USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Bakı Apelyasiya Məhkəməsində “Meydan TV”nin jurnalisti Aytac Tapdığın şikayətini təmin etməyib.
Məhkəmə Xətai Rayon Məhkəməsinin jurnalisti ev dustaqlığına buraxmamaq haqqında qərarını qüvvədə saxlayıb.
Vəkili Cavad Cavadov mətbuata bildirib ki, Aytac Tapdıq məhkəməyə haqqındakı qaçaqmalçılıq ittihamının əsassız olduğunu və peşə fəaliyyəti ilə bağlı həbs olunduğunu bildirib.
Aytac Tapdıq ötən ilin dekabrında “Meydan TV işi” üzrə həbs edilib. O, qaçaqmalçılıqda ittiham olunur.