USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Azərbaycan polisi hər zaman ayıq-sayıqdır

Gündəm

16-06-2020, 12:05

Azərbaycan polisi hər zaman ayıq-sayıqdırHər kəsə məlumdur ki, xalqımızın ümummilli lideri, mərhum prezidentimiz Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə, Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul “Azərbaycan Polisi Günü” elan olunmuşdur. Fakt budur ki, Azərbaycanda daxili işlər orqanlarının inkişafı ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində mümkün olmuşdur. 1969-cu ildə Ümummilli Liderimiz Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra, daxili işlər orqanlarına qarşı dövlət qayğısı artırılmış, vətəninə və xalqına sədaqətli kadrların irəli çəkilməsinə, əməkdaşların vətənpərvərlik, milli dəyərlər əsasında təlim-tərbiyəsinə, peşəkarlığın yüksəldilməsinə xüsusi diqqət göstərilmişdir. Həmin illərdən başlayaraq şəxsi heyyətin milli dövlətçilik ideologiyası əsasında formalaşdırılmasına başlanmışdır. Azərbaycan Respublikası ikinci dəfə müstəqillik hüququnu əldə etdikdən və 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdıqdan sonra, hüquq-mühafizə orqanlarının yeni inkişaf mərhələsinin əsası qoyuldu. Həyata keçirilən kadr islahatları peşəkarlığın artırılmasına, xidmətin səmərəli şəkildə təşkilinə zəmin yaratdı. Qanunların aliliyinin təmin olunması, dövlətçilik prinsiplərinin ön plana çəkilməsi və digər addımların atılması səbəbindən, ölkəmizdə cinayətkarlığa qarşı mübarizə tədbirlərinin möhkəm təməli qoyuldu, vətəndaşların dinc, rahat yaşamaları üçün lazımi şərait də yaradıldı.

Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində, polis əməkdaşları ölkəmizdə sabitliyin və asayişin qorunması istiqamətində ardıcıl addımlar atılmaqdadırlar. Vətəndaşların məruz qala biləcəyi hüquqazidd əməllərə qarşı, məhz təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bütün bunlar cinayətkarlığa qarşı mübarizədə daxili işlər orqanı əməkdaşlarına əlavə stimul verməkdədir. Artıq ölkəmizdə möhkəm təməl üzərində formalaşmış ictimai-siyasi sabitlik hökm sürür, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının rolu daha da artır.

Bir faktı da qeyd edək ki, bu gün DİN-nin hər bir əməkdaşına qarşı dövlətimizin diqqət və qayğısı günü-gündən artmaqda davam edir. Son illər daxili işlər orqanlarının maddi-texniki bazası ən müasir səviyyəyə çatdırılmış, fəaliyyətləri günün tələbləri səviyyəsində təşkili olunmuşdur. Arxada qoyduğumuz ötən illər ərzində bütün ərazi polis orqanlarının inzibati binaları yenidən qurulmuş, xidməti avtomobilləri yeniləri ilə əvəz edilmiş, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təminatları daha da yaxşılaşdırmışdır. Bu gün DİN-ə tabe olan bütün qurumlarda çalışan əməkdaşlar üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməklə, açıq-aşkar şəkildə cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizədə prinsipial mövqe tutur, vətəndaşların azad və təhlükəsiz yaşamaq kimi fundamental hüquqlarının təmin olunması sahəsində zəruri tədbirlər həyata keçirirlər. Belə ki, daxili işlər naziri cənab Vilayət Eyvazovun imzaladığı fərman, sərəncam və verdiyi tapşırıqlar, qarşıya qoyduğu vəzifələr hər bir polis əməkdaşı tərəfindən uca tutulur və onlar üzərlərinə düşən çətin və məsuliyyətli missiyanı əzmkarlıqla yerinə yetirirlər.

Xüsusi vurğulanası halın varlığı odur ki, bu gün daxili işlər orqanlarında çalışıb, məsuliyyətli vəzifələrə cavabdehlik daşıyan polis əməkdaşları qarşıya qoyulan məqsədlərə nail olmaq üçün, yeni iş metodları tətbiq edir, hüquqazidd əməllərin qarşısının alınmasında və ictimai təhlükəsizliyin təmin edilməsində vətəndaş cəmiyyəti ilə əlaqələrini möhkəmləndirirlər. Əhalinin müxtəlif təbəqələri və kütləvi informasiya vasitələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirirlər. Artıq hər bir polis əməkdaşı insan hüquqlarının əsas təminatçısına çevrilmiş, milli dəyərlərə hörmət və dövlətçilik ənənələrinə sədaqətlilik, onların fəaliyyətinin əsas istiqaməti kimi qəbul olunmuşdur.

Bəli, ümumi məqsədlərimizin həyata keçirilməsində Azərbaycan polisi, bu gün də üzərinə düşən şərəfli vəzifəni layiqincə yerinə yetirməkdədir. Müstəqil Xalq Partiyasının (MXP) sədri olaraq görmüşəm ki, polis əməkdaşlarının atdıqları qətiyyətli addımlar sayəsində xalqımız illər öncə bir çox sarsıntılardan, məhrumiyyətlərdən xilas oldu və siyasi sabitliyə söykənən dövlətimizi, məhz onların rəşadətləri sayəsində yaşada bildik. Аzərbaycan polisi hər zaman olduğu kimi, yenə də ayıq-sayıqdır və bu gün də dövlətçiliyimizin qorunmasında, təhlükəsizliyimizin təmin olunmasında, siyasi sabitliyin qorunub saxlanılmasında və s. üzərinə düşən şərəfli peşə borcunu uğurla yerinə yetirməkdədir. DİN-i strukturlarında belə bir ab-havanın əmələ gəlməsinin yalnız bir səbəbi var, o da rəhbərlikdə olan şəxslərin daşıdıqları vəzifələrini müdrikcəsinə həyata keçirmələridir. Ötən illər ərzində adı çəkilən bu qurumun sturukturlarında həyata keçirilən islahatlar, peşəkar polis əməkdaşlarının məsul vəzifələrə təyin olunmaları, onların əməyindən səmərəli istifadə olunma, dövlətçiliyə xidmət etmək amalı, ictimai-siyasi sabitliyin qorunub saxlanılması yöndə atılan addımlar və s. onu sübut edir ki, hal-hazırda Azərbaycan polisi həm şərəfli adını qorumaqda, həm də uğurlu iş fəaliyyətini davam etdirməkdədir. Sözsüz ki, yuxarıda qeyd etdiyimiz kimi belə bir amillərin əmələ gəlməsinin yalnız bir səbəbi var, o da rəhbərlikdə olan vəzifə sahiblərinin peşəkar idarəçiliyə malik olmalarının varlığı, xalq-dövlət anlayışını hər zaman uca tutmaları, qanunun aliliyinin qorunması yöndə lazımi addımlarını atmalarıdır. MXP-sı olaraq son günlər baş verən hadisələrə qarşı polis əməkdaşlarının sərgilədiyi addımları təqdirəlayiq hesab edir və onların mövqeyini müdafiə etdiyimizi də bəyan edirik. Çünki, bir müddət bundan öncə qeydiyyatdan keçsək də, qısa zaman kəsiyində minlərlə üzləri öz ətrafında birləşdirən MXP, məhz bu gün ölkəmizdə baş verən hadisələri gündəlik izləyirik və öz yanaşmamızı da ortaya qoyuruq.

O halın varlığını xüsusi qiymətləndirmək lazımdır ki, ötən illər ərzində həyata keçirilən müdrik idarəçiliyin varlığı səbəbindən, respublikamızın bütün ərazilərində baş verən cinayət hadisələrinin sayı hər il azalır, uzun illər ərzində üstü açılmamış hadisələrin üstünün açılması yöndə əməli addımlar atılır. Bu yöndə verilən statistik məlumatlar onu söyləməyə əsas verir ki, Azərbaycan polisi bu gün də xalqına-dövlətinə layiqincə xidmət etməkdədir. Hal-hazırda istər paytaxt Bakıda, istərsə də ətraf şəhər və rayonlarda dövlətimizin polis əməkdaşlarına göstərdiyi diqqət və qayğı, onların lazımi avadanlıqlarla, digər texniki vasitələrlə təminatları və s. yaxşılaşdığından, polis əməkdaşları da üzərinə düşən vəzifələrinin öhdəsindən daha dolğun şəkildə gəlirlər. Sözsüz ki, bu gün də bir tarixdir və bu gün xalqına, dövlətinə layiqincə xidmət еdən hər bir vəzifə sahibi, müasir Azərbaycanın tarixində silinməz izlər buraxmaqdadır.

Əflan İbrahimov

Müstəqil Xalq Partiyasının (MXP) sədri

Paylaş:
Digər xəbərlər

Gündəm

28-05-2020, 09:31

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür

Siyasət

11-05-2020, 15:34

Rəsmən 59 oldular - SİYAHI

Gündəm

10-05-2020, 19:00

MÜASIR AZƏRBAYCANIN DÜNYAYA INTEQRASIYASININ ƏSASI ULU ÖNDƏR TƏRƏFINDƏN QOYULMUŞDUR.

Gündəm

10-05-2020, 12:01

İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər

Müsahibə

10-05-2020, 10:00

Ali Doğramacı: “Heydər Əliyev Azərbaycan təhsilinin inkişafı üçün böyük işlər görüb”

Siyasət

9-05-2020, 17:10

İndoneziya mətbuatında Heydər Əliyevlə bağlı məqalələr dərc olunub

Mədəniyyət

9-05-2020, 15:00

Heydər Əliyevin doğum günü münasibətilə onlayn konsert olacaq

Gündəm

7-04-2020, 12:33

Vilayət Eyvazovdan yeni QƏRAR

Video

26-02-2020, 11:35

Elçibəy hökumətinin naziri, istiqlalçı deputat, Qarabağda savaşan general: - İsgəndər Həmidovun ömür yolu

Son xəbərlər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
  • 31-08-2026, 18:22
    Qırğızıstanda folqa fabriki yanıb
  • 31-08-2026, 18:20
    Sumqayıtda ailə mübahisəsi qanlı bitdi: 71 yaşlı kişi oğlunu bıçaqladı
  • 31-08-2026, 18:10
    İlham Əliyev və Məsud Pezeşkian Bişkekdə görüşdülər
  • 31-08-2026, 18:08
    Əliyev və Paşinyan Bişkekdə görüşdü: TRIPP, sərhədlər və iqtisadi əməkdaşlıq müzakirə olundu
  • 29-08-2026, 21:54
    Azərbaycanda bir gündə axtarışda olan 135 nəfər saxlanıldı
  • 29-08-2026, 21:36
    Azərbaycanda bir gündə 8 odlu silah və 69 patron aşkarlandı
  • 29-08-2026, 21:35
    İlham Əliyevdən Mirziyoyevə təbrik: “Özbəkistanın hər bir uğurunu öz uğurumuz hesab edirik”
  • 29-08-2026, 21:33
    Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
  • 27-08-2026, 20:41
    Tokiodan gələn təyyarənin şassi bölməsindən insan meyiti tapıldı
  • 27-08-2026, 20:40
    İlham Əliyev Prezidentin ehtiyat fondundan “Sabah”a 5 milyon manat ayırdı
  • 27-08-2026, 20:38
    Azərbaycan və Malayziya əməkdaşlığı genişləndirmək imkanlarını müzakirə edib
  • 27-08-2026, 20:37
    Robert Köçəryan həbsxanaya köçürüldü – iki aylıq həbs qərarı qüvvədədir
  • 25-08-2026, 19:39
    ABŞ 200 minə yaxın əcnəbinin vizasını ləğv etməyə hazırlaşır
  • 25-08-2026, 19:31
    Ermənistanın sabiq prezidenti Robert Koçaryan və oğlu saxlanıldı
  • 23-08-2026, 23:34
    Mirziyoyev İlham Əliyevin Vaşinqton diplomatiyasını “parlaq qələbə” adlandırdı
  • 23-08-2026, 23:30
    Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə” imzalandı
  • 23-08-2026, 23:27
    Mirziyoyev: “İlham Əliyevin Özbəkistana səfəri tarixi əhəmiyyət daşıyır”
  • 23-08-2026, 23:25
    İlham Əliyev: “Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və iqtisadi regiondur”
Daha çox
Çox oxunanlar
8-09-2026, 19:25
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
10-09-2026, 22:11
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
7-09-2026, 15:15
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
8-09-2026, 23:29
Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
9-09-2026, 13:03
Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə