USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Naxçıvanın Babək rayonunda evdən pul oğurlayan qadın polis tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Babək Rayon Polis İdarəsinə rayon ərazisində yerləşən bir yaşayış evindən pul oğurlanması barədə məlumat daxil olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı Göyərçin Sadiqova qısa müddətdə müəyyən edilərək tutulub.
Araşdırmalar zamanı məlum olub ki, G.Sadiqova qanunsuz yolla evə daxil olaraq oradan 1500 manat və 700 ABŞ dolları məbləğində pul oğurlayıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma davam etdirilir.