86 yaşlı Ramiz Mehdiyev Milli Elmlər Akademiyasının büdcəsindən pul oğurlamaqda günahlandırılır. Time TV bildirir ki, bu barədə məlumat Hesablama Palatasının Respublika Prokurorluğuna müraciətində yer alıb. Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən Kollegiya iclasında “Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi”nin nəticələri müzakirə edilib. Məlum olub ki, Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi 2020-2021-ci illərdə dövlət vəsaitindən və əmlakından istifadədə aşkar edilmiş hüquq pozmalarda cinayət tərkibi ehtimalı var. Buna görə də iş materiallarının Baş Prokurorluğa göndərilməsi qərara alınıb.