USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Abşeron rayonunun Masazır qəsəbəsində, “Zəngilan şəhərciyi” ərazisində yeni çəkilən yol çöküb.
Məlumata görə, yolun çökməsinə son günlər yağan intensiv yağışların səbəb olduğu bildirilir. Hadisə nəticəsində yolun bir hissəsi yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, çökmə baş verən yol bu ilin fevral ayında istifadəyə verilmişdi. Faktla bağlı aidiyyəti qurumların araşdırma aparacağı gözlənilir.