USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
"Formula 1" üzrə dünya çempionatında Belçika Qran-prisi keçirilib.
"foto.info.az"in məlumatına görə, mövsümün sayca 7-ci yarışı Spa avtodromunda təşkil olunub. 44 dövrəlik mübarizənin qalibi adını əvvəldən sonadək liderliyini əldən verməyən "Mercedes" pilotu Lüis Hemilton qazanıb. Onun komanda yoldaşı Valtteri Bottas ikinci, "Red Bull" sürücüsü Maks Ferstappen üçüncü yeri tutub.
Beləliklə, xalını 157-yə çatdıran Hemilton liderliyini daha da möhkəmləndirib. Ferstappen 110 xalla 2-ci, Bottas 107 xalla 3-cüdür. Konstruktorların mübarizəsində isə "Mercedes" 264 xalla 1-ci, "Red Bull Racing Honda" 158 xalla 2-ci, "McLaren Ranault" isə 68 xalla 3-cü pillədə qərarlaşıb.