USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Ötən gün ölkə ərazisində qanunsuz saxlanılan silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, oktyabrın 3-də polis əməkdaşları paytaxt və respublikanın müxtəlif rayonlarında keçirdikləri tədbirlər nəticəsində 12 avtomat, 7 tapança, 1 tüfəng, 1 patron darağı və 13 ədəd müxtəlif çaplı patron aşkarlayaraq götürüblər.
Nazirlikdən bildirilib ki, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.