişi işlətmirəm. Qardaşım müayinə adlandırılan söhbət zamanı onun nevroloq olduğunu bilməyib, çünki o, qardaşımla ünsiyyət zamanı bel ağrıları və onurğa ilə bağlı hər hansı sual verməyib, hər hansı müayinə və müşahidə aparmayıb. Yalnız bir gün sonra Apellyasiya Məhkəməsində TSH-nin rəisi Rəşad Hüseynli hakimin sualına cavab verərəkən “dünən Qubad İbadoğlunu müayinə edən nevroloq MRT-yə ehtiyac görməyib” deyəndə həkimin kimliyi məlum olub.

Statusu yazarkən, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəsi müavini İftixar Qurbanovun vəkillərin sorğusuna cavab məktubu daxil oldu (məktubu əlavə edirəm).
Rəis müavini də qırmızı-qırmızı yazır ki, bel ağrısı ilə bağlı MRT-nin keçirilməsinə ehtiyac yoxdur. Məktubda mülki xəstəxanada şəxsin öz hesabına müayinəsinin aparılması üçün istintaq aparan orqanının (“Bandotdel”in) razılığının tələb olunduğu da yazılır.

Azərbaycan hökuməti səhhətindəki problemlərin aşkara çıxmasından ehtiyat edərək qardaşımın xarici həkimlər tərəfindən müayinə olunmasına da imkan vermir.

Hazırda qardaşım oturduğu yerdən qalxmaqda və yeriməkdə çətinlik çəkir, bütün cəhdlərimizə rəğmən onun hərəkət qabiliyyətinin məhdudlaşmasının qarşısının alınması ilə bağlı hər hansı tibbi tədbir görülmür.

Bu ilin aprelində Londonda MRT müayinəsinə girən qardaşıma ilkin olaraq “Degenerative changes and L4 nerve irritation” (Degenerativ dəyişikliklər və L4 sinirinin qıcıqlanması) diaqnozu qoyulub. Həkimlər yaxşı bilirlər ki, L4 siniri əsas oturaq sinirlərdən olduğundan sağrıdan aşağıya doğru kəskin ağrılarla müşayiət olunur. Onurğanın fəqərələrarası disklərində gedən degenerativ dəyişikliklərin səviyyəsini (qabarma, aşınma, protuziya və sair) bilmək üçün isə mütləq ya KT, ya da MRT tələb olunur.

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin tabeliyindəki tibbi qurumlarda çalışan, həkim andına xəyanət etmiş, vicdanının yerini unutmuş həkimlər və adekvatlıqda onlardan geri qalmayan rəhbərlik iki ayağını bir çalaya soxaraq dirənib ki, qardaşımın MRT olunmasına ehtiyac yoxdur, London həkimlərinə “daş çıxardan” Rəşad Hüseynlinin yazdığı “qabaqcıl müalicə metodu” olan “pertsovıy plastır” və ağrıkəsici məlhəmlə bel ağrıları keçəcək.

Çalanız dərin olsun!
QUBAD İBADOĞLU AYAĞA QALXMAQDA VƏ YERİMƏKDƏ ÇƏTİNLİK ÇƏKİR

Qalib Toğrul

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Araşdırma

11-10-2023, 22:16

Sabah Avropa Şurası Qubad İbadoğlu ilə bağlı qərarını açıqlayacaq

Gündəm / Siyasət / Sosial / Araşdırma

3-10-2023, 12:59

İsveçrənin nüfuzlu www.srf.ch nəşri Qubad İbadoğlunun həbsindən yazıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

26-09-2023, 01:57

QUBAD İBADOĞLUNUN SƏHHƏTİ KƏSKİN PİSLƏŞİB

Gündəm / Siyasət / Sosial / Hadisə / Müsahibə / Araşdırma

21-09-2023, 10:25

Avropa məhkəməsi Qubad İbadoğlu ilə bağlı iddianı qəbul etdi

Gündəm / Siyasət / Sosial / Hadisə / Müsahibə / Araşdırma

18-09-2023, 08:37

Penitensiar Xidmət Qızıl Xaç komitəsinə Qubad İbadoğlu ilə görüşməsinə icazə vermir

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

6-09-2023, 22:38

Galib Toghrul: "Qubad İbadoğlunun tibbi göstəriciləri saxtalaşdırılır"

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

6-09-2023, 17:04

Galib Toğrul professor ilə bağlı ABŞ və Avropa səfirlərini müraciət ünvanlayıb

Gündəm / Siyasət / Sosial / Hadisə / Müsahibə / Araşdırma

4-09-2023, 14:00

Beynəlxalq Qızıl Xaç Komitəsi əməkdaşlarına professor Qubad İbadoğlu ilə görüşə icazə verilmir

Sosial / Hadisə

30-08-2023, 14:58

Galib Toğrul: "Qubad İbadoğlunun müayinə sənədləri təqdim edilməyib"

Gündəm / Sosial / Hadisə / Araşdırma

19-08-2023, 19:51

İqtisadçı alim Qubad İbadoğlu ailə üzvləri ilə görüşüb

Gündəm / Siyasət / Sosial / Hadisə / Müsahibə / Araşdırma

30-07-2023, 21:14

London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) Qubad İbadoğlunun azad olunmasını tələb edir

Sosial

23-08-2021, 09:44

Qubad İbadoğlu Londonda özünə iş tapdı

Son xəbərlər
  • Bugün, 13:37
    “Meclis.info işi” üzrə məhkəmə: 5 şahidin məcburi gətirilməsi qərara alınıb
  • Bugün, 13:32
    Olimpiya çempionları şəhid övladları ilə görüşüblər
  • Bugün, 13:29
    Rusiya daha bir generalını itirib
  • Bugün, 03:56
    Xaricdə yaşayan blogerlərə qiyabi hökm oxunub
  • Dün, 21:30
    Azərbaycan 5 ölkə ilə vizasız gediş-gəliş barədə danışıqları davam etdirir
  • Dün, 19:29
    Patriarx Kirill Prezident İlham Əliyevi təbrik edib
  • Dün, 19:27
    Prezidentdən İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı sərəncam
  • Dün, 19:25
    MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb
  • Dün, 00:14
    Daxili qoşunların komandanının təyinatı Prezidentin səlahiyyətinə verildi
  • Dün, 00:09
    Mnatsakanyan ibtidai istintaqda verdiyi ifadələrdən imtina etdi
  • Dün, 00:06
    Həbsdə ölən sabiq icra başçısının oğluna yeni vəzifə verildi
  • Dün, 00:04
    Ramzan Kadırov Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
  • 25-12-2025, 23:59
    DTX tərəfindən saxlanılan Saleh Səmədovun həbs müddəti uzadılıb
  • 25-12-2025, 16:09
    Bakıda “Land Rover” idarə edən narkokuryerdən 17 kiloqramdan çox marixuana götürülüb
  • 25-12-2025, 14:54
    Türkiyədə qəzaya uğrayan təyyarənin “qara qutuları” üçüncü ölkəyə göndəriləcək
  • 25-12-2025, 00:13
    Xaçmazda itkin düşən şəxsin qətlə yetirildiyi aşkarlanıb
  • 25-12-2025, 00:10
    AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür
  • 25-12-2025, 00:09
    Bəylər Eyyubovun qardaşı oğlu Ruslan Eyyubov həbs edilib
  • 24-12-2025, 22:24
    Yaponiya Suriyaya 53 milyon dollar maliyyə yardımı ayırıb
  • 24-12-2025, 22:21
    Daşkəsəndə qadın dərmandan zəhərlənib
  • 24-12-2025, 22:19
    Prezidentin ad günündən ailəvi foto paylaşılıb
  • 24-12-2025, 22:18
    Əlcəzair parlamenti Fransa müstəmləkəçiliyini cinayət kimi tanıyıb
  • 24-12-2025, 22:15
    Türkiyədə qəzaya uğrayan təyyarənin “qara qutuları” üçüncü ölkəyə göndəriləcək
  • 24-12-2025, 22:05
    Xankəndidə Zəfər parkının açılışı olub
  • 24-12-2025, 22:02
    Prezident İlham Əliyevin doğum günüdür
  • 24-12-2025, 13:30
    Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
  • 24-12-2025, 13:23
    Sadettin Saranla bağlı narkotik testi iddiası – rəsmi araşdırma davam edir
  • 24-12-2025, 13:03
    Gießendə avtomobil insanların üzərinə sürüldü – dörd nəfər yaralanıb
  • 24-12-2025, 12:52
    “Kreativ Media - Bakı” məzmun müsabiqəsinin qalibləri mükafatlandırılıb
  • 23-12-2025, 16:51
    Bəylər Eyyubovun qardaşı oğlu Ruslan Eyyubov həbs edilib
  • 23-12-2025, 16:48
    Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol qəzasında həlak olub
  • 23-12-2025, 15:36
    Azərbaycanda sabiq vəzifəli şəxs həbsdə vəfat edib
  • 23-12-2025, 15:33
    Prezident İlham Əliyev Qarabağ Universitetinin Biznes və İqtisadiyyat Fakültəsinin binasının açılışında iştirak edib
  • 23-12-2025, 15:29
    Məhkəmə Nərmin Quliyevanın qətli ilə bağlı kassasiya şikayətini təmin etmədi
  • 23-12-2025, 15:21
    Rusiya taxılı Azərbaycan üzərindən Ermənistana göndərilir
Daha çox
Çox oxunanlar
22-12-2025, 19:47
Almaniyada yaşayan azərbaycanlı mühacirlər Berlində etiraz aksiyası keçiriblər
23-12-2025, 00:02
Avropada yaşayan azərbaycanlı miqrant pulunu ala bilmədiyini iddia edir
23-12-2025, 16:51
Bəylər Eyyubovun qardaşı oğlu Ruslan Eyyubov həbs edilib
20-12-2025, 15:44
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
24-12-2025, 13:03
Gießendə avtomobil insanların üzərinə sürüldü – dörd nəfər yaralanıb
22-12-2025, 15:18
Amnistiya aktının icrasına başlanılıb: minlərlə məhkum azadlığa buraxılacaq
Müsahibə
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
24-11-2025, 15:33
Zəfər Əhmədov: “Səni niyə tutmurlar?” sualına cavab verdi
Araşdırma
Bugün, 13:37
“Meclis.info işi” üzrə məhkəmə: 5 şahidin məcburi gətirilməsi qərara alınıb
22-12-2025, 19:47
Almaniyada yaşayan azərbaycanlı mühacirlər Berlində etiraz aksiyası keçiriblər
22-12-2025, 02:35
Ruslan İzzətlinin səhhəti ağırlaşıb – həyat yoldaşı həyati təhlükə olduğunu bildirir
19-12-2025, 16:51
Çatalca Geri Göndərmə Mərkəzində saxlanılan Gültəkin Hacıbəyli qərarı siyasi sifariş adlandırır
19-12-2025, 12:19
AXCP funksioneri Murad Sultanlı 30 sutka həbs olunub
19-12-2025, 12:12
“Azər Qasımlı işi”: Zərərçəkən hədə-qorxu iddiasına sübut təqdim edə bilmədi
Sosial
Olimpiya çempionları şəhid övladları ilə görüşüblər
Xaricdə yaşayan blogerlərə qiyabi hökm oxunub
Xankəndidə Zəfər parkının açılışı olub
Sadettin Saranla bağlı narkotik testi iddiası – rəsmi araşdırma davam edir
Gießendə avtomobil insanların üzərinə sürüldü – dörd nəfər yaralanıb
“Kreativ Media - Bakı” məzmun müsabiqəsinin qalibləri mükafatlandırılıb

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə