USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
![]()
Azərpoçt MMC-nin İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat həyata keçirilib.
Bu vəzifəyə Manaf Babayev gətirilib. O, bundan əvvəl AZCONda Baş Maliyyə Direktorunun müavini kimi fəaliyyət göstərib.
Qeyd edək ki, “Azərpoçt”un İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev vəzifəsindən ayrılıb. O, PAŞA Kapital İnvestisiya Şirkəti QSC-də İH sədrinin müşaviri təyin olunub.
Xatırladaq ki, İsi Mustafayev uzun illər müxtəlif şirkət və banklarda rəhbər vəzifələrdə çalışıb, 2021–2022-ci illərdə isə “Azərpoçt”da baş direktor müavini və İdarə Heyətinin üzvü olub.