USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

"Post-sovet məkanında olan türkdilli ölkələr bizim haqq səsimizə dəstək vermədilər"

Müsahibə

5-10-2020, 09:15

"Post-sovet məkanında olan türkdilli ölkələr bizim haqq səsimizə dəstək vermədilər"30 ildir Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti və hərbi təxribatları sentyabrın 27-dən başlayaraq Ordumuzun əks-həmləsi ilə öz layiqli cavabını almaqdadır.

Azərbaycan ordusu öz ərazilərimzidə apardığı müharibədə üstünlüyü ələ alıb, bəs dünyanın informasiya məkanında hansı üstünlüyü qazanmışıq və siyasi partiyalar bu istiqamətdə hansı addımlar ata bilir?

Hafta.az-a müsahibə verən Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev müəyyən nüanslara diqqət çəkib.

- Fuad bəy, son 5 gündə Ordumuz düşmənə qarşı əks-hücuma keçib və bu barədə mütəmadi xəbərlər alırıq. Beynəlxalq medianı yaxından izləyən siyasətçi kimi necə hesab edirsiz, siyasi düşərgə informasiya müharibəsində necə iştirak edir və ölkədən kənarda aparılan informasiya müharibəsində üstünlük kimdədir?

- Bu gün xarici mediada Ermənistan-Azərbaycan müharibəsi haqqında verilən məlumatları iki hissəyə bölmək olar. Əlbəttə ki, bir qism Azərbaycanın haqq səsini dəstəkləyir, digər qism isə Ermənistanın yalan məlumatlarını yayaraq işğalçılıq siyasətini haqlı tərəfi kimi təbliğ edir. Bu gün mətbuatdan xüsusilə Suriya hökumətinin birbaşa Ermənistanı dəstəklədiyi müşahidə olunur. Son vaxtlar bu dövlətlərin arasında yaranan sıx əməkdaşlıq Suriyadan Dağlıq Qarabağa gətirilən erməni ailələrinin timsalında da özünü göstərdi. Ermənistanın uzun illərdir xaricdə formalaşmış diaspora və lobbiçilik fəaliyyəti də heç şübhəsiz ki, bu gün özünün əks təbliğatını aparmaqda davam edir.

Bütövlükdə isə normal demokratik ölkələr beynəlxalq hüquqa əsaslanaraq Azərbaycanı dəstəkləyirlər. Biz, beynəlxalq müstəvidə Azərbaycanın əraziləri kimi tanınan torpaqlarımızda vuruşuruq və bu müharibənin haqq işi olduğunu sübut edirik. Son iyul hadisələrindən başlayaraq dünya ictimaiyyətini informasiyalarla maraqlandıra bilmişik. Bu istiqamətdə ciddi iş aparmışıq və informasiya müharibəsində də üstünlük bizim tərəfimizdədir.

Hər dəfə də bəyan edirik ki, biz başqa bir ölkənin torpaqlarını işğal etməmişik. Bizim torpaqlar işğal olunub. Biz öz sərhədlərimiz çərçivəsində, Ermənistanın Azərbaycan ərazilərində işğalda saxladığı torpaqlarımızı azad etmək üçün anti-terror əməliyyatlarını başlamışıq və bu da uğurla davam edir. Bu gün Azərbaycan bu şərəfli müharibədə onun yanında kimlərin dayandığını gördü. Çox təssüf olsun ki, post-sovet məkanında olan türkdilli ölkələr bizim haqq səsimizə dəstək vermədilər. Lakin Qafqaz dövləti olan qonşu Gürcüstan bizi dəstəklədi. Daha sonra Ukrayna, Belarus və artıq Macarıstan və bir sıra digər Avropa ölkələrindən də bizi dəstəkləyən çıxışlar eşidilməkdədir. Verilən dəstəklərdə Azərbaycan ərazilərinin bütövlüyünü tanıdıqlarını, Ermənistan hərbi hissələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edirlər. Çünki biz beynəlxalq hüquqa əsaslanaraq öz torpaqlarımızı işğaldan azad etmək üçün mübarizə aparırıq. Dövlət başçısının da dediyi kimi, biz mülki əhaliyə qarşı deyil, Ermənistanın hərbi qüvvələrinə qaşı müharibə aparırıq.

Hesab edirəm ki, bu gün istənilən ictimai və siyasi təşkilatlar xarici ölkələrdə əməkdaşlıq etdiyi qurumlarla əlaqəli şəkildə informasiyanın yayılmasına və təbliğati işlərinin aparılmasına diqqət yetirməlidir. Siyasi partiyalar bütün imkanlarını məhz informasiya müharibəsinə yönəltməli və beynəlxalq müstəvidə ayrı-ayrı ölkələrdə olan siyasi həmfikirlərinin vasitəsi ilə təbliğatının qurulmasına üstünlük verilməlidir.

- Xaricdə işləyən onlayn kanallarımız məsələdə nə dərəcədə aktivdir, nə dərəcədə təbliğati işlər apara bilirlər?

- Türkiyə mediasında Azərbaycanı müdafiə edən çıxışlar var. Ukrayna Rusiya kanallarında əksəriyyət erməni mövqeyindən çıxış edir. Lakin Prezidentin “Rossiya1” kanalında 60 dəqiqəlik verilişdə etdiyi çıxışı bizə olan münasibəti tam dəyişib. Üstünlük bizim tərəfimizdədir. Bizim jurnalistlərin xaricdə açdıqları onlayn kanallara isə baxmıram. Biz xarici ölkələrdə əməkdaşlıq etdiyimiz partiyalara müraciət göndərib Azərbaycanın haqq işinin təbliğatı baxımından bizə dəstək vermələrini xahiş etmişik. Və artıq Türkiyənin Liberal Demokratları öz fəaliyyətlərinə bu məsələyə diqqət göstərəcəklərini bildiriblər. Bu istiqamətdə faəliyyətimiz davam edir.

- İllərdir “Dağlıq Qarabağ münaqişəsi”nin beynəlxalq müstəvidə aparılan danışıqlar yolu ilə həllinə nail ola bilməyən ATƏT-in Minsk Qrupu və digər nüfuzlu təşkilatlar yenə də öz ampluasındadır. İşğal altında qalan torpaqlarımızın qeyd-şərtsiz azad olunması ilə bağlı qətnamələri olan BMT və digər təşkilatlar, prezidentlər Azərbaycanı danışıqlara dəvət edən bəyanatlar verib. Yenə də işğalçıya “sənin Azərbaycanın ərazilərində nə işin var, rədd ol!” deyilmir. Beynəlxalq təşkilatların hazırki mövqeyini necə dəyərləndirirsiz?

- Bəli, məlumdur ki, Azərbaycana qarşı təsirlər edilir. Bugünlər həm BMT, həm ATƏT-in Minsk Qrupu və digər ölkə başçılarının birgə bəyanatı yayılıb. Türkiyə və Rusiya xarici işlər nazirləri də görüşərək Qarabağdakı vəziyyəti müzakirə ediblər. Hətta sosial şəbəkələrdə bu müzakirədə müharibənin dayandırılması ilə bağlı bəyanatın qəbul edildiyi də qeyd olunub. Bunun nə qədər doğru olacağını bilmirəm. Hesab edirəm ki, BMT, ATƏT-in Minsk Qrupu və digər dövlətlərin belə müraciətlər verməsi də normal qarşılanmalıdır. Çünki hər zaman bu təşkilatların belə bəyanatlar verməkdən başqa bir işinin olmadığını görmüşük. Bu yanaşmalar, “Torpaq bizimdir və öz problemimizi özümüz həll etməliyik” prinsipini ortaya qoyur. Məhz buna görə də bu gün Ali Baş Komandan əks hücum və səfərbərliklə bağlı öz tarixi qərarını verdi. Eləcə də beynəlxalq təşkilatlara ən gözəl cavabı Prezident verdi və məqsədimizi açıq-aydın şəkildə izah etdi. Azərbaycan o halda danışıqlara gedəcək ki, Ermənistanın işğalçı hərbi hissələri ərazilərimizi tərk edəcək. Çünki bu gün də Ermənistanın hərbi təxribatlardan əl çəkmədiyi, Azərbaycanın mülki əhali yaşayan kəndlərini atəşə tutduğu, xəsətxanaların, məktəblərin ağır artilleriya silahları ilə dağıdıldığının şahidiyik və bu davam edir. Xeyli zayda mülki vətəndaşlarımız şəhid olub. Əgər-əvvəl atəşkəsin pozulması halları var idisə, bu gün müharibə gedir. İki gündür xəbərlər gəlir ki, Ermənistan tərəfindən bizim sərhəd rayonlarımız da atəşə tutulur. Bu minivalla Ermənistan üçüncü ölkəni də prosesə cəlb etmək istəyir. Məlum məsələdir ki, üçüncü ölkələr Rusiya və Türkiyədir. Dünya ölkələri bu niyyəti başa düşür. Üçüncü tərəflərin bu mühribəyə qoşulmaq istəyəcəyini düşünmürəm. Bu Vətən Müharibəmiz dayana bilməz. Bu yalnız o halda mümkün ola bilər ki, Ermənistanın işğalçı qoşunları torpaqlardan çıxsınlar. Bundan sonra hansı addımlar atılacaq, artıq sonrakı proseslərdir.

- Necə hesab edirsiz, üçüncü tərəflər bu müharibəyə hansı halda qoşula bilər və indiki savaş durumunda bu nə dərəcədə ciddi ehtimaldır?

- Fikir verirsinizsə, regionda əsas oyunçu olan Rusiya bu prosesə qoşulmadı. Putin “biz qonşu dövlətlərin siyasətinə qarışmırıq” deməklə hələ ki, vəziyyəti kənardan izləyir. Bundan əvvəl isə Prezident İlham Əliyev demişdi ki, “bizi təkbətək buraxın, biz torpaqları işğaldan azad edəcəyik”. Eyni zamanda Türkiyənin mövqeynə baxsaq, bu dövlətin Azərbaycanı açıq dəstəkləyən bəyanatları deməyə əsas verir ki, biz informasiya müharibəsində üstünük. Ermənistanda Paşinyan hakimiyyəti SOROS hakimiyyətidir. Bu da Rusiya ilə əlaqələrin pozulmasına gətirib çıxarıb. Putin Paşinyanın satqınlığını bağışlamayıb. Bu da Rusiya-Ermənistan münasibətlərinə təsir edib. Bu illər ərzində Türkiyə hər zaman Azərbaycanın yanında olub. Lakin regionda belə aktiv və açıq şəkildə Azərbaycana dəstək verməsi ilk dəfədir baş verir. Hər halda biz bu yolda səhv deyilik. Rusiya bu məsələyə qarışsa Türkiyə də açıq dəstək verəcək. Eləcə də Pakistan bir qardaş dövlət olaraq daim bizə dəstək verir. Bu da istər-istəməz münaqişənin formatına təsir edir.

- Fuad bəy, 50 siyasi partiya birgə bəyanatla Orduya, Ali Baş Komandana dəstək mövqeyini ortaya qoydular. Belə bir vaxtda bu prosesdən kənarda qalanlar oldumu və hazırda siyasi partiyaların bu istiqamətdəki birliyi nə dərəcədədir?

- Torpaqlqarın işğala məruz qoyulduğu bu 30 il müddətində biz hər zaman deyirdik ki, siyasi partiyaları birləşdirən bir məsələ var, bu da Dağlıq Qarabağdır. Bu da bir sübutdur ki, bu məsələdə cəmiyyət birləşə bilər. Bu təkcə Azərbaycana yox, elə bütün dünyaya bir ismarıc verdi ki, Azərbaycan xalqı birdir. Bundan kənarda qalan çox olsa 1 faiz olar. Amma düşünmürəm ki, o da Qarabağ məsələsində kənarada qala bilər. Qalıbsa, bu onun ən böyük səhvidir. Bu məsələ ilə bağlı ALDP-yə təklif gələndə mən o sənədə baxmadan imza atmaq istədim. Çünki biz Qarabağ məsələsi ətrafında düşünmədən birləşməliyik və birik. Çünki bu bütün millətin həll etməli olduğu problemidir. Və xalq bütövlükdə öz həmrəyliyini göstərib. İyul hadisələrindən sonra xalqımız öz sözünü dedi. Hər gün xalq arasında bu fikir daha çox yayılırdı ki, danışıqları dayandırıb müharibəyə başlamaq lazımdır. Bu Vətən Müharibəsi Azərbaycan xalqının tələbidir. Nəhayət Ermənistanın davam edən hərbi təxribatları, danışıqlar prosesindən öz cinayətlərini genişləndirmək üçün istifadə etməsi Azərbaycanın səbr kasasını daşdırdı. Və beynəlxalq təşkilatların məsələ ilə bağlı vecsiz yanaşması pisləndi. Azərbaycan anladı ki, öz torpağını heç kim işğaldan azad edib ona qaytarmaq fikrində deyil. Əksinə, beynəlxalq aləmin Ermənistanı durdurmaması, ona həddini aşması üçün ruh verir. Və xalqımız bir olaraq öz haqq səsinin müdafiəsinə qalxıb.

Paylaş:
Digər xəbərlər

Müsahibə

20-09-2020, 20:39

"Əsgərlərimiz müharibənin başlamasını və onu əsir götürəcəkləri anı səbrsizliklə gözləyirlər"

Müsahibə

14-09-2020, 10:00

"Ramiz Mehdiyevin güc göstərməsinin əsası yoxdur" - Partiya sədri

Müsahibə

8-08-2020, 13:00

Müxalifətin yekdil qərarı: - “Ölkəmizdə Türkiyə hərbi bazası yaradılsın!”

Müsahibə

24-07-2020, 17:13

“Avropa və ABŞ-da polisləri ələ almalıyıq” - Sabiq səfirdən AÇIQLAMA

Müsahibə

17-07-2020, 16:34

Azərbaycanın xarici siyasət kursunda nə dəyişəcək? - ŞƏRH

Müsahibə

3-07-2020, 14:14

"Musa Musayevin başqalarını ittiham etməyə haqqı yoxdur" - YAP-dan REAKSİYA

Müsahibə

2-07-2020, 17:04

YAP Əli İnsanovun partiyasını təşkilatlandırmasından narahat deyil - deputatdan açıqlama

Müsahibə

26-06-2020, 15:12

“Müxalifətin hərəsi bir dövlətin yanında oturub” - YAP-çı deputatdan İTTİHAM

Müsahibə

22-05-2020, 11:30

“Keşikçidağ olayında xarici xüsusi xidmət orqanlarının "əli" olub” - İDDİA

Müsahibə

19-05-2020, 11:51

"Bu cür iddialar kifayət qədər qeyri-ciddi səslənir" - Keçmiş baş nazir

Müsahibə

24-03-2020, 12:50

Sahil Babayev: “Koronavirusdan zərər çəkən sektorlara dəstək proqramları hazırlanır”

Müsahibə

22-02-2020, 17:10

Ekspert: “Azərbaycanın NATO ölkəsindən hərbi təyyarələr alması Ermənistana ciddi mesajdır”

Son xəbərlər
  • Bugün, 18:15
    Rusiya Gümrüdəki hadisəyə görə Ermənistana etiraz notası göndərib
  • Bugün, 18:13
    PUA hücumunda Moskvada yaralananların sayı 17-yə çatıb
  • Bugün, 18:11
    Zelenski: “Ukrayna yanırsa, Moskva da yanacaq”
  • Bugün, 18:10
    Sertifikasiya imtahanında 3548 müəllim iştirak edib
  • Bugün, 18:09
    Neftçalada Xəzərə 50 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb
  • Bugün, 18:07
    Ermənistan parlamentinin 8-ci çağırışının fəaliyyəti başa çatdı
  • Bugün, 18:02
    Pezeşkian ABŞ-la tarixi memorandumu imzaladı
  • Bugün, 16:15
    Dələduzluqda ittiham olunan Namizəd Səfərovun işi məhkəmə baxışına verildi
  • Bugün, 15:01
    Moskvanın “Sadovod” bazarında dron hücumu sonrası yanğın baş verib
  • Bugün, 13:12
    Azərbaycanda ilin ilk 4 ayında 11 mindən çox nikah, 6 mindən çox boşanma qeydə alınıb
  • Bugün, 13:10
    Polis bir gündə 42 şübhəlini saxlayıb
  • Bugün, 13:08
    Moskva istiqamətində 180-ə yaxın PUA vurulduğu bildirilib
  • Bugün, 13:07
    Ukrayna Moskvaya kütləvi PUA hücumu həyata keçirib: neft emalı zavodunda yanğın baş verib
  • Bugün, 13:00
    Merz: G7 Kiyevə dəstəyi artıracaq, Moskvaya təzyiqi gücləndirəcək
  • Bugün, 12:58
    İlham Əliyev: “Azərbaycanın daşımalar qovşağına çevrilməsi istiqamətində səylərimizi davam etdirəcəyik”
  • Bugün, 12:52
    Prokuror “Arzum 9999” ləqəbli bloqer üçün 5 il 9 ay həbs cəzası istəyib
  • Bugün, 11:27
    Pezeşkian ABŞ-la tarixi memorandumu imzaladı
  • Dün, 22:41
    “Qarabağ” Mozambik millisinin müdafiəçisini heyətinə qatıb
  • Dün, 22:37
    III ixtisas qrupu üzrə ən yüksək nəticə: 690 bal toplayan məzun fərqlənib
  • Dün, 22:35
    II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri açıqlanıb
  • Dün, 22:33
    Lukaşenko Zelenski ilə bağlı tonunu dəyişdi: ekspertlər səbəbləri izah edir
  • Dün, 22:30
    Almaniya XİN rəhbəri: Avropanın təhlükəsizliyi Rusiya ilə qarşıdurmadan keçir
  • Dün, 21:52
    Ormuz boğazında təhlükə hələ davam edir: gəmiçilik dərhal normallaşmaya bilər
  • Dün, 21:47
    Prezident İlham Əliyev səhiyyə işçilərini təltif etdi
  • Dün, 19:50
    Hörmüz boğazının tam açılması ilin sonuna qədər uzana bilər – ekspert xəbərdarlıq etdi
  • Dün, 15:36
    ABŞ–İran arasında mümkün sülh razılaşmasının detalları üzə çıxıb
  • Dün, 15:25
    Füzulidə 3,8 ton yabanı çətənə məhv edilib – əməliyyat keçirilib
  • Dün, 15:15
    Xəzər dənizində 3,5 maqnitudalı zəlzələ qeydə alındı
  • Dün, 15:10
    İslam İnkişaf Bankının prezidenti “Dostluq” ordeni ilə təltif edildi
  • Dün, 15:08
    “Qurtuluş” Reabilitasiya Mərkəzinin işi üzrə məhkəmədə yeni ifadələr: Zərərçəkənlər danışdı
  • Dün, 15:01
    Zelenski G7 sammitinin nəticələrini Ukrayna üçün yüksək qiymətləndirib
  • Dün, 14:58
    Regionlarda 65 yaşlı həkimlərin fəaliyyətinə davam etməsi üçün imkan yaradılacaq
  • Dün, 14:00
    Tanınmış vəkilin 17 yaşlı qızı yol qəzasında həyatını itirib
  • 16-06-2026, 20:40
    Xaricdə təhsil alanlar üçün peşə tanınması imtahanı keçirildi
  • 16-06-2026, 20:38
    İlham Əliyev Niderlandın Baş naziri ilə telefonla danışdı
Daha çox
Çox oxunanlar
13-06-2026, 01:38
Netanyahu Prezident İlham Əliyevi təbrik edib
12-06-2026, 13:21
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub
12-06-2026, 14:55
Şuşada abidələrin razılaşdırılmadan köçürülməsi qadağan ediləcək
14-06-2026, 14:17
İran Hörmüz boğazını ödənişsiz açmağa razılaşıb – ABŞ-la razılaşma müzakirə olunur
14-06-2026, 14:19
Ələt yaxınlığında yeni yük hava limanı tikilir
14-06-2026, 14:16
Bakı-Naxçıvan-Bakı aviareysləri ləğv olunub
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Prokuror “Arzum 9999” ləqəbli bloqer üçün 5 il 9 ay həbs cəzası istəyib
Ağdamda çobanlar arasında mübahisə ölümlə nəticələnib
“86 47” kodu nə deməkdir? Trampı narahat edən gizli mesajın arxasında nə dayanır?
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb
Köçəryanın ölkədən qaçarkən saxlanıldı

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə