USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

İrəvanın muzdluları Qarabağa daşımasının sirri açıldı - İLGİNC

Gündəm

16-09-2020, 12:22

İrəvanın muzdluları Qarabağa daşımasının sirri açıldı - İLGİNCErmənistan koronavirus pandemiyasının yayılmasına görə bölgənin “lider” ölkəsi olmaqda davam edir. Sentyabrın 15-nə olan məlumata görə, işğalçı ölkədə COVİD-19-a yoluxanların sayı 46 119-a çatıb, 920 nəfərsə ölüb. Koronavirusun əlində çarəsiz durumda qalan Ermənistan hakimiyyəti Azərbaycan ərazilərinin işğalını davam etdirməkdən vaz keçmək niyyətində olmadığını da nümayiş etdirir. Elə bugünlərdə ölkədə səfərbərlik istiqamətində addımların atılması da işğalçı siyasətin davamıdır.

Məlumata görə, dekabrın sonlarınadək müxtəlif yaş qrupları üzrə vətəndaşlar orduya çağırılacaq və təlimlərə cəlb ediləcək. Məsələ burasındadır ki, Ermənistan ordusunun komplektləşdirilməsilə bağlı ciddi problemlər yaşanır və bu, bir sıra hallarda rəsmən etiraf edilir. Bir müddət öncə Ermənistan parlamentinin “İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan bildirib ki, “27 yaşı tamam olmuş (hərbi mükəlləfiyyətli olmayan), kişi cinsindən olan təxminən 4000 vətəndaş hazırda axtarışdadır”. Əhalisi ilbəil azalan bir ölkə üçün ciddi rəqəmdir. Ancaq reallıq budur ki, Ermənistan əhalisinin böyük əksəriyyəti Azərbaycan torpaqları uğrunda ölmək istəmədiyi üçün müxtəlif yollarla xaricə axın edir. “Kişi cinsindən olan, 27 yaşı tamam olmuş və axtarışda olan Ermənistan vətəndaşları üçün əfv təklifi. ”Müəyyənləşdirilmiş qaydanın pozuntusu ilə məcburi hərbi xidmət keçməmiş vətəndaşlar haqqında" Ermənistan qanununun fəaliyyət müddəti 2019-cu il dekabrın 31-də bitib və uzadılmayıb"- Marukyan əlavə edib.

“Global Fire Power” şirkətinin araşdırması nəticəsində məlum olub ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü silahlı qüvvəsidir. Azərbaycan Ordusu dünyanın 52 güclü ordusu sırasında yer alıb. Elə Tovuz döyüşləri zamanı Azərbaycan Prezidentinin müraciətinin ardınca on minlərlə vətənpərvər insan torpaqlarımız uğrunda döyüşmək üçün rəsmi qaydada müraciət etdi və onlar Ali Baş Komandanın əmrini gözləyirlər.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bir neçə gün əvvəl Qarabağa erməni köçünə münasibət bildirərkən İrəvanın məkrli siyasətini ifşa edərək söylədi ki, “Ermənistan Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları silahlı muzdlular kimi də istifadə edir”. Ordusuna əsgər tapa bilməyən işğalçı ölkə Suriya və Livandan “mülki vətəndaşlar” adı altında köçürülmüş muzdlu döyüşçülərə və terrorçu qruplaşmaların üzvlərinə “arxalanır”. Beləliklə, İrəvanın Livan muzdlularını gətirməsinin sirri açıldı. Ordunun komplektləşdirilməsi üçün hətta baş nazirin arvadı Anna Akopyan başda olmaqla, erməni qadınlarını təlimlərə cəlb edən işğalçı ölkə muzdlulara “stavka” etməyə başlayıb. Tovuz döyüşləri zamanı Ermənistanın öz itkilərini gizlətməsi də məhz muzdluların ön cəbhədə məhv edilməsi səbəbindən mümkün oldu. Ancaq “cidanı çuvalda gizlətmək” mümkün olmayacaq...

Ermənistan ordusunda baş alıb gedən özbaşınalıq halları da silahlı qüvvələrdən yayınmaların əsas səbəblərindəndir. Təsəvvür edin, orduda xidmət üçün hətta pul mükafatları və digər vədlər də keçərli olmadı. Təkcə bu ilin yanvar ayında 20-dək erməni hərbçinin ordudakı özbaşınalıqların qurbanı olduğunu ermənilər özləri açıqlamışdılar. Ordudakı cinayətlər barədə faktlar isə saysız-hesabsızdır. Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin xüsusilə vacib işlərin istintaqı şöbəsinin gedişatında araşdırılan cinayət işi üzrə, yəni 2020-ci ilin 2-ci hərbi çağırışı zamanı saxta tibbi diaqnozlar qoymaq və başqa yollarla hərbi çağırışçıları məcburi müddətli hərbi xidmətdən azad etmək, yaxud hərbi çağırışçılara möhlətlər vermək prosesini təşkil etmək, xüsusilə böyük məbləğdə rüşvət verməyə yardım etmək şübhəsi ilə Ermənistan Cinayət Məcəlləsinin 38-312 maddəsinin 3-cü hissəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə iki nəfər həbs olunub. Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilir ki, daha bir nəfər Ermənistan Cinayət Məcəlləsinin 312-ci maddəsinin 3-cü hissəsinin 1-ci bəndi ilə nəzərdə tutulmuş cinayəti törətmək - xüsusilə böyük məbləğdə rüşvət vermək şübhəsi ilə həbs olunub. Cinayət işi üzrə ilkin istintaq davam edir.

Ötən həftə Ermənistan hərbi polisi Moskva-Gümrü reysi ilə Rusiyada gizlənmiş 36 yaşlı fərari Q.Zoronu həbs edib. “Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, Vardenisdən olan fərari erməni 2013-cü ildən axtarışda imiş və barəsində cinayət işi qaldırılıbmış. Ancaq bu, 4 min fəraridən sadəcə biridir. Bir çox hallarda isə ermənilərin ordudan yayınması korrupsiya və rüşvət qarşılığında mümkün olur. Ermənistan yetkililəri özləri də orduda fərariliyi etiraf edir və bildirirlər ki, ordudan yayınanlardan bunun əvəzi olaraq rüşvət istəyirlər. Odur ki, işğalçı ölkənin hakim partiyası parlamentə hərbi qulluqla bağlı qanuna bu dəyişiklikləri əks etdirən layihə təklif ediblər. Azərbaycanın “digər ərazilərini işğal edəcəkləri ilə hədələyən, digər sərsəm bəyanatlar verənlərin ölkəsinin hazırkı durumu budur.

Elə yazını hazırlayarkən yeni bir məlumat yayıldı. Məlumata görə, işğal edilmiş Ağdərə yaşayış məntəqəmizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində xidmət edən hərbi qulluqçular arasında kütləvi dava baş verib və nəticədə 5 nəfər xəsarət alıb. (Ordu.az) Artilleriya divizionunda xidmət edən gənc əsgərlərlə müqaviləli hərbçilər arasında baş verən mübahisə sonradan davaya çevrilib. Hərbi qulluqçular Hayk Martirosyan, Aram Papikyan, Narek Torosyan, Tiqran Aseryan, Artik Musoyan aldıqları müxtəlif bədən xəsarətləri səbəbindən tibb məntəqəsinə yerləşdiriliblər. Bildirilir ki, komandanlıq hadisəni ört-basdır etməyə çalışıb. Lakin davada xəsarət alanlardan birinin vəzifəli qohumu bu hadisədən xəbər tutduqdan sonra hərbi hissə komandiri hərbi prokurorluğa məlumat verməyə məcbur qalıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

İşğal edilmiş yaşayış məntəqələrimizdən birində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən daha bir hərbi qulluqçu əsgər yoldaşları tərəfindən vəhşicəsinə döyülüb.

Bir neçə gün əvvəl də belə bir xəbər yayılmışdı ki, işğal altındakı Ağdərə yaşayış məntəqəsində yerləşdirilən işğalçı ordunun hərbi hissəsinin əsgəri Tiqran Hovsepyan xidmət yoldaşları tərəfindən vəhşicəsinə döyülüb və o, tibb məntəqəsinə yerləşdirilib.

Azərbaycanın işğal altındakı ərazilərində saysız-hesabsız belə hadisələr baş verir və intiharlar da geniş yayılıb. Elə bu səbəbdəndir ki, Nikol Paşinyan Qarabağda xidmət etmək istəməyənləri öz fikrindən daşındırmaq üçün oğlunu Azərbaycanın işğal altındakı ərazilərdə “xidmətə” göndərmişdi. Ancaq bu da durumu dəyişmədi və vaxtaşırı Ermənistanda əsgər valideynlərinin Qarabağdakı hərbi hissələrdə öldürülən, intihar edənlərlə bağlı etiraz aksiyaları keçirilməkdədir.

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan ordusundakı real vəziyyət yazılanlardan və deyilənlərdən qat-qat mürəkkəb və ağırdır: “Bunu erməni seqmentinin sosial şəbəkə istifadəçiləri son vaxtlar daha çox yazır və qabardırlar. Əvvəlki illərdən fərqli olaraq onlar artıq hər şeyi açıq yazır və narahatlıq və narazılıqlarını dilə gətirirlər. Həqiqətən də orduda olan nizam-intizamın zəif olması, nizamnamədənkənar münasibətlər fərariliyin, cinayət hallarının artmasına şərait yaradır”. Hərbi ekspert Ermənistan parlamentində müzakirəyə çıxarılması gözlənilən qanun layihəsinə də toxundu: “Qanunvericiliyə təklif olunan dəyişiliklər də, necə deyərlər, ”xoş güzərandan" irəli gəlməyib. Deməli, vəziyyətə nəzarət etmək üçün onlar qanunları sərtləşdirməklə vəziyyətə nəzarət etmək, baş verə biləcək başıpozuq hərəkətlərin qarşısını almaq üçün addımlar atırlar. İşğalçı ölkədə problemlər o qədər dərinləşib ki, bunların qarşısını hətta sərt qanunlarla belə, qısa müddətdə almaq mümkün olmayacaq. Ölkədəki ağır iqtisadi-siyasi durum ordunun da vəziyyətinə təsir göstərir və bundan sonra da göstərəcək".

Yuxarıda qeyd etdiyimiz kimi, bütün özbaşınalıqlara və daxildəki problemlərə rəğmən, işğalçı ölkə məkrli siyasətindən əl çəkmir. Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur. Bölmələrimizin cavab atəşi ilə düşmən susdurulub, əməliyyat şəraiti ordumuzun nəzarəti altındadır.

Sözsüz ki, günün birində torpaqlarımızın azadlığı uğrunda müqəddəs savaş başlayacaq və düşmənin burnu ovulacaq, o halda muzdlu-terrorçu qruplaşmalar da Ermənistanın köməyinə çata bilməyəcək...
“Yeni Müsavat”

Paylaş:
Digər xəbərlər

Dünya

11-08-2020, 11:27

Türkiyə XİN: “Ermənistan hakimiyyətinin ağlını başına yığmasının vaxtı gəlib”

Siyasət

23-07-2020, 15:32

Ermənistanda hərbi təlimlərə start verilib - rusiyalı hərbçilərin iştirakı ilə

Siyasət

19-07-2020, 12:33

Qoşulmama Hərəkatının 120 ölkəsi erməni təxribatını pislədi

Siyasət

22-06-2020, 09:58

İşğalçı Ermənistan ordusu atəşkəsi iriçaplı pulemyotlarla pozdu

Gündəm

20-06-2020, 15:31

İşğalçı Ermənistan ordusu atəşkəsi iriçaplı pulemyotlarla pozdu

Siyasət

6-06-2020, 10:28

İşğalçı Ermənistan ordusu atəşkəsi pozmaqda davam edir

Dünya

9-04-2020, 09:00

Ermənistanda koronavirusdan ölənlərin sayı yenə artdı

Siyasət

24-03-2020, 11:35

Düşmən təxribat törətdi: Bir erməni hərbçi məhv edildi

Siyasət

6-03-2020, 12:00

DSX: “Ermənistan sərhəddə təxribat törədib, düşmən cavab atəşi ilə susdurulub”

Son xəbərlər
  • 28-10-2026, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • 28-10-2026, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • 28-10-2026, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026, 13:02
    Anar Bayramov səhiyyə naziri təyin olundu
  • 16-10-2026, 23:33
    Sergey Lavrov da Bakıya gələcək
  • 16-10-2026, 09:40
    Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib
  • 15-10-2026, 00:34
    Qara dənizdə dron hücumu: gəmidəki 8 azərbaycanlı xilas edildi
  • 14-10-2026, 22:51
    Ermənistan pasportu dünya reytinqində 64-cü yeri tutub
  • 14-10-2026, 14:27
    Sergey Lavrov da Bakıya gələcək
  • 14-10-2026, 14:25
    Hakan Fidan Bakıya gəlir: Ərdoğanı təmsil edəcək
  • 14-10-2026, 14:22
    Lənkəranda körpəsini təhqir edən 5 uşaq anası ərini bıçaqladı: Məhkəmə qərar verdi
  • 10-10-2026, 16:28
    Hicaba qarşı qadağalar və təbliğat: Bu qərar niyə ləğv edilməlidir?
  • 10-10-2026, 16:19
    Türkiyədə siqaret satışına yeni məhdudiyyətlər gətirilir
  • 10-10-2026, 16:16
    İlham Əliyev Ramzan Kadırovu qəbul edib
  • 8-10-2026, 17:17
    “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib
  • 6-10-2026, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • 6-10-2026, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • 6-10-2026, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • 6-10-2026, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • 6-10-2026, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
Daha çox
Çox oxunanlar
28-10-2026, 16:49
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
28-10-2026, 16:45
Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
27-10-2026, 13:37
Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
28-10-2026, 16:42
“AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə