
Redaksiyamıza Pəri Yusifova adlı ana müraciət edərək ağır xəstəlikdən əziyyət çəkən övladı üçün yardım istəyib. O, övladının təcili müalicə və reabilitasiyaya ehtiyacı olduğunu bildirərək yardımsevər insanlara səslənib. Ananın müraciətini olduğu kimi diqqətinizə təqdim edirik. Ümid edirik ki, xeyirxah oxucularımız bu çağırışa biganə qalmayacaq.
Pəri Yusifova bildirir ki, oğlu Yusifli Camal Yasin oğlu ağır dərəcəli (I qrup) serebral iflic və epilepsiya xəstəliyindən əziyyət çəkir. Uşaq yeriyə, otura və danışa bilmir, daim xüsusi tibbi nəzarətə, müalicəyə və reabilitasiyaya ehtiyac duyur.
Həkimlər tərəfindən ona mütəmadi olaraq dərman müalicəsi, masaj, fizioterapiya, botoks iynələri və xüsusi idman hərəkətləri təyin edilib. Lakin ailənin maddi imkanlarının məhdud olması bu müalicələrin davam etdirilməsini çətinləşdirir.
Ana son zamanlar uşağın vəziyyətinin daha da ağırlaşdığını bildirir. Belə ki, aparılan tibbi müayinələr zamanı vitamin çatışmazlığı aşkar edilib. Bu səbəbdən uşaq gün ərzində halsız vəziyyətdə olur və uzun müddət yatmağa məcbur qalır. Müalicələrin hər biri ayrıca xərc tələb etdiyindən ailə bütün xərcləri qarşılaya bilmir.
Pəri Yusifova yardımsevər insanlara müraciət edərək övladının müalicəsi və reabilitasiyası üçün maddi dəstək göstərilməsini xahiş edir. O bildirir ki, bütün tibbi sənədlər, analiz nəticələri və diaqnozlar mövcuddur və istənilən halda təqdim oluna bilər. Zərurət yaranarsa, uşağın həkimi ilə də əlaqə saxlamaq mümkündür.
Ana həmçinin qeyd edir ki, göstəriləcək hər bir dəstək övladının ağrılarının azalmasına, vəziyyətinin yaxşılaşmasına və bir ailənin ümidinin yaşamasına töhfə verə bilər.
Əlaqə nömrəsi: 055 661 37 81 (WhatsApp mövcuddur)
Kart nömrəsi: 4169 7388 5291 6208
Redaksiyamız xeyirxah insanları bu çağırışa səs verməyə, bir uşağın sağlamlığı üçün imkanları daxilində dəstək göstərməyə dəvət edir.







