USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

AŞPA-da Bakı tək qalmışdı, Ankara isə susmuşdu

Gündəm / Siyasət

26-06-2026, 19:45

AŞPA-da Bakı tək qalmışdı, Ankara isə susmuşdu

24 iyun 2026-cı il Azərbaycan hakimiyyəti üçün sadəcə növbəti tənqidi qətnamə günü deyildi. Bu tarix həm də Bakının Avropa siyasi meydanında nə qədər təkləndiyini göstərən açıq səhnəyə çevrildi.

AŞPA-da “Azərbaycanda tənqidi səslərin susdurulması” adlı qətnamə qəbul edilməsi bir daha sübut etdi ki, Azərbaycan Avropada təkdir.

Mən qəbul olunan qətnamənin detalları barədə danışmayacağam. Çünki həmin gün AŞPA zalında baş verənlər bəzən qətnamənin mətnindən də artıq şey deyirdi.

Azərbaycan siyasi arenada təklənmişdi.

Almaniya, Belçika, İsveçrə, Ermənistan və digər Avropa ölkələrindən olan deputatlar Azərbaycan hakimiyyətini sərt tənqid etdilər. Müzakirələrin ümumi ruhu belə idi: Bakı Avropa Şurası ailəsində qalmaq istəyirsə, siyasi məhbuslar, saxta ittihamlar, susdurulan media və icra olunmayan AİHM qərarları ilə yoluna davam edə bilməz.

Azərbaycanı müdafiə edənlər isə çox az idi. Cəmi səkkiz səs. Faktiki olaraq yalnız iki ukraynalı deputat çıxışlarında Bakının mövqeyinə yaxın arqumentlər səsləndirdi. Bu mənzərə özü-özlüyündə çox şey deyirdi: illərdir neft, qaz, lobbiçilik və diplomatik jestlər üzərində qurulan “müdafiə qalası” artıq dağılmışdı. Bəs Türkiyə harda idi…?


AŞPA-da Bakı tək qalmışdı, Ankara isə susmuşdu


Ən ağrılı məqam isə Türkiyə nümayəndə heyətinin susqunluğu idi.

Halbuki Türkiyənin olmadığı bir zamanda Azərbaycan Prezidenti şəxsən açıq şəkildə “Türkiyə burada yoxdursa, mən varam” demişdi. “Bir millət, iki dövlət” ifadəsi illərdir Azərbaycan cəmiyyətinə siyasi şüar kimi təqdim olunur. Ancaq AŞPA zalında Azərbaycan hakimiyyəti tənqid olunanda, ölkə “diktatura rejimi” kimi xarakterizə ediləndə, Azərbaycana qarşı daha sərt siyasi tədbirlərin havası duyulanda türkiyəli deputatlar faktiki olaraq susdular.

Onlar nə ciddi siyasi müdafiə çıxışı etdilər, nə də zalda səslənən sərt replikalara tutarlı cavab verdilər.

Daha da pisi, dinləmələr zamanı bəzi türk deputatların məruzəni və çıxışları diqqətlə dinləmək əvəzinə bir-biri ilə söhbət etməsi müşahidə olunurdu. Azərbaycanla bağlı bu qədər mühüm müzakirənin getdiyi bir anda belə laqeydlik yalnız diplomatik səhv deyil, həm də siyasi etinasızlıq idi.

Türkiyə BMM buna görə Azərbaycan və xalqından üzr istəməlidir!

Səsvermədən sonra türk deputatlara yaxınlaşıb iradımı açıq və sərt şəkildə bildirdim. Deputatlardan biri özlərini müdafiə etmək üçün çıxış edənlər siyahısında adının səkkizinci olduğunu, lakin spikerin ona söz vermədiyini dedi. Ardınca başqa bir həmkarı “biz qətnamənin əleyhinə səs verdik” deyərək məsuliyyəti səsvermə düyməsinin üzərinə atdı. Ukraynalı deputat Azərbaycanı müdafiə edərkən zalda əyləşən deputat reprika ataraq “diktatura” deyəndə siz harda idiniz? Niyə siz də bir söz demədiniz? Niyə ağzınıza su alıb sustunuz? - deyincə mənə “sizin bizim qərarımızı eleştirmeye hakkınız yoktur” deyərək uzaqlaşdılar.

