USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Karantində gərginlik: səbri tükənmiş valideynlər, evdə darıxan uşaqlar... – Psixoloq çıxış yolunu göstərdi

Gündəm

9-05-2020, 16:48

Karantində gərginlik: səbri tükənmiş valideynlər, evdə darıxan uşaqlar... – Psixoloq çıxış yolunu göstərdiGünlərdir, karantin rejimində yaşayırıq. Əlbəttə, bu kritik vəziyyət hər kəsə eyni səviyyədə təsir göstərmir.

Bəziləri evdə qalıb ailələri ilə vaxt keçirməkdən məmnun olsa da, digərləri isə rutin həyatları üçün darıxdıqlarından stress və qorxu halları ilə üzləşirlər. Psixologiyada yaranan problemlər uşaqlardan da yan keçmir.

Əksər ailələrdə valideyn uşaq münasibətləri yaxşılaşsa da, bəzilərində durum əksinə dəyişir. Səbri tükənmiş valideynlər, evdə darıxan uşaqlar üçün karantin müddəti çətinləşir.

"Sherg.az" bu məsələ ilə bağlı tövsiyyələrini öyrənmək üçün psixoloq Narınc Rüstəmova ilə əlaqə saxlayıb, həmsöhbət olduq. Narınc xanım karantin rejiminin şərtləri yumşaldılmış olsa da psixoloji cəhətdən təsirlərinin davam etdiyini bildirdi:

"Xüsusilə də işləyən insanlar üçün çətindir. Karantin müddətində problemi qadınlardan çox kişilər yaşayır. Çünki evdar xanımların əksəriyyəti normal vaxtlarda da karantin rejimində kimi yaşayırdı. Ona görə çox çətin deyil. Amma uşaqların məktəbə, bağçaya getməməsi evdəki problemləri üzə çıxarır. Uşaqlar darıxırlar, çölə çıxıb, parka gedə bilmirlər. Bunlar da dörd divar arasında, daha çox qapalı mühitdə qalan uşaqlarda aqressivlik, davranış pozuntuları, dərsə qarşı diqqətsizlik yaradır. Bununla yanaşı, televizor, telefon, planşet və elektron cihazlara bağlılıq artmağa başlayır. Bu da valideynlərin uşaqla ünsiyyətə girməsini çətinləşdirir. Həqiqətən də psixoloqlara ehtiyac artmağa başlayır. Bununla bağlı valideynlər çox suallar yazırlar. Şükürlər olsun ki, onlayn dərslər var. Əksər uşaq bunu qəbul edir. Amma təbii ki, sinifdə oturmaq, kollektiv ruhu ilə dərs keçməyin effektini vermir. Uşaqlar elektron cihazların qarşısında yorulurlar. Belə bir situasiyada valideynlər nə etməlidirlər? Karantində də olsalar günlük rejimdən çıxmamalıdırlar. Stress faktorunu artıran amillərdən biri yuxusuzluqdur. İnsanların çoxunda yuxu pozğunluğu var, rejimləri dəyişib. Yuxu rejiminə əməl olunmur, uşaqlar enerjini doğru istifadə etmir. Həmişə saat 9-da yatıb, məktəbə gedib gələn uşaqlar bu gün 1-də, 2-də yatırlar. Çox gec saatlara qədər oyaq qalırlar. Bu həm də stress faktorunu gücləndirir. Çünki yuxusuzluq davamsızlıq yaradır. Özündən çıxma, aqressivlik çoxalır. Bunun üçün də günlük rejimdən çıxmamalıdırlar. Karantindən öncə böyüklər, xüsusilə də uşaqlar saat neçədə yatırdılarsa ona geri dönsünlər. Qidalanma rejimini ona uyğun etsinlər. Axır vaxtlar evdə çox qaldıqları üçün hər kəs şirniyyat bişirir. Hamı evdə çörək, börək kimi yeməklər hazırlayır bu da rejimin pozulmasına gətirib çıxarır. İstər günlük yeməyə, istər yatmağa istərsə də dərs oxumağa riayət etməlidirlər. Məsələn çalışsınlar hamı 8-də, 9-da yuxudan dursun. Saat 11-də, 12-də oyananda rejim pozulur. Belə olduğu halda həm karantin müddətini həm də sonrakı mərhələni çətin keçirəcəklər. Adaptasiya istər uşaqlar, istərsə də böyüklər üçün çətin olacaq.

Psixoloq uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsinin vacibliyindən də söz açdı:

"Bunun üçün çox pul xərcləməyə, oyuncaq almağa ehtiyac yoxdur. Yəni adi oyunlar, yarışlar təşkil edə bilərlər. Xüsusilə də bacı qardaş olan uşaqlara valideynlər daha çox vaxt sərf etməlidir. Elə etmək lazımdır ki, uşaq darıxmasın. Darıxan uşaq dalaşacaq, bir problem yaradacaq. Ona görə maraqlı oyunlar, sual-cavablı yarışlar hazırlayıb, şokoladla mükafatlandırsınlar. Sonra adi oyunlar oynasınlar. Məsələn, noxudla lobyanı qarışdırıb vaxt qoya bilərlər ki, hər ikisini ayrı qablara yığ. Burda çox pul xərcləmək yox, biraz fantaziyanı işlətmək lazımdır. Şükürlər olsun ki, psixoloqlar, pedaqoqlar sosial şəbəkələrdə maraqlı oyunlar paylaşırlar, onları tətbiq etsinlər. Uşaqlar üçün doğru zaman qursunlar. Əgər uşaq telefonda çox vaxt keçirirsə ona aludə olacaq. Hətta karantin müddətində böyüklərdə də bağımlılıq artıb. Hər kəs sosial şəbəkələrdədir, telefondan çox istifadə edir. Bu da sinir sisteminin pozulmasına, aqressivlik yaranmasına gətirib çıxardır.

N.Rüstəmova böyüklərin də bəzi məqamlara diqqət etməli olduqlarını söylədi:

"Aralarında məsafəni saxlasınlar, bir-birləri üçün darıxmırlar. Evin içində də olsalar, yaxın təmasdan uzaq dursunlar, bir-birlərinin şəxsi zonasına hörmət etsinlər. Yəni biri kitab oxuyursa, digəri ev işi ilə məşğul olsun. Əks halda aqressivliyin artmasına gətirib çıxarır. Hərə bir otaqda nə iləsə məşğul olsun. Bu şəkildə münasibətləri tənzimləsinlər. Əsasən qadınlar həyat yoldaşları çox vaxt keçirmək istəyir. Bu da aqressivliyə, davaların artmasına gətirib çıxarır. Bunun üçün də əlavə məşğuliyyət saatları ayırsınlar. Məsələn biz evdə lato, oyun kartları ilə oynayırıq. Uşaqlarla birlikdə maraqlı yarışlar təşkil edirik, oyun xəmirləri ilə oynayırıq. Valideyn zamanı doğru bölməlidir . Bir də dərslərə çox önəm versinlər. Günlük rutin həyatlarından çıxmasınlar. Bu insanların aqressivliyini, bir-birləri ilə yola getməmələrini aradan qaldıracaq”.

Mütəxəssis qeyd edib ki, bir-birlərində hüzur tapan cütlüklər üçün karantin müddəti gözəl keçdi:

“O insanlar üçün çətin oldu ki, karantindən öncə problemlərin üzərinə getməyib, sonra həll edərəm deyirdilər. Bu gün problemləri ilə üz-üzə qalıblar. Ona görə konfliktləri çox olur. Məsələn uşaqlarında davranış problemi olub. Fikirləşib ki, sonra da maraqlanaram və ya məktəbdə müəllim düzəldər. İndi məktəb də yoxdur. Evdədilər uşağın problemlərini daha çox görməyə başlayır. O demək deyil ki, yeni yaranıb. Öncə də var idi amma bu günlərdə daha da pisləşib. Və ya ər arvad öz aralarında problemləri karantin müddətində şiddətlənib. Amma olmayan bir şey karantin zamanında üzə çıxmaz. Yəni öncələr də uşağın dərsə diqqətsizliyi var idi amma bu dövrdə daha da artıb. Fürsət düşüb, məktəbə getmək tələb olunmur, parta arxasında oturmur. Bu şəkildə problemləri var. Ona görə hər şeyi vaxtında düzəltmək lazımdır. Bu bizə dərs oldu ki, heç vaxt problemlərimizi arxaya atmaq, bu günün işini sabaha buraxmaq lazım deyil. Sabah bilmirik nə olacaq. Heç kimin pandemiyanın olacağından xəbəri yox idi. Ona görə də ər-arvad və ya uşaqlarla bağlı problemlər zamanında düzəlməlidir, şiddətlənib dözülməz hala gətirməsin. Bu, insanın özünü faydasız hiss etməsi hallarına gətirib çıxara bilər”.

Paylaş:
Digər xəbərlər

Maraqlı

30-04-2020, 13:51

Nənə və babanın uşağın tərbiyəsinə təsiri – PSİXOLOQ YAZIR

Gündəm

25-04-2020, 09:55

"Arvad evə, dövlət işə qoymur, yazıq kişilər hara getsin?"

Gündəm / Siyasət / Sosial / Hadisə / Səhiyyə / Araşdırma

23-04-2020, 11:00

Oqtay Şirəliyevin “İmmunlaşdırma həftəsi” necə baş tutacaq? - Karantin rejimi və peyvəndlərdən narazılıq

Maraqlı

20-04-2020, 09:00

Evdə idmanla məşğul olarkən bunlara diqqət edin

Maqazin

16-04-2020, 11:20

"Millət öz kefindədir" - Aygün

Maqazin

13-04-2020, 13:50

“Yemək bişirmək sənətimdən üstündür” - Könül Kərimova + Video

Gündəm

5-04-2020, 10:53

Sumqayıtda “maska” problemi olsa da, “Evdə Qal” kompaniyası uğurla davam etdirilir

Gündəm

1-04-2020, 15:21

"Karantin vaxtı gəlib qazı kəsdilər..." - NARAZILIQ...

Maraqlı

20-03-2020, 12:34

Koronavirusun yaratdığı təşviş fonunda insanlar necə davranmalıdırlar? - Psixoloqdan tövsiyələr

Son xəbərlər
  • 28-10-2026, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • 28-10-2026, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • 28-10-2026, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026, 13:02
    Anar Bayramov səhiyyə naziri təyin olundu
  • 16-10-2026, 23:33
    Sergey Lavrov da Bakıya gələcək
  • 16-10-2026, 09:40
    Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib
  • 15-10-2026, 00:34
    Qara dənizdə dron hücumu: gəmidəki 8 azərbaycanlı xilas edildi
  • 14-10-2026, 22:51
    Ermənistan pasportu dünya reytinqində 64-cü yeri tutub
  • 14-10-2026, 14:27
    Sergey Lavrov da Bakıya gələcək
  • 14-10-2026, 14:25
    Hakan Fidan Bakıya gəlir: Ərdoğanı təmsil edəcək
  • 14-10-2026, 14:22
    Lənkəranda körpəsini təhqir edən 5 uşaq anası ərini bıçaqladı: Məhkəmə qərar verdi
  • 10-10-2026, 16:28
    Hicaba qarşı qadağalar və təbliğat: Bu qərar niyə ləğv edilməlidir?
  • 10-10-2026, 16:19
    Türkiyədə siqaret satışına yeni məhdudiyyətlər gətirilir
  • 10-10-2026, 16:16
    İlham Əliyev Ramzan Kadırovu qəbul edib
  • 8-10-2026, 17:17
    “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib
  • 6-10-2026, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • 6-10-2026, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • 6-10-2026, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • 6-10-2026, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • 6-10-2026, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
Daha çox
Çox oxunanlar
24-10-2026, 23:24
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
26-10-2026, 20:01
Azad Balayev DTX tərəfindən həbs edilib
27-10-2026, 13:37
Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
28-10-2026, 16:45
Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
28-10-2026, 16:42
“AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
28-10-2026, 16:49
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə