USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Şahin Mustafayevin oğlu da biznesmen imiş.. - İLGİNC

Gündəm

19-08-2020, 11:28

Şahin Mustafayevin oğlu da biznesmen imiş.. - İLGİNC
Bir müddət öncə karantın rejimində Baş Nazirin müavini Şahin Mustafayev oğluna nişan edib. Ş.Mustafayevin oğlu Abdulla Mustafayev iş adamı Zakir Süleymanovun qızı Savad Süleymanova ilə 8 avqust tarixində nişanlanıb. Nişan mərasimi qız evində baş tutub.(Unikal) Ş.Mustafayevin oğlu haqda ölkə mediasında maraqlı məlumatlar yer alıb. Bu məlumatlara əsasən cumhuriyyet.az bildirir ki, Baş nazirin müavininin yeni nişanlanmış oğlu Abdullanın adına qurduğu şirkətlərə nağd sərmayə qoyuluşu 3,6 milyon lirə, indiki məzənnə ilə təxminən 1 milyon manatdır.

Vəzifədə olan ata
O, 2008-ci ildən ölkənin iqtisadiyyatına cavabdeh quruma rəhbərlik edib. Sahibkarlara məbləği milyonlarla dollarla ölçülən investisiya təşviqi sənədi, eləcə də güzəştli kreditlər verən qurumlara rəhbərlik etsə də, Şahin Mustafayevin adı indiyədək – keçmiş rusiyalı həmkarı Aleksey Ulyukayevdən fərqli olaraq – rüşvət alma qalmaqallarında nə rəsmi, nə də qeyri-rəsmi şəkildə hallanıb. Hərçənd, bir çox müşahidəçi digər strateji hökumət qurumları kimi İqtisadiyyat Nazirliyində də bu yaxınlaradək bütün vertikal üzrə əmək haqqından əlavə mənşəyi məlum olmayan “paket maaşının” verildiyini deyirlər. Hər halda o, hökumətdəki bəzi həmkarları kimi oliqarx olaraq tanınmayıb. Amma görünür, o da qaynağı qaranlıq olan pullarını “qara gün üçün” xaricə, “daha etibarlı limana” daşımaq haqda tədbirlər alıb.
Şahin Mustafayevin əmək kitabçasında özəl bölmədə çalışmağına dair cəmi bircə qeyd ver. Dövlət müstəqilliyinin ilk illərində özəl şirkətlərin birində mühasib işləyib. 1992-ci ildən dövlət qurumlarında çalışıb və karyera pillələri ilə irəliləyib. Vergilər Nazirliyində, Dövlət Neft Şirkətində (SOCAR) yüksək vəzifələrdə işləyib. 2008-ci ilin prezident seçkilərindən sonra İqtisadiyyat naziri postuna gətirilib. Kadr dəyişiklikləri dalğasında bu ilin oktyabrında Baş nazirin müavini təyin olunan Ş.Mustafayev sən demə, 2015-ci ildə baş verən devalvasiya ərəfəsində qonşu ölkənin iqtisadiyyatına sanballı yatırım edibmiş. Britaniyada təhsil alan 20 yaşlı oğlu Abdulla 2014-cü ilin sonlarında İstanbulda iki şirkətə payçı kimi qoşulub.
Tələbə-işadamı
Abdulla Mustafayev 2014-cü ilin dekabr ayının 18-də azərbaycanlı işadamı Müşfiq Həsənovdan “Prestij Aracılik Hizmetleri İthalat-İhracat Pazarlama Sanayi Ticaret Limited” şirkətini satın alıb. Şirkət İstanbul, Lütfüpaşa küçəsindəki Hacı Bəy İş Mərkəzində yerləşir. Media üzərindən aparılan araşdırmalara əsasən cumhuriyyet.az bildirir ki, 1993-cü ildə İstanbulda yaradılan bu şirkət Azərbaycandan olan ilk ortağı 2008-ci ildə qəbul edib. Mebel sənayesində çalışan 56 yaşlı Məşhur Məmmədov həmin il şirkətin səhmlərinin 90 faizini alıb. O zaman şirkətin kapitalı hələ 400 min lirə idi. 2014-cü ildə şirkət artıq bütövlüklə M.Həsənova məxsus idi. Səkkiz aydan sonra, dekabrda Müşfiq Həsənov nizamnamə kapitalını 3 milyon lirəyə qaldırdığı şirkəti 20 yaşına qədəm qoyan Abdulla Mustafayevə satıb. Abdulla Türkiyənin notariat ofisinə qeydiyyat yeri kimi Bakıda ailəsinin mənzilinin ünvanını (Hüseyn Seyidzadə küçəsi, ev 7, m. 54) təqdim edib. Maraqlıdır ki, 2015-ci ilə aid sənədlərə görə, Müşfiq Həsənovun da qeydiyyat yeri kimi həmin mənzil göstərilib. 2015-ci ilin fevralında Abdulla “Prestij Aracılik Hizmetleri” şirkətindəki payların 20 faizini yenidən Müşfiq Həsənova ötürüb. Nəhayət, bu ilin sentyabrında şirkət yenidən Abdulla Mustafayevin, London İqtisadi və Siyasi Elmlər Məktəbinin (LSE) mühasibat və maliyyə ixtisası üzrə magistr dərəcəsi ilə məzununun nəzarətinə keçib.
