USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Almaniyada siyasi mühacir həyatı yaşayan Abid Qafarovla MÜSAHİBƏ

Gündəm / Siyasət / Sosial / Hadisə / Müsahibə / Araşdırma

3-06-2024, 01:49

Almaniyada siyasi mühacir həyatı yaşayan Abid Qafarovla MÜSAHİBƏ
Müsahibimiz Almaniyada siyasi mühacir həyatı yaşayan Abid Qafarovdur. Abid bəylə müsahibəmizi təqdim edirik.

⁠Abid bəy, siz bir neçə aydır Almaniyadasınız. Buradakı siyasi fəaliyyətinizi necə qiymətləndirirsiz?

- Ümumiyyətlə, Almaniyaya gəlməzdən öncə Avropanın digər ölkələrində oldum. Oradakı beynəlxalq təşkilatların tədbirlərində iştirak etdim. Çıxışlar və görüşlərim oldu. Məsələn, Polşada ATƏT-in “Human Dimension Conference” tədbirində, Fransada AŞPA-nın sessiyasında, İsveçrədə BMT-nin 5 illik “Universal Periodical Review” tədbirində və Belçikada Avropa Parlamentində çıxışlarım və görüşlərim baş tutdu. Həmin tədbir və görüşlərdə iştirakçıları Azərbaycan insan haqları müstəvisində olan problemlər barədə məlumatlandırdım. Söz azadlığı, jurnalist və blogerlərə qarşı yeni qəbul olunmuş “Media Haqqında” qanunla paralel repressiv mühit, ifadə azadlığının seçki saxtakarlığı və qəbul olunmuş “Siyasi Partiyalar Haqqında” qanunla məhdudlaşdırılması və məhv edilməsi, dindarların kütləvi şəkildə şərlənərək həbs olunması və ən əsas da 2017-ci ildə baş vermiş, əsrin cinayəti kimi yaddaşlara həkk olunmuş “Tərtər faciəsi”nin detalları barədə çıxış və görüşlərim oldu. Almaniyaya gəldikdən sonra isə “Andaluniya” adlı, özündə “Tərtər faciəsi”ni ehtiva edən siyasi-psixoloji romanım işıq üzü gördü. Düzdür, kitab ictimaiyyət tərəfindən isti qarşılandı, amma hakimiyyət bu məsələdə də dözümsüzlük göstərdi və Bakıdakı evimə polis basqını edilərək kitablar müsadirə edildi. Ardınca mənə təhdid xarakterli zənglər gəldi və təbii ki, mən Almaniya polisini bu təhdidlər barədə xəbərdar etdim.
Almaniyada siyasi mühacir həyatı yaşayan Abid Qafarovla MÜSAHİBƏ
⁠Sizin və ailənizin təhlükəsizliyi Alman polisi tərəfindən necə qorunur?

- Nə qədər təəssüf verici səslənsə də, burada özümü vətənimdən daha güvəndə hiss edirəm. Almaniyada mənim şərlənərək həbs edilmə təhlükəm yoxdur. Dörd övladımın ehtiyac içində qalması da qeyri-mümkündür. Bura diktatur Azərbaycan deyil ki?! Polisə gəldikdə isə, Almaniyada həqiqətən polis insanı qoruyur. İstər vətəndaş ol, istərsə də əcnəbi. Bu bir mənalı qaydada belədir. Hər saatda bir dəfə polis patrul avtomobili evimizin önündə dövrə vurur. Həftədə bir dəfə mənimlə görüşüb hər şeyin qaydasında olduğunu soruşurlar.

Sizin təşəbbüsünüzlə keçirilən “28 may” aksiyası həm Avropada, həm də Azərbaycanda rezonansa səbəb olub. Bu barədə nə deyə bilərsiz?

- “28 may” bizim üçün xüsusi əhəmiyyətə malikdir. Bu gün bizim bir vətəndaş kimi ləyaqət qazandığımız tarixi gündür. Qurucu babalarımız Respublika prinsipləri üzərindən bir dövlət qurdular. Lakin “Heydərizm” bu prinsipləri kökündən məhv etdi və əvəzinə qaniçən bir rejim, diktatura qurdu. Həmin gündə “Rədd olsun diktatura, Yaşasın Respublika!” şüarı ilə eyni vaxtda Fransa (Strasburq, Kleber meydanı), Hollandiya və Almaniyada səfirliklərimiz önündə aksiyalarımız baş tutdu. Qətnamələr oxundu və səfirliklərimizə təqdim edildi. Məncə rezonansa səbəb olan vahid şüarla eyni aksiyanın bir-neçə ölkədə keçirilməsi oldu. Bu aksiyaya AND, DAS kimi təşkilatların eləcə də, “Azerfreedom” ailəsinin üzvləri iştirak etdi. Məncə rezonansın əsas səbəbi də budur.
Almaniyada siyasi mühacir həyatı yaşayan Abid Qafarovla MÜSAHİBƏ
Azərbaycanda həbsdə olarkən kliniki ölüm keçirdiniz. Hazırda səhhətiniz necədir?


- Bəli, 22.12.2022 tarixdə müalicə aldığım “Tibbi Müalicə Mərkəzi”ndə dörd dəqiqəlik kliniki ölüm keçirdim, buna səbəb qan təzyiqimin anidən 20/60-a düşməsi oldu. Növbədə olan həkim təzyiqimin normallaşması üçün cəhdləri uğursuz alındı və ürəyim dayandı. Elə həmin həkimin səyləri nəticəsində ürəyim yenidən çalışmağa başladı. Ayılandan sonra bədənimin sağ tərəfində hissiyyatın olmadığı məlum oldu. Buna baxmayaraq, heç bir müalicə təmin edilmədən növbəti gün cəzaçəkmə müəssisəsinə qaytarıldım. O gündən sağ qulağımda küy var, hələ də mənimlədir və əziyyət verir.

Abid bəy, son iki il ərzində Azərbaycanda 30-dan çox jurnalist həbs olunub. Müxtəlif yollarla dini inanclı şəxslər, ictimai fəallar şərlənərək həbsə atılıb. Beynəlxaq təşkilatların təqdim etdiyi bəyanatlarda 300-ə yaxın siyasi məhbus var. Bu barədə nə deyə bilərsiz?

Almaniyada siyasi mühacir həyatı yaşayan Abid Qafarovla MÜSAHİBƏ
- Məncə bu sahədə boşluqlar var. Siyahılar naqisdir və təkmilləşdirilməlidir. Məsələn, beynəlxalq təşkilatların siyahısında jurnalist Əvəz Zeynallı kimi media kapitanının və onun birlikdə həbs edilmiş Elnur Şükürovun adı yoxdur. Axı bu necə ola bilər? Hakimiyyətin şərləyib həbs etdiyi bu iki jurnalistin adı kimin iradəsi ilə siyahıya salınmaya bilər? Və yaxud, narkotik maddələrin dövriyyəsi ittihamı ilə şərlənərək həbs edilən dindarların sayı, iddialara görə onların sayı üç mindən yuxarıdır. Amma ortada bir siyahı yoxdur. Bu sahədə hüquq müdafiəçiləri yetərli iş görmürlər. O üzdən də dindarlar özləri təşəbbüs göstərməli, ya bir hüquq müdafiəçisini, ya da bir jurnalisti maliyyələşdirməlidirlər ki, tam siyahı olsun və sonra da hesabatlar hazırlansın. Əks halda, dəyirman öz işinə davam edəcək.

Ümumi götürəndə isə, bu hakimiyyət heç kimin göz yaşlarına baxmır. Kimi istəyir tutur. İttihamı isə sonra fikirləşib bir şey uydururlar.

Hal hazırda sizin istər Avropa, istər İngiltərə və Amerikada yaşayan blogerlərlə normal münasibətlərinizin olduğunu müşayət edirik. Bu sizin liderlik xüsusiyyətlərinizdən irəli gəlir. Bununla yanaşı sizə həm də demokratiya uğrunda mübarizənizə stimul verir. Gələcək planlanlarınız barədə fikirlərinizi bölüşərdiz.

