USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Bakıda, Xəzər rayonu ərazisində avtomobil ilə motosikletin toqquşması ölümlə nəticələnib.
Hadisə Qala–Şüvəlan yolunda baş verib. Məlumata görə, Cəmil Behbudov idarə etdiyi “Mercedes E-280” markalı avtomobillə hərəkətdə olarkən qarşıdan gələn motosikletlə toqquşub.
Qəza nəticəsində motosiklet sürücüsü Vüqar Əşrəfzadə aldığı ağır xəsarətlərdən həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb və araşdırma aparılır.