USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Abşeron rayonunda yerləşən anbarlardan birində yanğın hadisəsi qeydə alınıb. İlkin məlumata görə, hadisə bu gün günorta saatlarında baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Yanğının səbəbləri və dəymiş ziyanın miqdarı barədə hələlik məlumat yoxdur.
Rəsmi qurumların əlavə məlumat yayacağı gözlənilir.