Amma məsələ yalnız səs vermək deyildi.

Siyasətdə bəzən səsvermə qədər söz də əhəmiyyətlidir. Bəzən susmaq, əleyhinə səs verməkdən daha güclü mesaj verir. Türkiyəli deputatların həmin günkü susqunluğu Bakının müdafiəsi deyil, daha çox Ankaranın öz daxili siyasi qorxularının əksi idi.

Çünki Türkiyənin özü də insan haqları, söz azadlığı, siyasi həbslər və məhkəmə müstəqilliyi baxımından ağır böhran yaşayır. AŞPA içərisində siyasi susqunluq hökm sürdüyü halda elə həmin gün Avropada yaşayan minlərlə türk Avropa Şurası qarşısında “Hər kəs üçün ədalət” şüarı ilə aksiya keçirirdi. Onlar AİHM qərarlarının icrasını, siyasi məhbusların azad edilməsini, ədalətsiz məhkəmə qərarlarına son qoyulmasını tələb edirdilər.

AŞPA-da Bakı tək qalmışdı, Ankara isə susmuşdu

Bu mənzərə çox simvolik idi: AŞPA binasının içində Türkiyə deputatları susurdu, binanın çölündə isə Türkiyə vətəndaşları ədalət tələb edirdi. İçəridə diplomatik rahatlıq, çöldə isə vicdanın səsi vardı.

Türkiyəli deputatların jurnalistlərə münasibəti də ayrıca düşündürücü idi. Onlara yaxınlaşan jurnalistlərə verilən ilk suallardan biri “sən müxalifət jurnalistisən, yoxsa iqtidar (TRT1) jurnalisti?” idisə, bu artıq problemin kökünü göstərir.

Azad jurnalistika iqtidar və müxalifət cəbhələrinə bölünmür. Jurnalistin vəzifəsi hakimiyyəti rahatlatmaq yox, sual verməkdir. Əgər deputat jurnalistlə danışmazdan əvvəl onun siyasi mövqeyini yoxlayırsa, deməli, o, Avropa parlamentarizminin mahiyyətini hələ də anlamayıb.

24 iyun AŞPA-da Azərbaycan üçün siyasi tənhalıq günü oldu. Amma bu tənhalığın məsuliyyəti yalnız Avropa institutlarında axtarılmamalıdır.

O gün Azərbaycan AŞPA-da təklənibsə, sabah eyni sual Gürcüstanın, birigün isə Türkiyənin qarşısında dayanacaq. Avropa Şurası ailəsində qalmaq istəyən dövlətlər yalnız bayraq, nümayəndə heyəti və diplomatik nitqlərlə kifayətlənə bilməzlər. Bu ailənin əsas şərti sadədir: insan hüquqlarına hörmət, məhkəmə qərarlarının icrası, azad sözə dözümlülük və siyasi rəqibə düşmən kimi baxmamaq.

Türkiyə üçün də seçim fərqli deyil: ya “qardaşlıq” sözünü yalnız tribunada yox, lazım olan yerdə də müdafiə etmək, ya da susqunluğu ilə öz sabahkı tənhalığını hazırlamaq.

Çünki AŞPA zalında susmaq bəzən yalnız bir ölkəni deyil, bütöv bir siyasi əxlaqı ifşa edir.

Ən ağırı isə ukraynalı deputatla söhbətim zamanı onun mənə: “Hanı bəs Türkiyə?” – deməsi idi. Söhbətin sonunda isə: “Eşq olsun, Azərbaycan!” – deməsi çox düşündürücü oldu.

Biz də burdan deyirik: “Слава Україні! Героям слава! Eşq olsun Ukraynaya! Eşq olsun qəhrəmanlara!”

Uman yerdən küsərlər.

24 iyunda ifşa olunan da məhz bu idi: Bakı tək qalmışdı, Ankara isə susmuşdu.


AŞPA-da Bakı tək qalmışdı, Ankara isə susmuşdu

Paylaş:
Digər xəbərlər

Gündəm

25-06-2026, 20:03

Avropanın cavabsız sualı: Türkiyəni insan hüquqları öhdəliklərinə əməl etməyə kim məcbur edəcək?

Gündəm

24-09-2021, 09:18

İlham Əliyev BMT-nin 76-cı sessiyasında çıxış etdi

Gündəm

24-11-2020, 10:25

İlham Əliyev Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışladı: “Əsgərlərimiz aslan kimi vuruşdular”

Gündəm

10-11-2020, 09:13

İlham Əliyevin xalqa müraciəti - TAM MƏTN

Siyasət

3-09-2020, 11:33

Sumqayıtda sahibkarlar dad deyir... - NARAZILIQ...

Gündəm

26-08-2020, 14:50

Qəvvam əs-Səltənin Moskva görüşləri və ya Cənubi Azərbaycanın taleyinin həll edildiyi günlər

Gündəm

2-06-2020, 13:15

Zakir Qaralova qarşı sensasion ittihamlar: Tələbə vaxtı evində qaldığı adama cinayət işi açıb- SABİQ BAŞ PROKUROR "ADNA TERRORU"NUN İSTİNTAQINI SAXTALAŞDIRIB

Gündəm

19-05-2020, 12:01

Milli Şura radikalizmə meylli bir qurumdur

Siyasət

20-04-2020, 13:30

Anar İsgəndərlinin deputatlığı alimliyini necə əridir? - kimlərin haqqına girdi?

Gündəm

16-03-2020, 16:40

İlham Əliyev Sahil Babayevi qəbul etdi

Gündəm

7-03-2020, 12:09

"RUHU ƏRƏN QADINLAR... XALQLN QÜRURU QADLNLAR "..

Siyasət

5-03-2020, 16:25

İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul etdi - YENİLƏNİB + FOTO/CANLI YAYIM

Son xəbərlər
  • Bugün, 18:51
    Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
  • Dün, 01:32
    Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 7-11-2026, 19:54
    “AzerGold” QSC kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir
  • 7-11-2026, 15:55
    “AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib
  • 7-11-2026, 15:51
    Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm
  • 7-11-2026, 15:46
    Zəfər günün mübarək Azərbaycan!
  • 7-11-2026, 15:44
    Alen Simonyandan ermənilərə sərt mesaj: “Niyə Sevan gölünə Göyçə deyəndə buna kəskin reaksiya verirsiniz?”
  • 7-11-2026, 15:36
    Jurnalist Elnur Şükürov həbs edilib.
  • 6-11-2026, 22:04
    Ermənistanda müxalifət lideri Samvel Karapetyan bir aylıq həbs edilib
  • 6-11-2026, 21:58
    Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayanıb
  • 6-11-2026, 18:54
    Vilayətidən Tramp və müttəfiqlərinə sərt xəbərdarlıq: “Ayaqlarını qıracağıq”
  • 6-11-2026, 14:26
    Qoyunlardan qırxılan yunun uçotu aparılacaq – Yeni qaydalar 2027-ci ildən qüvvəyə minir
  • 6-11-2026, 13:40
    Əcnəbilərin Azərbaycanda pulsuz qeydiyyatı ləğv edilə bilər
  • 6-11-2026, 12:42
    İran ABŞ-ın beşinci MQM-170 PUA-sını vurduğunu açıqlayıb
  • 6-11-2026, 12:37
    DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edən şəxsləri saxladı
  • 6-11-2026, 12:31
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
  • 5-11-2026, 20:34
    İrandan Ermənistana sərt reaksiya
  • 5-11-2026, 19:50
    Mirziyoyev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • 5-11-2026, 19:47
    Polad Həşimovun anasının son durumu açıqlanıb
  • 28-10-2026, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • 28-10-2026, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • 28-10-2026, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
Daha çox
Çox oxunanlar
6-11-2026, 21:58
Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayanıb
7-11-2026, 15:46
Zəfər günün mübarək Azərbaycan!
6-11-2026, 12:37
DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edən şəxsləri saxladı
6-11-2026, 12:42
İran ABŞ-ın beşinci MQM-170 PUA-sını vurduğunu açıqlayıb
5-11-2026, 20:34
İrandan Ermənistana sərt reaksiya
6-11-2026, 12:31
“Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə