USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Sevinc Vaqifqızından Ombudsmana: “İdarəniz yenə ört-basdır siyasətini seçib”

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

6-02-2025, 11:31

Sevinc Vaqifqızından Ombudsmana: “İdarəniz yenə ört-basdır siyasətini seçib”
Sevinc Vaqifqızından Ombudsmana: “İdarəniz yenə ört-basdır siyasətini seçib”

“Abzas Media”nın bir ildən artıqdır əsassız ittihamlarla həbsdə saxlanılan baş redaktoru Sevinc Vaqifqızı İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya açıq məktub ünvanlayıb.

Jurnalist məktubunda qeyd edib ki, Səbinə Əliyevanın “Human Rights Watch” (HRW) beynəlxalq insan haqları təşkilatının icraçı direktoru Tirana Həsənə yazdığı açıq məktubu oxuyandan sonra ona yazmaq qərarına gəlib.

Sevinc Vaqifqızının Ombudsman Səbinə Əliyevaya açıq məktubunu olduğu kimi təqdim edirik.

“Xanım Əliyeva, bu, mənim sizə ilk açıq məktubumdur. Amma həbsdə olduğum 1 il 3 ay müddətində təcridxanaya göndərdiyiniz nümayəndələr vasitəsilə sizə 2 məktub göndərmişəm. O məktublarda təcridxanada baş verən işgəncə, korrupsiya cinayətləri, 1 saylı Bakı İstintaq Təcridxanasının (BİT) əməkdaşlarının həbs olunmuş şəxslərlə qeyri-insani rəftarı barədə yazmışam. Sizə yazdığım halları abzasçılar olaraq həm də media vasitəsilə ictimailəşdirmişik.

Bütün vasitələrlə sizə məlumat çatdırdığımız halda “Human Rights Watch” təşkilatına yazdığınız məktubda qeyd edirsiniz ki, “Milli Preventiv Qrupun üzvləri “Human Rights Watch”ın hesabatında adı çəkilən bir sıra şəxslərlə görüşlər keçirib və onlara qarşı işgəncə və ya qeyri-insani rəftar hallarına dair heç bir fakt aşkarlanmayıb”.

Abzasçılar olaraq Milli Preventiv Qrupun üzvləri ilə görüşdə noyabrın 13-də Elnarə Qasımova, noyabrın 14-də Nərgiz Absalamova və bu yazının müəllifinə qarşı zorakı davranış barədə sizə xəbər göndərmişik. Təcridxananın əməkdaşı Şəhla Məmmədovanın Nərgiz Absalamovanı təhqir etdiyini, baş nəzarətçi Əzizə Məmmədovanın onun qolunu nəfəsliyin arasında qoyub əzməsini, nəticədə qolunda yaranan qançır izlərini həkim qeydiyyatına aldırdığını diqqətlərinə çatdırmışıq.

Noyabrın 16-da ailəm və vəkilim qarşılaşdığım qeyri-insani rəftarla bağlı qaynar xəttinizə məlumat versə də, daha sonra mətbuata açıqlama verərək sizə müraciət etdiyimizi danmışdınız.

Dandığınız gerçəkliyin içərisində Ülvi Həsənlinin 6 ay ərzində təcridxanada 58 nəfərə işgəncə verilməsi ilə bağlı yazısından sonra rəis Elnur İsmayılovun şirnikləndirməsi ilə otaq yoldaşının onun üzərinə ülgüc çəkməsi faktı da var.

Ülvi ilə dəhlizdə salamlaşmaq istəyərkən təcridxana əməkdaşının onu divara çırpıb xəsarət yetirməsi də “unutduğunuz” digər bir faktdır.

Belə görürəm son iki həftədə təcridxananın nəzarətçisi Aygül Babayevanın Nərgiz Absalamovaya və bu yazının müəllifinə qarşı qeyri-insani hərəkəti də sizin üçün ötüşdürüb keçdiyiniz xəbərlərdəndir.

Yox, əgər qeyri-insani münasibəti öz gözlərinizlə görmək istəyirsinizsə, buyurun, təcridxanaya gəlin. Aygül Babayevanın zorakı hərəkəti ucbatından Nərgizin soyulmuş dərisini görə bilərsiniz.

Aygül Babayeva deyir ki, o, təlimat əsasında işləyir və təlimatı verən də təbii ki, təcridxananın rəisi Elnur İsmayılovdur. O da deyir ki, “knopka”ya bağlı adamdır və yuxarılar nə deyirsə, onu da edir. Sizə şikayət edəcəyimizi deyəndə rəis cavab verir ki, “Ombudsman da bizim adamdır. Biz nə desək, onunla razılaşacaqlar”.

Sizin “Human Rights Watch”a açıq məktubunuz da göstərir ki, təkcə bu təcridxanada saxlanılan siyasi məhbuslar yox, bütün saxlanılanlara qarşı qeyri-insani rəftarı siz gündəlik norma, məqbul hərəkət kimi qəbul edirsiniz.

Ombudsman Aparatı yaranandan bu yana azı iki dəfə sizin ofisin qarşısına insan haqları ilə əlaqədar gözübağlı müşahidələrinizə etiraz olaraq tabutlar qoyulub. O vaxt gənc fəallar ümid edirdilər ki, bu etirazlar Ombudsman Aparatını insanlara qarşı zorakılıq hallarına, qanunsuzluqlara daha həssas yanaşmağa vadar edəcək. Amma, görünür, idarəniz yenə ört-basdır siyasətini seçib.

Son bir ayda həbs yerlərində 11 nəfərin lazımi müalicə ala bilmədiyinə görə o tabutlarda evə göndərilməsi də sizin üçün fakt deyil. Yəqin siz də seçkilər vaxtı Qazax rayonundakı məntəqə üzvü kimi “O, sizin üçün ölüb, bizim üçün yaşayır” tərzində cavab hazırlamağa çalışırsınız. Amma bununla faktları danmırsınız, əksinə İnsan Hüquqları üzrə Müvəkkil adına layiq olmadığınızı göstərirsiniz”, – Sevinc Vaqifqızının məktubunda deyilir.

Yanvarın 31-də Ombudsman Səbinə Əliyeva “HRW”un icraçı direktoru Tirana Həsənə açıq məktub ünvanlayıb. Məktubda qeyd edilir ki, “HRW” Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatı “şübhəli və qərəzli mənbələrə” istinadən, Ombudsmanın illik və paralel hesabatları nəzərə alınmadan hazırlanıb.

“HRW”un 2025-ci il yanvarın 16-da dərc etdiyi illik hesabatda Azərbaycanda repressiyaların gücləndiyi, o cümlədən jurnalistlərin, insan hüquqları müdafiəçilərinin və fəalların həbs olunduğuna dair məlumatlar yer alıb.

Hesabatda Azərbaycan həbsxanalarında saxlanılanlarla kobud davranıldığı və onlara işgəncə verildiyi halların olduğu bildirilib.

Polis tərəfindən zorakılığa, işgəncə və pis rəftara məruz qalmalarıyla bağlı Fazil Qasımovla İmran Əliyevin ifadələrinə diqqət çəkilib.

Sənəddə 20 il həbs cəzasına məhkum edilmiş dindar Taleh Bağırzadənin həbsxanada olduqca pis şəraitdə saxlanılmasına dair ifadəsi də qeyd olunub.

Hesabatda xatırladılıb ki, Azərbaycan Avropa Şurasının İşgəncələrin və Qeyri-insani və ya Ləyaqəti Alçaldan Rəftar və Cəzaların Qarşısının Alınması Komitəsi (CPT) ilə əməkdaşlıqdan boyun qaçırıb.

Təşkilat rəsmi Bakının bu addımını kəskin tənqid edərək onu Avropa İşgəncələrin Qarşısının Alınması Konvensiyasının "əsaslı və misli görünməmiş pozuntusu” kimi qiymətləndirilib.

Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət / Sosial / Araşdırma

24-01-2025, 01:03

Sevinc Vaqifqızı təcridxanada yenidən zorakılığa məruz qalıb

Gündəm / Siyasət / İqtisadiyyat / Hadisə / Araşdırma

3-07-2024, 17:14

Məhkəmə Abzas media əməkdaşlarını yenə həbsdə saxladı

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

11-06-2024, 09:26

Sevinc Vaqif qızının anası: "Həbsdə olan jurnalistlərin telefonla danışıq haqları da əlindən alınır"

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

8-05-2024, 18:04

Ombudsman aparatı həbsdə olan jurnalistlərə və digər fəallara baş çəkib

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

21-03-2024, 23:59

Abzas Medianın xanım jurnalıstləri təcridxananın soyuq olmasına görə xəstələniblər

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

19-01-2024, 11:59

Apellyasiya Məhkəməsi bu dəfə də Sevinc Vaqifqızını həbsdə saxladı

Gündəm / Siyasət / Sosial / Araşdırma

24-12-2023, 22:21

“Abzas Media” işi üzrə həbs edilən jurnalistlərə Ombudsmana zəng qadağan olunub

Gündəm / Siyasət / İqtisadiyyat / Sosial / Hadisə / Araşdırma

27-11-2023, 20:25

"AbzasMedia" -nın təsisçisi Ülvü Həsənli və baş redaktoru Sevinc Vaqifqızı həbsdə qaldı

Gündəm / Siyasət / Sosial / Araşdırma

25-11-2023, 23:09

"Abzas Media"-nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızının ailə üzvləri ilə görüşünə və telefon danışığına qadağa qoyub

Gündəm / Siyasət / Sosial / Hadisə / Araşdırma

21-11-2023, 03:13

“AbzasMedia” -nın baş redaktoru jurnalist Sevinc Vaqifqızı həbs olundu

Siyasət

30-10-2023, 16:36

Səbinə Əliyeva: “Bakıda həbsdə olan separatçılara ailələri ilə əlaqə saxlamaq imkanı yaradılıb”

Gündəm / Siyasət / Sosial

16-01-2023, 08:25

Səbinə Əliyeva "Human Rights Watch " təşkilatının Azərbaycanda insan haqları ilə bağlı hesabatına münasibət bildirib

Son xəbərlər
  • Bugün, 17:55
    Xaçmazda polis əməkdaşları pedaqoji kollektivlə görüş keçirib
  • Bugün, 17:48
    İlham Əliyev Qazaxıstanda səfərdədir – Tokayev qarşılayıb
  • Bugün, 16:39
    Əli Həsənovun əmlakının siyahısı yayıldı
  • Bugün, 16:27
    Pulkovoda məcburi eniş edən təyyarənin sərnişinləri Bakıya çatıb
  • Bugün, 16:23
    Hindistanlı turistlərin Türkiyə və Azərbaycana axını kəskin azalıb
  • Bugün, 16:20
    Sankt-Peterburq–Bakı reysini yerinə yetirən AZAL təyyarəsi qəza enişi edib
  • Bugün, 15:18
    “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx azad edilib və Rusiyaya yola salınıb
  • Bugün, 15:00
    Almaniya Gürcüstandakı səfirini geri çağırır
  • Bugün, 14:58
    Sevinc Vaqifqızının ailəsi görüş zamanı təhqirə məruz qaldıqlarını bildirir
  • Bugün, 14:20
    Cinayətdə şübhəli bilinən 69 nəfər saxlanılıb
  • Bugün, 14:19
    Ramiz Mehdiyev özünü yaxşı hiss edir – Mühafizəçisindən açıqlama
  • Bugün, 14:14
    Xaricdə təhsil almış 108 nəfərin diplomu tanınmadı
  • Bugün, 14:13
    Azad edilmiş ərazilərdə daha 130 mina aşkarlanıb
  • Bugün, 14:11
    Paytaxtda yol qəzalarının yarıdan çoxu piyadavurma hadisələridir
  • Bugün, 14:10
    DİN əhaliyə çağırış etdi: “Qanunsuz saxlanılan silahlar təhlükə mənbəyidir”
  • Bugün, 14:09
    Xaçmazda qətl hadisəsi – bir nəfər güllələnərək öldürülüb
  • Bugün, 14:07
    Eldar Mahmudov barəsində cinayət işi başlanıb? – Vəkilindən açıqlama
  • Dün, 17:57
    Ramiz Mehdiyevə görə Zahid Orucun “vurulacağının” anonsu verildi
  • Dün, 16:49
    İran molla rejiminin yüksək ranqlı məmurun qızının dəbdəbəli toyu müzakirələrə səbəb olub
  • Dün, 16:45
    Eldar Mahmudovun həbsi gündəmdə – Baş Prokurorluqdan İspaniyaya məktub
  • 18-10-2025, 21:07
    Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanılıb
  • 18-10-2025, 21:06
    Şabranda məktəbdə ər arvadını bıçaqlayıb
  • 18-10-2025, 21:04
    Ramiz Mehdiyevin məhkəməsi onlayn keçirilib
  • 18-10-2025, 21:03
    Prezident Ramiz Mehdiyevi Təhlükəsizlik Şurasının üzvlüyündən qovuldu
  • 18-10-2025, 21:01
    Gəncədə yol qəzası — piyada xəsarət alıb
  • 18-10-2025, 14:21
    Qanunsuz orden və medal hazırlayan QHT rəhbərləri cinayət məsuliyyətinə cəlb olundu
  • 17-10-2025, 21:23
    Ailəsi: İmran Əliyevin psixoloji vəziyyəti gərgindir, bədənində mənşəyi bilinməyən şişlər yaranıb
  • 17-10-2025, 21:21
    Tahir Kərimli: “Ramiz Mehdiyevlə ömrümdə bir dəfə rastlaşmışam”
  • 17-10-2025, 16:09
    Xaçmaz meşəsində sağlam ağaclar kütləvi şəkildə kəsilir
  • 17-10-2025, 16:03
    İlham Əliyevin “Tərəqqi” medalı ilə təltif etdiyi diaspora rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb
  • 17-10-2025, 13:30
    Qurban Qurbanov yeni biznes fəaliyyətinə başlayıb
  • 17-10-2025, 13:28
    Taksi sürücüləri üçün növbəti imtahan noyabrda keçiriləcək
  • 17-10-2025, 12:39
    “AzerGold” QSC 5-ci “Rebuild Karabakh” sərgisində iştirak edib
  • 17-10-2025, 10:47
    Elm və Təhsil Nazirliyindən Ramiz Mehdiyevin oğluna məxsus nəşriyyata milyonluq tenderlər
  • 16-10-2025, 18:38
    Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanılıb
Daha çox
Çox oxunanlar
14-10-2025, 00:59
Azərbaycan səfərdə Ukrayna millisinə məğlub oldu
17-10-2025, 10:47
Elm və Təhsil Nazirliyindən Ramiz Mehdiyevin oğluna məxsus nəşriyyata milyonluq tenderlər
13-10-2025, 22:18
Tramp: “Bu gün təkcə Yaxın Şərq üçün deyil, bütün dünya üçün inanılmaz bir gündür”
16-10-2025, 12:31
Zakir İbrahimov “Boston Consulting Group”un regional direktoru ilə görüşüb
13-10-2025, 22:23
İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib
14-10-2025, 10:57
Çində Xiaomi elektrik avtomobilində faciə: “ağıllı” sistem sürücünün həyatına son qoydu
Müsahibə
11-06-2025, 21:40
68 Milyonluq Korrupsiya: Dövlət Gömrük Komitəsinin Yeni İnzibati Binasi
19-04-2025, 15:04
Saytımıza son iki ildə 5-ci hücum olunub
22-02-2025, 21:24
Fransa mətbuatı Azərbaycanda media orqanlarının hakimiyyəti tərəfindən bağlandığını yazır
15-01-2025, 10:50
Deputat Elnam Nəsirov xaricdə yaşayan siyasi mühacirləri, jurnalist və blogerləri ölüm ilə hədələdi
3-01-2025, 21:34
Bloger Rəşad Ramazanov həbsxanada saxlanma şəraitindən şikayətlənib
4-12-2024, 21:00
Vəkillərə Rüfət Səfərovla konfidensial görüşə imkan verməyiblər
Araşdırma
Bugün, 16:39
Əli Həsənovun əmlakının siyahısı yayıldı
17-10-2025, 21:23
Ailəsi: İmran Əliyevin psixoloji vəziyyəti gərgindir, bədənində mənşəyi bilinməyən şişlər yaranıb
17-10-2025, 10:47
Elm və Təhsil Nazirliyindən Ramiz Mehdiyevin oğluna məxsus nəşriyyata milyonluq tenderlər
16-10-2025, 13:17
Əli Zeynala yalnız şüşə arxasından görüşə icazə verilib
15-10-2025, 16:56
Avropa Məhkəməsi Azərbaycanda həbsdə olan jurnalistin xeyrinə qərar verib
15-10-2025, 14:32
Ramiz Mehdiyevin varidatı haqqında məlumatlar yayıldı
Sosial
Xaçmazda polis əməkdaşları pedaqoji kollektivlə görüş keçirib
Pulkovoda məcburi eniş edən təyyarənin sərnişinləri Bakıya çatıb
Hindistanlı turistlərin Türkiyə və Azərbaycana axını kəskin azalıb
Eldar Mahmudov barəsində cinayət işi başlanıb? – Vəkilindən açıqlama
Xaçmaz meşəsində sağlam ağaclar kütləvi şəkildə kəsilir
Qurban Qurbanov yeni biznes fəaliyyətinə başlayıb

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə