USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Nuşirəvan teleməkanımızı necə xarabalığa çevirdi?! - GƏLİŞMƏ

Siyasət

6-04-2020, 13:18

Nuşirəvan teleməkanımızı necə xarabalığa çevirdi?! - GƏLİŞMƏAzərbaycan mediasının üzərində dolaşan qara buludlar tədricən yoxa çıxır. Üfüqdəki günəşin görünməyə başlaması Əli Həsənovun vəzifəsindən gedişi ilə başladı. Prezidentin Sərəncamı ilə Kütləvi İnformasiya Vasitəsilərinə Dövlət Dəstəyi Fondunun (KİVDF) rəhbəri Vüqar Səfərlinin işdən azad olunması ilə medianın üzərinə dolan daha bir qara bulud yoxa çıxdı. Vüqar Səfərli Əli Həsənova milyonlar qazandıran və media üzərində yaratdığı “qara buludun” parçalarından biri idi. Baş getsə də, hissəcik qalmışdı və nəhayət, bu hissəcikdən də azad olduq. Amma sevinmək hələ tezdir, çünki qara buludun başqa hissəcikləri də qalmaqdadır.

Bunu bilmək üçün “Tarixi Nadir”i yarıya qədər oxumağa ehtiyac yoxdur, hər gün televizoru açın və gözlərinizlə şahidi olun. Bəli, söhbət Milli Teleradio Şurasının rəhbəri Nuşirəvan Məhərrəmlidən gedir.

Məhz Nuşirəvan Məhərrəmlinin yarıtmaz fəaliyyəti, televiziya məkanını peşəkar formada yox, Əli Həsənovdan aldığı tapşırıqlarla yönləndirməsi Azərbaycan televiziyaları haqda mənfi rəyin yaranmasına əsas səbəbdir.

“Telekanalizasiya”: bu ifadə xüsusilə də dövlətimizin əleyhinə çıxan qruplar tərəfindən tez-tez işlədilir. Təbii ki, belə bənzətmələr mütləq qınanmalıdır, amma eyni zamanda, Azərbaycan teleməkanının belə bənzətmələrə məruz qalmasında rol oynayanlar da eyni qınağa tuş gəlməlidirlər.

Bu sualın cavabını dərində də axtarmaq olar, elə televizorun düyməsini basmaqla da görmək olar. Uzun illərdir Azərbaycan televiziyaları səviyyəsiz insanların çal-çağır məkanına çevrilib. Bu gün Azərbaycan tamaşaçısının türk və rus kanallarına kütləvi şəkildə üz tutmasının günahkarı məhz Nuşirəvan Məhərrəmlidir.

MTRŞ rəhbəri indiyə qədər Əli Həsənovun tapşırığına əsasən oturub-durub. Xüsusilə Əli Həsənovun nəzarətində olan teleradio şirkətlərinə doğma münasibət bəsləyib, peşəkar televiziya və radio şirkətləri məhz Əli Həsənovun göstərişi ilə sıradan çıxarılıb. Nəticə olduqca acınacaqlıdır: Azərbaycan televiziya və radio şirkətləri bu gün daxili tamaşaçı üçün marağını itirib.

Səbəblər sadədir. Əli Həsənovun tapşırığını icra edən Nuşirəvan Məhərrəmli qeyri-peşəkar və jurnalistikaya yad olan şəxsləri, jarqonu küçə söyüşləri ilə zəngin olan əxlaqsız adamları televiziya ekranlarının “ulduzuna” çevirdi. Dəyərli ziyalılar və cəmiyyətə müsbət örnək olan insanlar kənarda qaldığı halda belə şəxslərin xalqa “dərs keçməyə” cəhd göstərməsi ilk növbədə tamaşaçının özündə ikraha səbəb oldu və ən yaxşı halda kanalı çevirərək boykot etdilər. Amma digər yerli kanala yox, birbaşa xarici kanallara. Çünki bütün teleməkanı Əli Həsənov – Nuşirəvan Məhərrəmli cütlüyü eyni səviyyəyə endirərək məhv etmişdi. Şübhəsiz ki, vəziyyətin belə olması Əli Həsənov üçün qətiyyən maraqlı deyil idi. Çünki onu ayın sonunda nə qədər pul qazanacağı düşündürürdü.

Bir nümunəyə diqqət çəkək. Son illər Azərbaycan Prezidentinin Sərəncamı ilə televiziyalara milli serial çəkilişi üçün milyonlarla vəsaitlər ayrılıb, lakin indiyədək bu qədər vəsaitin müqabilində ortaya normal bir film çıxarılmayıb.

Bu sahədə çalışan şəxslər tez-tez şikayət edirlər ki, Nuşirəvan Məhərrəmli dövlətin ayırdığı milyonların çox cüzi hissəsini peşəkar şəxslərə ödəyir, böyük hissəsi isə Əli Həsənovun oğlu Şamxal Həsənlinin rəhbərlik etdiyi prodakşınlara köçürülüb. Əli Həsənov isə həmin vəsaitləri istədiyi formada xərcləyib. Nuşirəvan Məhərrəmli də özünü məsuliyyətdən yayındıraraq, “mən yalnız bankomat rolunu oynamışam” deyir.

Xeyr, təkcə “bankomat” olmayıb, həm də öz payını alıb. Teleməkana vurulan ən böyük zərbələrdən biri də İTV kimi “xalqın televiziyası” rolunu oynayan KİV-lərin urvatsız edilməsi, inamın azaldılması oldu. Bu da Əli Həsənov və Nuşirəvan Məhərrəmlinin xidmətlərindən biridir. Halbuki, İTV-nin nizamnaməsində bu televiziyanın xalq üçün əsas platforma olduğu qeyd olunur.

Ancaq sevindirici hal odur ki, Balakişi Qasımovun İTV-də rəhbərliyə gəlişindən sonra bu televiziya xalqın etimadını qazanmağa başladı, “xalqın televiziyası” rolunu gerçək mənada həyata keçirdi. Azərbaycan tamaşaçısının yerli kanallar arasında əsasən İTV-yə üstünlük verməsi də bunun nəticəsidir. Hərçənd ki, digər televiziya kanalları hələ də Əli Həsənovdan qalma Nuşirəvanın yarıtmaz fəalliyyətinin qurbanına çevriliblər.

Bu gün bütün televiziya kanallarımızın İTV-nin taleyini yaşamasını arzulayırıq. Çünki heç bir valideyn övladının xarici telekanalların təsirində yetişməsini istəmir. Nuşirəvan Məhərrəmli tamaşaçıları buna məcbur edir, tezliklə, bu məcburiyyətindən xilas olmaq diləyi ilə…
Vaqif Hüseynli
foto.info.az

Paylaş:
Digər xəbərlər

Gündəm

4-04-2020, 16:59

İlham Əliyev Vüqar Səfərlini vəzifəsindən azad etdi

Gündəm

1-04-2020, 13:52

Eldar Mahmudovun bank sektorundakı yadigarı... - İDDİA

Müsahibə

27-03-2020, 17:08

Aleksey Kalaçyov: “Azərbaycan, Qazaxıstan və Rusiya böhrana tab gətirəcək” - MÜSAHİBƏ

İqtisadiyyat

9-03-2020, 15:14

Dünya iqtisadi böhranı başlandımı? - TƏHLİL

Siyasət

5-03-2020, 14:50

Prezident İsmayıllının icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Video

5-03-2020, 15:50

Ramiz Mehdiyev direktoru işdən niyə çıxardı? – Qalmaqallı qiymət artımı

Araşdırma

3-03-2020, 17:50

Cavid Qurbanovun keçmişindəki QARA MÜƏMMA... - Hələ də cavabı verilməyib...

İqtisadiyyat

3-03-2020, 15:41

“Azexport” portalının rəhbəri işdən çıxdı

Bölgə

3-03-2020, 11:12

İcra başçısı 1-ci müavinini işdən çıxardı - Əhəd Abıyevin qardaşıdır

Son xəbərlər
  • Dün, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • Dün, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • Dün, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026, 13:02
    Anar Bayramov səhiyyə naziri təyin olundu
  • 16-10-2026, 23:33
    Sergey Lavrov da Bakıya gələcək
  • 16-10-2026, 09:40
    Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib
  • 15-10-2026, 00:34
    Qara dənizdə dron hücumu: gəmidəki 8 azərbaycanlı xilas edildi
  • 14-10-2026, 22:51
    Ermənistan pasportu dünya reytinqində 64-cü yeri tutub
  • 14-10-2026, 14:27
    Sergey Lavrov da Bakıya gələcək
  • 14-10-2026, 14:25
    Hakan Fidan Bakıya gəlir: Ərdoğanı təmsil edəcək
  • 14-10-2026, 14:22
    Lənkəranda körpəsini təhqir edən 5 uşaq anası ərini bıçaqladı: Məhkəmə qərar verdi
  • 10-10-2026, 16:28
    Hicaba qarşı qadağalar və təbliğat: Bu qərar niyə ləğv edilməlidir?
  • 10-10-2026, 16:19
    Türkiyədə siqaret satışına yeni məhdudiyyətlər gətirilir
  • 10-10-2026, 16:16
    İlham Əliyev Ramzan Kadırovu qəbul edib
  • 8-10-2026, 17:17
    “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib
  • 6-10-2026, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • 6-10-2026, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • 6-10-2026, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • 6-10-2026, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • 6-10-2026, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
Daha çox
Çox oxunanlar
24-10-2026, 23:24
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
26-10-2026, 20:01
Azad Balayev DTX tərəfindən həbs edilib
27-10-2026, 13:37
Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
Dün, 16:45
Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
Dün, 16:49
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Dün, 16:42
“AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə