USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Güney Azərbaycana qəsd PLANI - GƏLİŞMƏ

Gündəm

12-06-2020, 11:00

Güney Azərbaycana qəsd PLANI - GƏLİŞMƏXəbər verildiyi kimi, iyunun 4-də İran Dövlət Televiziyasının “Kanal 1” telekanalında yayımlanan “Dəstpoxt” verilişinin aparıcısı “Liqvan” pendiri əleyhinə piar aparıb.

O, istehsal prosesində sanitariya normalarına və gigiyena qaydalarına əməl edilmədiyini iddia edərək, izləyiciləri bu pendir əvəzinə, Tehranda istehsal olunan “Mihən” pendirini almağa çağırıb. Buna cavab olaraq Güney Azərbaycandan seçilmiş deputat Ruhullah Mütəfəkkir “Azad İran” Dövlət Televiziyasında Təbrizin məşhur “Liqvan” pendirinə qarşı aparılan təxribata reaksiya verib.

O deyib ki, ““Liqvan” pendirinin dadı Azərbaycan xalqının çoxəsrlik sağlam təbii həyat təcrübəsinin məhsuludur. Hər hansı bir kulinariya verilişinin aparıcısının tövsiyəsi ilə “Liqvan” pendirini satışdan çıxarmaq olmaz. Əksinə, reklam olunan şirkətin məhsullarının istehlakı dayandırıla bilər”.

Maraqlıdır, İranda daha hansı Güney Azərbaycan brendləri məşhurdur? “Liqvan” pendirinə qarşı İran televiziyalarının apardığı təxribatın məqsədi nədir?

“Əldə edilən bütün qazanc mərkəzi Tehrana gedir”

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan “Cümhuriyət”ə açıqlamasında Güney Azərbaycan bölgələrinin aqrar potensialından danışıb:

“Güney Azərbaycan İranın baş hissəsidir. Həmişə deyiblər ki, İran yatmış bir aslana bənzəyir, Güney Azərbaycan isə o aslanın başıdır. Güney Azərbaycanln Muğan bölgəsi İranın taxıl ehtiyacının 50 faizə qədərini təmin edir. Bundan başqa yeri gəlmişkən qeyd edim ki, Muğandakı kənd təsərrüfatı torpaqlarının özəlləşdirilməsi ilə bağlı məsələ qaldırılıb. Çünki o torpaqlar vaxtilə əhalinin olub. Ondan sonra bir müddət şahın və onun əyanlarının olub və yenidən əhaliyə verilib. İndi də hakimiyyət onu dövlət kooperativ mülkiyyətinə çevirib. Yəni Güney Azərbaycanın Muğan bölgəsi İranın kənd təsərrüfatında əsas yer tutur. Çünki İranın farslar və digər millətlər yaşayan bölgələri böyük şoran torpaqlardır. Ora “Dəşti-kəbir” deyirlər. Bu sözün də mənası “böyük çöl” deməkdir. O torpaqlar şoran və qeyri-məhsuldardır. Güney Azərbaycan torpaqları isə bunun əksidir, yəni çox məhsuldardır. Birincisi, Muğan özünün kənd təsərrüfatı məhsulları ilə məşhurdur. Yəni bu bölgədə taxıl məhsulları becərilir, əhali daha çox maldarlıqla məşğul olur. Güney Azərbaycanın Urmiya şəhəri üzümü ilə məşhurdur. Urmiya üzümü İranın brendidir, Yaxın və Orta Şərqdə belə şirin üzüm yoxdur. Bundan başqa Urmiyanın alması da məşhurdur. İranda üzümdən hazırlanan məhsullar Urmiya üzümündən əldə edilir. Təbriz gön-dəri ayaqqabıları ilə məşhurdur. “Liqvan” pendiri ümumiyyətlə Yaxın və Orta Şərqdə bir nömrəlidir. Bölgədə bu pendirin tayı-bənzəri yoxdur. Ərdəbil balı ilə məşhurdur və bu balı istehsal edən arılar onu Savalan ətəklərindəki çiçəklərin nektarından hazırlayırlar. Sarab şəhərinin də balı məşhurdur. Bundan başqa Ərdəbilin və Sarabın kartofu məşhurdur. Güney Azərbaycanın Qaradağ şəhəri torpağının məhsuldarlığı və özünün heyvandarlığı ilə məşhurdur. Güney Azərbaycanın Astara bölgəsi öz sitrus meyvəsi və çəltikçiliyi ilə məşhurdur. Qəzvin qoz-fındıq kimi quru meyvələri ilə məşhurdur. Bunlardan əlavə Güney Azərbaycan bağçılığı ilə məşhurdur. Bağçılıq ən çox da Ərdəbil, Urmiya, Miyana kimi şəhərlərdə daha çox inkişaf edib. Ərdəbil və Qaradağ ərazilərində meşəlik olduğu üçün burada meşə təşərrüfatı da inkişaf edib. Təbrizin şirniyyatı ilə məşhurdur. Xüsusən də Təbrizin Şəbüstər bölgəsi çox məşhurdur. Yəni Güney Azərbaycanın torpaqları şoran olmadığı üçün çox qiymətlidir. Amma bütün bu inkişafı saxlamaq üçün Güney Azərbaycan bölgəsinə iqtisadi yardım lazımdır. Yəni fermerlərə, müəssisə sahiblərinə maliyyə yardımı edilməli, kreditlər ayrılmalıdır. Ancaq Tehran hakimiyyətinin Azərbaycan türkünə qarşı sosial-mədəni sahədə illər uzunu yürütdüyü diskriminasiya siyasəti, onun iqtisadi-sosial vəziyyətinə təsirsiz ötüşmür. Məsələn, ötən əsrin əvvəlində Güney Azərbaycan ərazisi öz iqtisadiyyatına görə birinci yerdə idi. Həm də Azərbaycan ərazisi daim ipək yolunun üzərində olub. Deməli, Azərbaycan ticarət mərkəzi olub. Baxın, İrandan İraqa yük aparmaq üçün Qərbi Azərbaycan ərazisindən keçmək lazımdır. İran Türkiyə ilə əlaqələr qurmaq üçün Qərbi Azərbaycandan keçməlidir. İrandan Azərbaycana gəlmək üçün də Culfadan keçmək lazımdır. Eləcə də İran Ermənistan ərazisinə göndərdiyi hər şeyi Cənubi Azərbaycan ərazisindən ötürür. Deməli, İran bütün əlaqələrini Azərbaycan üzərindən qurmağa məcburdur. Bu da o deməkdir ki, Güney Azərbaycan əraziləri İranın iqtisadi və digər əlaqələrində mühüm yer tutur. Amma İranın bütün bu əlaqələrindən Güney Azərbaycanın həmin ərazilərinə heç bir fayda yoxdur. Ordan əldə edilən bütün qazanc mərkəzi Tehrana gedir”.

“Təbrizlilərin bazarını bağlamağa çalışırlar”

Ekspert deyib ki, İran rejimi “Liqvan” pendirini sıradan çıxarmaqla təbrizlilərin bazarını bağlamağa çalışır:

“İran hakimiyyətində farsların üstünlük təşkil etdiyi ərazilərin güclü lobbisi var. Bu İsfahanın, Tehranın və fars əyaləti hesab olunan Şirazın lobbisidir. Bu ərazilərə dövlət büdcəsindən daha çox vəsait ayrılır. Bununla yanaşı, həmin bölgələrə azərbaycanlı iş adamları güzəştli şərtlərlə cəlb edilir. Burada nə olur? Azərbaycan iş adamı öz həmvətənlərinə xeyir verməkdənsə, onları işlə təmin etməkdənsə, farslar yaşayan bölgələrə cəlb edilərək oranın inkişafına təkan vermiş olur. İranın daha çox vəsait ayırdığı şəhərlərdən biri də Tehrandır. İran hakimiyyəti deyir ki, Tehran daha böyükdür və onun tələbatı da çoxdur. Tehranın da “Mihən” pendiri ortaya təzə çıxıb. “Mihən” sözünün mənası “vətən” deməkdir. İndiyədək belə məşhur brend olmayıb. Pendir, yağ və digər ağartı məhsullarının hazırlanması heyvandarlıqla məşğul olan türkün başlıca məşğuliyyəti olub. Yəni İranda pendirə “Mihən”, yəni “Vətən” adı verməklə, onun texnologiyasının da farslara aid olduğuna iddia edirlər. İran rejimi Tehran pendirini Təbriz pendirindən üstün reklam etməklə, təbrizlinin bazarını bağlamaq istəyir”.

“Rejim “Mihən” pendiri ilə SEPAH-ı maliyyələşdirməyə çalışır”

Sədrəddin Soltan hesab edir ki, “Mihən” pendirinin çox satılması ilə ABŞ-ın terror təşkilatı kimi tanıdığı SEPAH-ın maliyyələşdirilməsinə çalışılır:

“Dünyada məhsul rəqabətində heç vaxt belə reklamdan istifadə edilmir. Bu rəqabət şərtlərinə ziddir və inhisarçılıq yaradır. Belə çıxır ki, “Mihən” pendiri fars şovinizminin və ya İnqilab Keşikçiləri Qvardiyasının(SEPAH) nəzarətindədir. Buradan da o nəticəyə gəlmək olar ki, “Mihən” pendirinin çox satılması ilə ABŞ-ın terror təşkilatı kimi tanıdığı SEPAH-ın maliyyələşdirilməsinə çalışılır. Əsk halda, ölkədə bərabər rəqabətlilik gözlənilərdi. Çünki istər “Liqvan”, istərsə də “Mihən” pendiri satılarkən onlardan gələn gəlirin bir hissəsi vergi şəklində İran büdcəsinə daxil olur. Onda hər iki vergi ödəyicisindən birini tərifləyib, digərini aşağılamağın nə mənası var? Deməli, bu cinayətdir. Ona görə də “Liqvan” pendirinin istehsalçısı həm o televiziyanı, həm də “Mihən” pendiri istehsalçısını məhkəməyə verə bilər. Şikayətin əsası da rəqabətlilik prinsipinə əməl edilməməsi olmalıdır. Almaniya müxtəlif geyim firmaları var. Heç bir geyim brendi digərini pisləməklə reklam edilmir. Bu mədəni cəmiyyətdə əməl olunan məsələdir. Bu yazılmamış qanun olsa da, ticarət bununla idarə olunur. Deməli, İranda Güney Azərbaycan istehsalçısına qarşı da ayrı-seçkilik hökm sürür. ”Liqvan” pendirinin sıradan çıxarılması, işsizliyi artırar və onsuz da yaxşı vəziyyətdə olmayan İran iqtisadiyyatına mənfi təsir göstərə bilər. Eyni zamanda bu məsələ İranın milli ayrıseçkilik siyasəti yürütdüyünü bir daha təsdiqləyə bilər”.

Paylaş:
Digər xəbərlər

Müsahibə

9-06-2020, 17:07

"Kiminsə yalan ifadələrinə inanıb ardıcıl qayda pozmayın" - Kamran Əliyev

Siyasət

13-05-2020, 10:15

Ramiz Mehdiyevin nəvəsi və bacısı nəvəsi şirkətdən uzaqlaşdırıldı - zavodun rəsmi sahibi Rasim Məmmədov isə…

Mədəniyyət

12-05-2020, 09:58

“Xəzər TV”də daha bir veriliş dayandırıldı

Dünya

29-04-2020, 17:40

İsrail İran planını açıqladı

Siyasət

10-04-2020, 13:46

Abbas Lisani həbsxanada koronavirusa yoluxa bilər - HƏYƏCAN

Siyasət

2-04-2020, 15:56

İran ABŞ obyektlərinə hücuma hazırlaşır? - Zərif cavablandırdı

Səhiyyə

26-02-2020, 13:39

İrandan Azərbaycana gələn daha 34 nəfər xəstəxanaya yerləşdirili

Dünya

24-02-2020, 14:37

İran qadağası daha 15 gün uzadıldı

İqtisadiyyat

24-02-2020, 17:36

“Dövlət Aqrar Ticarət Şirkəti”nin rəhbəri dəyişib

Son xəbərlər
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026, 13:02
    Anar Bayramov səhiyyə naziri təyin olundu
  • 16-10-2026, 23:33
    Sergey Lavrov da Bakıya gələcək
  • 16-10-2026, 09:40
    Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib
  • 15-10-2026, 00:34
    Qara dənizdə dron hücumu: gəmidəki 8 azərbaycanlı xilas edildi
  • 14-10-2026, 22:51
    Ermənistan pasportu dünya reytinqində 64-cü yeri tutub
  • 14-10-2026, 14:27
    Sergey Lavrov da Bakıya gələcək
  • 14-10-2026, 14:25
    Hakan Fidan Bakıya gəlir: Ərdoğanı təmsil edəcək
  • 14-10-2026, 14:22
    Lənkəranda körpəsini təhqir edən 5 uşaq anası ərini bıçaqladı: Məhkəmə qərar verdi
  • 10-10-2026, 16:28
    Hicaba qarşı qadağalar və təbliğat: Bu qərar niyə ləğv edilməlidir?
  • 10-10-2026, 16:19
    Türkiyədə siqaret satışına yeni məhdudiyyətlər gətirilir
  • 10-10-2026, 16:16
    İlham Əliyev Ramzan Kadırovu qəbul edib
  • 8-10-2026, 17:17
    “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib
  • 6-10-2026, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • 6-10-2026, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • 6-10-2026, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • 6-10-2026, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • 6-10-2026, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
  • 5-10-2026, 13:47
    Ramiz Mehdiyev və Eldar Əmirovun məhkəmə istintaqı bu gün başlayır
  • 1-10-2026, 13:20
    ABŞ İrana qarşı dəniz blokadasını sərtləşdirib: 125 ticarət gəmisinin marşrutu dəyişdirilib
  • 1-10-2026, 13:11
    FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
  • 1-10-2026, 13:07
    Rusiyada general-mayor Sergey Nikituşkin həbs edilib
  • 1-10-2026, 13:05
    AŞPA: Rusiyanın dondurulmuş aktivləri Ukraynaya milyardlarla avro təzminat üçün istifadə oluna bilər
Daha çox
Çox oxunanlar
19-10-2026, 23:42
İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
19-10-2026, 13:05
Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
21-10-2026, 14:35
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
19-10-2026, 13:02
Anar Bayramov səhiyyə naziri təyin olundu
19-10-2026, 13:06
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
20-10-2026, 16:51
“AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
İdeyaların beşiyi, etirazın və inqilabların vətəni

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə