USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Azərbaycan milli futbol komandasının baş məşqçisi Fernandu Santuşla əməkdaşlığa son qoyulub. AFFA-nın yaydığı məlumata görə, tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukrayna yığması ilə qarşılaşmada milliyə U-21 komandasının baş məşqçisi Ayxan Abbasov rəhbərlik edəcək. Qarşılaşma sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Xatırladaq ki, Azərbaycan millisi sentyabrın 5-də səfərdə İslandiyaya 0:5 hesabı ilə məğlub olmuşdu.