Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emrelinin Polşanın "Legiya" (Varşava) klubu ilə razılıq əldə edib.
"Report" "Meczyki" nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu yaxın günlərdə Varşava təmsilçisi ilə müqavilə imzalayacaq.
Nəşr danışıqların başa çatdığını və sözləşmənin tez zamanda imzalanacağını bildirib. Emrelinin yeni klubunda qazanacağı məbləğ də açıqlanıb. Müqavilə bağlanacağı təqdirdə o, "Legiya"da illik 300 min avro maaş alacaq.
Forvardın Rusiya və Almaniyadakı təkliflərinin maddi cəhətdən daha yaxşı olduğu vurğulanıb. Lakin oyunçu Qərbi Avropa yaxın klubda oynamaq və 1-2 iki il ərzində daha yaxşı kluba keçmək niyyətindədir.
Qeyd edək ki, Mahir Emreli 2015-ci ildən "Qarabağ"ın formasını geyinir. Onun Ağdam təmsilçisi ilə müqaviləsi yayda başa çatacaq. 24 yaşlı hücumçu hazırda Premyer Liqada 16 qolla bombardirlik yarışında ikinci sıradadır. Emreli ilə Polşanın daha bir neçə klubu maraqlanır