2014-cü ilin sentyabrında Məşhur Məmmədov, Müşfiq Həsənov və Abdulla Mustafayevin iştirakı ilə İstanbulda “ABM Construction Mimarlık Sanayi ve Ticaret Limited” şirkəti yaradılıb. O zaman LSE-də menecment ixtisası üzrə bakalavr səviyyəsində təhsil alan A.Mustafayevin adından şirkətin kapitalına 600 min lirə yatırlıb. Dereağzı məhəlləsindəki Bilal küçəsi, ev 3-də yerləşən və təsis sənədlərinə görə mənzil tikintisi ilə məşğul olan şirkətə ortaqlar toplam 1 milyon lirə sərmayə qoyublar. Bu şirkətə dair sənədlərdə A. Mustafayevin ev ünvanı olaraq həm də Bakı şəhəri, Həsən Əliyev küçəsi, ev 24, mənzil 13 göstərilir.
İngiltərəyə 16 yaşında gedən Abdulla əvvəlcə Concord kollecində, daha sonra isə LSE-də (2012-2015 və 2018-2019-cu illər) oxuyub. Onunla birlikdə bu universitetdə Azərbaycan Beynəlxalq Bankının MŞ-nin üzvü, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Xalid Əhədov da təhsil alıb.
Abdulla Mustafayev universitetə daxil olmazdan qabaq da atasının əlini kürəyində hiss edib. İqtisadiyyat Nazirliyinin nəzarətində olan “Azərbaycan İnvestisiya Şirkəti” ASC-də təcrübə keçib. Magistr dərəcəsi almaq üçün yenidən Londona 2018-ci ildə gedərkən isə SOCAR-da, bir vaxtlar atasının vitse-prezident kimi çalışdığı şirkətdə ilyarım iqtisadçı vəzifəsində işləyib.
Ortaqlar və tanınmış adlar
Müşfiq Həsənov 2009-cu ildə Bakıda yaradılan “Gilə-MVX” MMC-nin üç təsisçisindən biri və ilk direktorudur. Şirkətin qeydiyyat ünvanı (Bakı şəhəri, D. Bünyadzadə küç., ev 9, m. 66) həmtəsisçi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin (ASİHMDK) İstehlak bazarına operativ nəzarət şöbəsinin müdiri işləmiş Bəybala İsmayılovun mənzilidir. Onun həyat yoldaşı Vəsilə İsmayılova bu şirkətin təsisçilərindəndir. Bir neçə il öncə vəzifəsini tərk edən B.İsmayılov indi “İstehlak Malları və Xidmətləri Sahəsində Maarifləndirmə” İctimai Birliyini yaradıb. Təkcə bu il dövlətdən sağlam qidalanma və ətraf mühitin mühafizəsi ilə bağlı layihələrin icrası üçün 15 min manat məbləğində qrantlar alıb. ASİHMDK-nın rəisi Zahid İsayevi də bu şirkətə başlayan tellər var. Onun həyat yoldaşı Xalsa İsayeva həmtəsisçi və “Gilə-MVX” MMC-nin hazırkı direktorudur.
Şahin Mustafayevin oğlunun Məşhur Məmmədovla ortaqlığı ikincinin Azərbaycandakı biznesinin irəliləməsinə də yardımçı olub. İqtisadiyyat Nazirliyinin nəzdindəki Sumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisində Peşə Tədris Mərkəzinin, emalatxana qazanxanalarının, texniki su anbarlarının, nasosxananın, estakadanın və 16 mərtəbəli inzibati binanın tikintisi M.Məmmədovun “Progress Construction” şirkətinə verilib. Buradakı Peşə Tədris Mərkəzinin avadanlıqla təchiz olunması da bu şirkətə tapşırılıb. Bundan başqa, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) – nazirliyin digər qurumunun sifarişi ilə Neftçala Sənaye Məhəlləsinin avadanlıq və inventarla təminatını “Progress Construction” MMC icra edib. Şirkətin müsabiqələr yolu ilə seçildiyi bildirilir. Ümumiyyətlə, 2014-2018-ci illərdə SKSP və AİŞ bu şirkətə 7 müqavilə üzrə 47,1 milyon manat ödəyib.
İş çevrələrində Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədri Məşhur Məmmədovun biznesini Elşad Abbasovla çiyin-çiyinə qurduğunu deyirlər. Onlar Azərbaycanın ən iri mebel istehsalçılarından olan “Embawood” şirkətinin, “Embafinans” Bank Olmayan Kredit Təşkilatının təsisçilərindəndir. Azərbaycanda və ölkə xaricində (Gürcüstan, Ukrayna və Qazaxıstan) mebel istehsal edən “Embawood” qrupunun aktivləri 100 milyon manatı aşır. 2018-ci ildə “Embawood” MMC-də M.Məmmədovun iştirak payı 32 faizdən 23 faizə düşüb. Şirkətə yeni payçıları arasında indi İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovun həyat yoldaşı Nərminə Həsənova da var.
A.Mustafayev Türkiyədəki biznesi barədə ona ünvanlanan suallara cavab verməyib. Baş nazirin müavini Ş. Mustafayev də ona Nazirlər Kabinetinin mətbuat xidməti vasitəsilə təqdim olunan sorğunu cavabsız qoyub: “Əvəzində sorğu göndəriləndən bir həftə sonra, dekabrın 3-də, Abdulla Mustafayev şirkətlərin birindəki payını şəriklərə sataraq ortaqlıqdan çıxıb”. //cumhuriyyet.net//

Paylaş:
Digər xəbərlər

Gündəm

20-07-2020, 17:32

Deputatın oğlunun adına milyonluq mülklər ÜZƏ ÇIXDI

Siyasət

1-07-2020, 16:11

Başçı ilə vətəndaş arasında qalmaqal... - Gədəbəydə...

Siyasət

4-06-2020, 12:38

Zakir Qaralovun vəzifədə çalışan qohumları- SİYAHI

Araşdırma

4-06-2020, 12:19

Cavid Qurbanovun oğlunun biznesi - Siyahıda "KFC"-dən başqa nələr var?

Siyasət

22-05-2020, 12:40

"Eldar Mahmudovun cinayətkar maraqlarına xidmət edib" - Rüstəm Usubova AĞIR İTTİHAM

Sosial

13-04-2020, 14:08

İşıq limitinin artırılması GÖZLƏNİLİRMİ? - RƏSMİ CAVAB

Araşdırma

10-04-2020, 13:30

Eldar Mahmudov komandası at oynadır: - Karantini pozan Milli Məclis işçisi haqda ilginc FAKT

Araşdırma

2-03-2020, 17:31

Şərurlu İsfəndiyara nazirlikdə kim hamilik edir? - Müraciət...

Gündəm

2-03-2020, 15:49

Şərurlu İsfəndiyara nazirlikdə kim hamilik edir? - Müraciət...

Son xəbərlər
  • Bugün, 21:01
    Ötən gün qanunsuz saxlanılan 2 avtomat aşkarlanıb
  • Bugün, 13:36
    AŞPA-dan Azərbaycana sərt qətnamə: jurnalistlər, fəallar və siyasi məhbuslarla bağlı ciddi çağırışlar
  • Bugün, 02:18
    “26 iyun — Azərbaycan Ordusunun şərəf və qürur günü”.
  • Dün, 23:54
    Vaşinqton və Tehran yeni danışıqlar masasına oturur
  • Dün, 23:53
    Lukaşenkodan Moskvaya gözlənilməz səfər
  • Dün, 23:51
    Gürcüstan parlamentində gərginlik yumruq davasına çevrildi
  • Dün, 23:48
    Rusiya miqrantlar üçün dövlət rüsumlarını kəskin artırır
  • Dün, 19:45
    AŞPA-da Bakı tək qalmışdı, Ankara isə susmuşdu
  • Dün, 02:30
    Möhtəşəm aksiya: 7 min türk Strasburqdan dünyaya səsləndi: “Hər kəs üçün ədalət”
  • Dün, 01:01
    Europe's Unanswered Question: Who Will Make Turkey Obey Its Human Rights Obligations?
  • 25-06-2026, 20:03
    Avropanın cavabsız sualı: Türkiyəni insan hüquqları öhdəliklərinə əməl etməyə kim məcbur edəcək?
  • 25-06-2026, 18:02
    Müdafiə Nazirliyinin hərbçiləri təltif olunub
  • 25-06-2026, 18:00
    Lukaşenko Zelenskinin nümayəndələri ilə görüşdüyünü açıqladı
  • 25-06-2026, 17:54
    AŞPA Gürcüstanın Avropa Şurası standartlarına sadiqliyini sual altına aldı
  • 25-06-2026, 17:44
    “AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb
  • 25-06-2026, 13:44
    AŞPA Azərbaycanda tənqidi səslərin susdurulmasını pisləyib
  • 24-06-2026, 12:03
    “AŞPA: Serbiyada demokratiya və ictimai azadlıqlarla bağlı ciddi narahatlıqlar var”.
  • 23-06-2026, 21:52
    Şuranın “Youth Innovating Democracy” tədbiri Strasburqda keçiriləcək
  • 23-06-2026, 18:15
    Christophe Lacroix: “Azərbaycanda artıq totalitar dövlət modelindən söhbət gedir”
  • 23-06-2026, 16:43
    Avropa Şurası Konqresi Gürcüstanda yerli özünüidarəetmə ilə bağlı vəziyyəti araşdıracaq
  • 23-06-2026, 16:41
    Avropa Şurası Konqresi Gürcüstanda yerli özünüidarəetmə ilə bağlı vəziyyəti qiymətləndirəcək
  • 23-06-2026, 16:05
    Tanja Gonggrijp Avropa Şurasının Baş katibinin müavini seçildi
  • 22-06-2026, 19:00
    İran Prezidenti Pakistana səfər edəcək
  • 22-06-2026, 18:57
    Nazir repetitorluğun qadağan olunması məsələsinə münasibət bildirdi
  • 22-06-2026, 18:54
    “Dostluq” tankeri Azərbaycan-Türkmənistan münasibətlərinin yeni rəmzi oldu
  • 22-06-2026, 18:51
    2026-cı il Vigdís Mükafatı “My Voice, My Choice” hərəkatına verildi
  • 22-06-2026, 14:44
    AŞPA-da dənizdə xilasetmə əməliyyatlarına həsr olunmuş fotosərgi təşkil olunub - Foto reportaj
  • 22-06-2026, 01:56
    Tramp və Meloni arasında gərginlik: Sorğular İtaliya baş nazirinin mövqeyini gücləndirir
  • 21-06-2026, 15:38
    Bakıda avtobus yaşlı qadını vuraraq öldürüb
  • 21-06-2026, 13:35
    AŞPA-dan Azərbaycanla bağlı sərt hesabat: “Tənqidi səslər sistemli şəkildə susdurulur”
  • 20-06-2026, 23:33
    Aydın Süleymanlı dünya reytinqinin lideri Maqnus Karlseni məğlub etdi
  • 20-06-2026, 22:22
    Azərbaycan üzərindən Rusiyadan Ermənistana 490 ton buğda göndərilib
  • 20-06-2026, 22:21
    Füzulidə 15 yaşlı yeniyetmə su kanalında boğulub
  • 20-06-2026, 22:10
    Ceyhun Bayramov Özbəkistanlı həmkarı ilə telefonla danışıb
  • 20-06-2026, 22:09
    İran Hörmüz boğazının bağlandığını elan edib
Daha çox
Çox oxunanlar
Dün, 01:01
Europe's Unanswered Question: Who Will Make Turkey Obey Its Human Rights Obligations?
Dün, 02:30
Möhtəşəm aksiya: 7 min türk Strasburqdan dünyaya səsləndi: “Hər kəs üçün ədalət”
25-06-2026, 20:03
Avropanın cavabsız sualı: Türkiyəni insan hüquqları öhdəliklərinə əməl etməyə kim məcbur edəcək?
22-06-2026, 01:56
Tramp və Meloni arasında gərginlik: Sorğular İtaliya baş nazirinin mövqeyini gücləndirir
21-06-2026, 13:35
AŞPA-dan Azərbaycanla bağlı sərt hesabat: “Tənqidi səslər sistemli şəkildə susdurulur”
22-06-2026, 14:44
AŞPA-da dənizdə xilasetmə əməliyyatlarına həsr olunmuş fotosərgi təşkil olunub - Foto reportaj
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Şuranın “Youth Innovating Democracy” tədbiri Strasburqda keçiriləcək
Nazir repetitorluğun qadağan olunması məsələsinə münasibət bildirdi
AŞPA-da dənizdə xilasetmə əməliyyatlarına həsr olunmuş fotosərgi təşkil olunub - Foto reportaj
Trampdan Meloni ilə bağlı yeni açıqlama
Rusiya Xarkova KAB bombaları ilə zərbə endirib: ölən və yaralananlar var
Prokuror “Arzum 9999” ləqəbli bloqer üçün 5 il 9 ay həbs cəzası istəyib

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə