USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Ağdam rayonunda faciəli hadisə baş verib.
Hadisə Xaçınçay su anbarında qeydə alınıb. Məlumata görə, 1985-ci il təvəllüdlü Şərif Şəmsəddin oğlu İsgəndərov, onun 2008-ci il təvəllüdlü oğlu Tunar Şərif oğlu İsgəndərov və 2009-cu il təvəllüdlü qızı Fidan Şərif qızı İsgəndərova suda bataraq həyatlarını itiriblər.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Aparılan axtarışlar nəticəsində hər üç şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.