- Düşünürəm ki, Azərbaycanda və Avropada apardığım fəaliyyət insanlarda səmimi olduğum qənaətini yaradıb. Əlavə olaraq, onlar özlərini mənim dilimdən və əlimdən əminlikdə hiss edirlər. Yəni Abid Qafarov onların əleyhinə nə danışar, nə də iş görər kimi fikir formalaşıb. Məncə, siyasətlə məşğul olan adam üçün “qucaqlayıcı” mövqedə olması əsas şərtlərdən biridir. Əlbətdə, bu cür mövqedə olmaq mübarizədə stimul verir. Birləşdirici fiqur olmaq və ya ümumi bir dəyərə sahib olmaq siyasi fəaliyyətdə əlavə divident qazandıran bir amildir.

⁠”Tərtər işi” ilə bağlı yazdığınız kitab ölkədə ciddi müzakirəyə səbəb olub. Bu cinayətin araşdırılması ədalətli nəticə verəcəyinə inanırsınızmı?
Almaniyada siyasi mühacir həyatı yaşayan Abid Qafarovla MÜSAHİBƏ

- 2017-ci ilin May ayında 4 qurum, DİN, MN, DTX və Baş Prokurorluq “irimiqyaslı xəyanətin aşkarlanması” barədə birgə bəyanat verdi və əsrin cinayətinin qanuni əsası qoyuldu. “Tərtər işi” ictimailəşəndən, 17.12.2021 tarixdə təkrar istintaq başlayandan sonra cinayətdə adları hallanan generallar nəinki məsuliyyətə cəlb edilmədi. Əksinə, onlar İlham Əliyev tərəfindən rütbə, medal və ordenlərlə mükafatlandırıldı. Zatən həmin dörd nəhəng qurum prezidentin iradəsi xaricində birgə bəyanat yaya bilməzdi, indi İlham Əliyevin onları mükafatlandırması artıq əmrin məhz ondan gəlməsinin aşkar göstəricisidir. Qısaca, nə qədər ki, İlham Əliyev hakimiyyətin başındadır, bu iş tam olaraq ədalətə varmayacaq.

Siz hakimiyyəti sərt tənqid edən siyasi və ictimai fəalsınız. Lakin hakimiyyətin “cib müxalifəti” sizin barənizdə heç bir mənfi və ittiham sürəcək fikirdə deyil. Bunun səbəbi nədir?

- Düşünürəm ki, onların başı mandat əldə etməyin yollarını axtarmağa qarışıb. Fəaliyyətimi bir az da artırsam, “avtobus” sahibinin sifarişi olsa, onların mənim əleyhimə xorlarını izləyə biləcəyik. Bu mənim üçün əsl nailiyyət hesab oluna biləcək (gülümsəyir).

Avropada yaşayan və hakimiyyətə qarşı çox sərt və radikal mövqe sərgiləyən blogerlərə münasibətiniz necədir?

- Diktator hakimiyyətə qarşı mübarizə aparanlara münasibətim müsbətdir. Hər kəs bacardığı müstəvidə və keyfiyyətdə mübarizə aparır. Ölkədə qanun və əxlaq çərçivəsində mübarizə aparanları həbs etməsələr, Avropada sərt və radikal mübarizəyə gərək qalmaz. Bunun günahı yenə də İlham Əliyevin şəxsən özündədir.

Azərbaycanda hakimiyyət barəsində bir statusa görə şərlənib həbs olunan şəxlərin vüsat aldığı bir zamanda tanınmış hüquq müdafiəçiləri hakimiyyəti sərt şəkildə tənqid etsələr də, rahat həyatlarını yaşayırlar. Bunun səbəbi nədir? Hakimiyyət onlardan qorxur, ya onlar elə hakimiyyətin öz adamlarıdır? Onlara icazə verilib ki, danışsınlar, dünya da görsün ki, Azərbaycanda söz azadlığı var. Bu barədə nə deyə bilərsiz?

- “Səni həbs etmirlərsə, deməli hakimiyyətin adamısan” yanaşması doğru deyil. Vaxt var idi ki, mən də hakimiyyəti tənqid edirdim, amma azadlıqda idim, elə hakimiyyət özü mənim əleyhimə eyni əks-təbliğatı aparırdı. Düşünürəm ki, onların da şərlənərək həbs ediləcəyi zaman çox uzaqda deyil, sadəcə hakimiyyət hazırda “görüntü” yaratmaqla məşğuldur, “avtobus”un sərnişinlərinin sayının artırılması da elə bununla bağlıdır.

Abid bəy, həbsdən azad olunandan sonra siyasi fəaliyyətini dayandıran siyasətçilərin şahidi olmuşuq. İnsan üçün ən qiymətli nemət azadlıqdır. Bu qənayətlərinə görə heç kəsi qınamıram. Kimisi azadlıq müqabilində, kimisi maddiyyat qarşılığında öz mübarizəsindən uzaqlaşmağa məcbur edilib. Həbsxana sizin üçün nədir? Və sizin bu mübarizənizdən uzaqlaşmağınız üçün konkret təkliflər olunubmu?

- Azərbaycanda həbsxana insan ləyaqətini şüurlu şəkildə məhv etmək üçün istifadə edilən bir müəssisədir, bu bir mənalı olaraq belədir! Ziyalı insanların narkomanlarla, cinayətkarlarla eyni yerdə və şəraitdə saxlanması, ziyalılara qarşı cinayətkarlarla eyni səviyyədə penitensiar xidmətinin rəftarı, anti-sanitar şəraitdə ziyalıların saxlanması İlham Əliyevin Azərbaycan xalqına qarşı əxlaqsız bir mövqe sərgilədiyinin bariz nümunəsidir. Axı həmin ziyalılar Azərbaycan xalqının elitasıdır, onlara bəslədiyin münasibət xalqa bəslədiyin münasibətin görünən tərəfidir. Necə ki, aysberqin sadəcə iyirmi faizi suyun üzərində görünür, səksən faizi isə suyun altında olur.

Biz bilirik ki, 2020-ci il, ikinci Qarabağ müharibəsində xüsusi aktivlik nümayiş etdirmisiniz. Əsgərlərimizə xalqımızın yardımını və mənəvi dəstəyini çardırmaqda xüsusi payınız olub. Bundan başqa siz parlament seçkilərində namizəd kimi mübarizə aparmısınız. Sizin hakimiyyətdə rüşvət və korrupsiya cinayətlərinə qarşı mübarizə aparmaq iddialarınız var. Bu barədə nə deyərdiz?

- Mənim bütün fəaliyyətim, siyasi, ictimai, humanitar və ya ziyalı fəaliyyətim, hamısı dövlətimizə və xalqımıza xidmət üçündür, buna görə dövlət tərəfindən mənə nə bir mükafat, nə də bir təşəkkür düşüb, mən bunu heç gözləməmişəm də.

Fürsətdən istifadə edib sizə, müsahibə üçün bizə zaman ayırdığınıza görə təşəkkür edirəm. Ümid edirəm ki, “Tərtər işi” barəsində daha geniş müzakirə aparmağımıza zaman ayıracaqsız.

- Mən sizə təşəkkür edirəm. Əlbətdə, “Tərtər işi” haqqında çox şey hələ deyilməli və yazılmalıdır!
Almaniyada siyasi mühacir həyatı yaşayan Abid Qafarovla MÜSAHİBƏ

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

25-03-2024, 11:33

Almaniyada mühacir həyatı yaşayan azərbaycanlılar 26 mart tarixində Berlində XİN və Azərbaycan səfirliyi qarşısında aksiya keçirəcək

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

5-11-2023, 19:35

Almaniyada siyasi fəaliyyət göstərən"DAS" təşkilatı növbəti qurultayını keçirib

Gündəm / Siyasət / Sosial / Hadisə / Müsahibə / Araşdırma

30-07-2023, 16:17

DAS təşkilatının Almaniyada yaşayan siyasi fəalları Nürünberg şəhərində etiraz aksiyası keçiriblər

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

6-07-2023, 16:05

Bu gün Almaniyada yaşayan fəallar aksiya keçirərək siyasi məhbuslara azadlıq tələb edib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

13-06-2023, 21:11

Almaniyada siyasi mühacir həyatı yaşayan DAS təşkilatı fəalları Berlində XİN qarşısında aksiyaya hazirlaşır

Gündəm / Siyasət / Hadisə / Müsahibə / Araşdırma

17-02-2023, 21:10

Almaniyada yaşayan DAS fəalları Münhen şəhərində "ailə rejiminə" qarşı aksiya keçirib

Gündəm / Siyasət / Sosial / Müsahibə / Araşdırma

16-02-2023, 12:57

Ali Məhkəmə Abid Qafarov haqqında Bakı Apellyasiya Məhkəməsində verilmiş qərarı ləğv etdi

Gündəm / Siyasət / Sosial / Müsahibə / Araşdırma

15-02-2023, 11:25

16 Fevral saat 11:50- də Abid Qafarovun işinə Ali Məhkəmədə baxılacaq

Gündəm / Sosial / Hadisə / Araşdırma

23-12-2022, 11:04

Jurnalist Abid Qafarov saxlandığı Müalicə Müəssisəsində kliniki ölüm keçirib

Gündəm / Sosial / Hadisə / Müsahibə / Araşdırma

13-07-2022, 22:09

Jurnalist Abid Qafarov həbs edildi

Sosial

9-06-2021, 12:42

Abid Şərifovun xanımını məhkəməyə verdilər

Hadisə / Dünya

14-03-2021, 19:59

Fransada yaşayan mühacir Məhəmməd Mirzəli bıçaqlanıb

Son xəbərlər
  • Dün, 17:55
    Xaçmazda polis əməkdaşları pedaqoji kollektivlə görüş keçirib
  • Dün, 17:48
    İlham Əliyev Qazaxıstanda səfərdədir – Tokayev qarşılayıb
  • Dün, 16:39
    Əli Həsənovun əmlakının siyahısı yayıldı
  • Dün, 16:27
    Pulkovoda məcburi eniş edən təyyarənin sərnişinləri Bakıya çatıb
  • Dün, 16:23
    Hindistanlı turistlərin Türkiyə və Azərbaycana axını kəskin azalıb
  • Dün, 16:20
    Sankt-Peterburq–Bakı reysini yerinə yetirən AZAL təyyarəsi qəza enişi edib
  • Dün, 15:18
    “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx azad edilib və Rusiyaya yola salınıb
  • Dün, 15:00
    Almaniya Gürcüstandakı səfirini geri çağırır
  • Dün, 14:58
    Sevinc Vaqifqızının ailəsi görüş zamanı təhqirə məruz qaldıqlarını bildirir
  • Dün, 14:20
    Cinayətdə şübhəli bilinən 69 nəfər saxlanılıb
  • Dün, 14:19
    Ramiz Mehdiyev özünü yaxşı hiss edir – Mühafizəçisindən açıqlama
  • Dün, 14:14
    Xaricdə təhsil almış 108 nəfərin diplomu tanınmadı
  • Dün, 14:13
    Azad edilmiş ərazilərdə daha 130 mina aşkarlanıb
  • Dün, 14:11
    Paytaxtda yol qəzalarının yarıdan çoxu piyadavurma hadisələridir
  • Dün, 14:10
    DİN əhaliyə çağırış etdi: “Qanunsuz saxlanılan silahlar təhlükə mənbəyidir”
  • Dün, 14:09
    Xaçmazda qətl hadisəsi – bir nəfər güllələnərək öldürülüb
  • Dün, 14:07
    Eldar Mahmudov barəsində cinayət işi başlanıb? – Vəkilindən açıqlama
  • 19-10-2025, 17:57
    Ramiz Mehdiyevə görə Zahid Orucun “vurulacağının” anonsu verildi
  • 19-10-2025, 16:49
    İran molla rejiminin yüksək ranqlı məmurun qızının dəbdəbəli toyu müzakirələrə səbəb olub
  • 19-10-2025, 16:45
    Eldar Mahmudovun həbsi gündəmdə – Baş Prokurorluqdan İspaniyaya məktub
  • 18-10-2025, 21:07
    Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanılıb
  • 18-10-2025, 21:06
    Şabranda məktəbdə ər arvadını bıçaqlayıb
  • 18-10-2025, 21:04
    Ramiz Mehdiyevin məhkəməsi onlayn keçirilib
  • 18-10-2025, 21:03
    Prezident Ramiz Mehdiyevi Təhlükəsizlik Şurasının üzvlüyündən qovuldu
  • 18-10-2025, 21:01
    Gəncədə yol qəzası — piyada xəsarət alıb
  • 18-10-2025, 14:21
    Qanunsuz orden və medal hazırlayan QHT rəhbərləri cinayət məsuliyyətinə cəlb olundu
  • 17-10-2025, 21:23
    Ailəsi: İmran Əliyevin psixoloji vəziyyəti gərgindir, bədənində mənşəyi bilinməyən şişlər yaranıb
  • 17-10-2025, 21:21
    Tahir Kərimli: “Ramiz Mehdiyevlə ömrümdə bir dəfə rastlaşmışam”
  • 17-10-2025, 16:09
    Xaçmaz meşəsində sağlam ağaclar kütləvi şəkildə kəsilir
  • 17-10-2025, 16:03
    İlham Əliyevin “Tərəqqi” medalı ilə təltif etdiyi diaspora rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb
  • 17-10-2025, 13:30
    Qurban Qurbanov yeni biznes fəaliyyətinə başlayıb
  • 17-10-2025, 13:28
    Taksi sürücüləri üçün növbəti imtahan noyabrda keçiriləcək
  • 17-10-2025, 12:39
    “AzerGold” QSC 5-ci “Rebuild Karabakh” sərgisində iştirak edib
  • 17-10-2025, 10:47
    Elm və Təhsil Nazirliyindən Ramiz Mehdiyevin oğluna məxsus nəşriyyata milyonluq tenderlər
  • 16-10-2025, 18:38
    Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanılıb
Daha çox
Çox oxunanlar
17-10-2025, 10:47
Elm və Təhsil Nazirliyindən Ramiz Mehdiyevin oğluna məxsus nəşriyyata milyonluq tenderlər
16-10-2025, 12:31
Zakir İbrahimov “Boston Consulting Group”un regional direktoru ilə görüşüb
16-10-2025, 13:21
İlham Əliyev Misirin yeni səfirinin etimadnaməsini qəbul etdi
16-10-2025, 13:24
Cinayətdə şübhəli bilinən 49 nəfər saxlanılıb
15-10-2025, 14:32
Ramiz Mehdiyevin varidatı haqqında məlumatlar yayıldı
15-10-2025, 16:56
Avropa Məhkəməsi Azərbaycanda həbsdə olan jurnalistin xeyrinə qərar verib
Müsahibə
11-06-2025, 21:40
68 Milyonluq Korrupsiya: Dövlət Gömrük Komitəsinin Yeni İnzibati Binasi
19-04-2025, 15:04
Saytımıza son iki ildə 5-ci hücum olunub
22-02-2025, 21:24
Fransa mətbuatı Azərbaycanda media orqanlarının hakimiyyəti tərəfindən bağlandığını yazır
15-01-2025, 10:50
Deputat Elnam Nəsirov xaricdə yaşayan siyasi mühacirləri, jurnalist və blogerləri ölüm ilə hədələdi
3-01-2025, 21:34
Bloger Rəşad Ramazanov həbsxanada saxlanma şəraitindən şikayətlənib
4-12-2024, 21:00
Vəkillərə Rüfət Səfərovla konfidensial görüşə imkan verməyiblər
Araşdırma
Dün, 16:39
Əli Həsənovun əmlakının siyahısı yayıldı
17-10-2025, 21:23
Ailəsi: İmran Əliyevin psixoloji vəziyyəti gərgindir, bədənində mənşəyi bilinməyən şişlər yaranıb
17-10-2025, 10:47
Elm və Təhsil Nazirliyindən Ramiz Mehdiyevin oğluna məxsus nəşriyyata milyonluq tenderlər
16-10-2025, 13:17
Əli Zeynala yalnız şüşə arxasından görüşə icazə verilib
15-10-2025, 16:56
Avropa Məhkəməsi Azərbaycanda həbsdə olan jurnalistin xeyrinə qərar verib
15-10-2025, 14:32
Ramiz Mehdiyevin varidatı haqqında məlumatlar yayıldı
Sosial
Xaçmazda polis əməkdaşları pedaqoji kollektivlə görüş keçirib
Pulkovoda məcburi eniş edən təyyarənin sərnişinləri Bakıya çatıb
Hindistanlı turistlərin Türkiyə və Azərbaycana axını kəskin azalıb
Eldar Mahmudov barəsində cinayət işi başlanıb? – Vəkilindən açıqlama
Xaçmaz meşəsində sağlam ağaclar kütləvi şəkildə kəsilir
Qurban Qurbanov yeni biznes fəaliyyətinə başlayıb

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə