USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Əli Həsənovun Vəzirova məktubunu kim yayıb? - Açıqlandı

Siyasət

11-04-2020, 09:23

Əli Həsənovun Vəzirova məktubunu kim yayıb? - AçıqlandıBir neçə ay əvvəl sosial şəbəkələrdə və onlayn mediada 1995-ci ildən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinə rəhbərlik etmiş, 2015-ci ildən isə həmin postu saxlamaqla, həm də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi vəzifəsini daşımış Əli Həsənovun Moskvada tələbə ikən Əbdürrəhman Vəzirova dəstək məktubu ünvanladığı üzə çıxmışdı. Daha doğrusu, bu barədə uzun illərdir danışılsa da, bu yaxınlarda ilk dəfə olaraq Ə.Həsənov və daha bir neçə azərbaycanlı tələbənin Vəzirova qısa məktubunun dərc olunduğu qəzet ortaya çıxarıldı. Həmin vaxt az qala 30 il bundan əvvəl yazılan məktubun kimlər tərəfindən və hansı məqsədlə üzə çıxırıldığı böyük marağa səbəb olmuşdu.

Əli Həsənovun özü isə bunu şəxsinə qarşı kompramat savaşı kimi qiymətləndirmişdi: “Tələbəlik illərində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdurrəhman Vəzirova Moskvada təhsil alan bir qrup tələbənin “yenidənqurmanın dəstəklənməsi ilə bağlı” göndərdikləri teleqramda mənim də adımın keçməsi ətrafında kampaniya təşkil olunub. Birincisi, maraqlıdır, görəsən həmin dövrü yaşayan insanlardan kim 1985-ci ildə başlanmış yenidənqurma prosesinin əleyhinə çıxıb və onu dəstəkləməkdən imtina edib?! İkincisi, 1988-ci ildə MDU-nun tarix fakültəsinin akt zalında Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı ilə görüşdən sonra hələ sərbəst həyata qədəm qoymağa hazırlaşan gənc tələbələrin toplandığı bir auditoriyanın adından Azərbaycan KP MK-ya göndərilən teleqramda adı keçən onlarla şəxsin sırasından bir nəfərin seçilərək hədəfə alınması nə deməkdir...”

Belə bir faktın mövcudluğunu inkar edə bilməyən Ə.Həsənovun müdafiə “çabalarına” rəğmən, Ə.Vəzirova ünvanlanan həmin məktub Prezidentin köməkçisinin onsuz da zəifləmiş “ideoloji sədaqət qalası”na vurulan ağır artilleriya mərmisi effekti verdi.

Bəs bu məktubu tapıb ortaya çıxaran kim idi?

Son günlər YAP-ın simalarından olmuş Eldar Sabiroğlunun oğlu, bir müddət prokurorluq orqanlarında çalışan, daha sonra məhbəs həyatı yaşamış Rüfət Səfərovun həbsxanada qarşılaşdığı məşhur MTN generalları Akif Çovdarov və Elçin Quliyevlə bağlı özünün sosial şəbəkə səhifəsində paylaşdığı silsilə yazılar marağa səbəb olub. Həmin yazılarda generalların həbsxanadakı durumu, onlara yaradılan şərait, eləcə də bu genaralların şəxsi keyfiyyətləri, fikirləri və bəzi etiraflarından söhbət açılır. R.Səfərov A.Çovdarov və E.Quliyevlə il yarım eyni həbsxanada məhbəs həyatı yaşadığını və bir çox maraqlı məqamların şahidi olduğunu yazır.

Prokurorluğun sabiq müstəntiqi yazısında qeyd edir ki, onu Akif Çovdarovla “MTN işi”nin əsas fiqurantlarından biri olan və Çovdarovdan əvvəl həmin həbsxanaya yerləşdirilən general-mayor Elçin Quliyev tanış edib. R.Səfərov E.Quliyevi “xaraktersiz və qorxaq” biri kimi təqdim edərək yazır: ”Günün birində uzun illər MTN-nin Antiterror Mərkəzinin rəisi işləmiş, Mahmudovun zibilinə düşüb, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək Çovdarovdan daha əvvəl "zon"a gəlib, bəndənizlə tanış olan, son dərəcə xaraktersiz, qorxaq, amma hiyləgər kimi yaddaşımda qalan general-mayor Elçin Quliyev yaxınlaşaraq dedi:

“Rüfət, baba (Akif Çovdarovu nəzərdə tutulur. Deyilənə görə həbsxanada hamı ona “baba” deyə müraciət edirmiş-AzPol.) ilə səni tanış etmək istəyirəm. Dünən xeyli sənin, xüsusilə, Eldar müəllimin Ramiz Mehdiyev haqqında yazdığı serial siyasi hekayələri müzakirə etmişik. Baba səni də, Sabiroğlunu da çox istəyir...”

R.Səfərovun kifayət qədər əhatəli yazısından belə aydın olur ki, keçmiş MTN generalları onunla söhbətlərində hakimiyyətin üst eşalonunda təmsil olunan məmurlar barədə kompramat topladıqlarını etiraf ediblər. Bu sırada Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov da var. R.Səfərovun generallarla söhbətini əks etdirən xatirələrinə dair bir epizod Ə.Vəzirova ünvanlanan məktubun məhz general Elçin Quliyev tərəfindən üzə çıxarıldığını deməyə əsas verir. R.Səfərov E.Quliyevin A.Çovdarova “baba” deyərək xitab etdiyi bir dialoqu xatırladır:

“Baba, həyatda ən çox peşman olduğum işlərdən biri də .... (Əli Həsənov nəzərdə tutularaq təhqiramiz bir bənzətmə aparılır-AzPol.) vaxtında bitirməməyim oldu. Daha doğrusu, nazir imkan vermədi...”

R.Səfərov daha sonra yazır: “Məlum oldu ki, 80-ci illərin sonlarında Həsənovun və digərlərinin Moskvada təhsil alarkən Vəzirova ünvanladıqları xoşməramlı müraciəti çap edən qəzet Quliyevin əlinə keçibmiş. Əvvəllər belə bir müraciətdən və onu yayan qəzetdən hali olsa da, axtarıb tapa bilmirmiş. Heç demə, hiyləgər Həsənov vəzifə səlahiyyətlərinin geniş imkanları fonunda Azərbaycanın bütün kitabxanalarından, arxivlərindən həmin qəzetin nüsxələrini ilim-ilim itiribmiş. Amma Göbbelsin əli Rusiya Federasiyasına, Moskvaya çatmayıbmış. Quliyev də həmin qəzetin bir neçə nüsxəsini Moskvadan əldə edərək Bakıya gətirib, münasibətdə olduğu rəsmilərə paylayıb, bir-iki nüsxəsini də xidməti kabinetinin seyfində saxlayıbmış. Mahmudovun əmri olmadığına görə qəzetin Azərbaycan mediasında yayılması mümkün olmayıbmış. Amma bədbəxt oğlu “Şrek”in (R.Səfərovun yazdığına görə, Elçin Quliyevi həbsxanada bu ləqəblə çağırırlar-AzPol.) ağlına belə gəlməzmiş ki, günün birində həbs olunacaq, həmin nüsxələrsə xidməti kabinetindəki seyfdə aşkar olunacaq və heç şübhəsiz, Mehdiyev və Həsənov bundan ağah olacaq, daha qəddar düşmənə çevriləcəklər”.

R.Səfərovun MTN generalları ilə dialoqları əsasında qələmə aldığını iddia etdiyi yazıdan həm də belə nəticə çıxır ki, Ə.Vəzirova ünvanlanan və Ə.Həsənova qarşı kompramat kimi təqdim edilən həmin məktubun üzə çıxarılmasına və mətbuatda dərc edilməsinə sabiq MTN “şefi” Eldar Mahmudov uzun müddət icazə verməyibmiş.AzPolitika.info

Paylaş:
Digər xəbərlər

Gündəm

10-04-2020, 14:01

Əli Həsənov getdi...: Qəzet bazarı diriləcəkmi? - GƏLİŞMƏ

Araşdırma

25-03-2020, 13:42

“Əli Həsənovun deputat qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - İTTİHAM

Siyasət

23-03-2020, 09:50

Millət vəkili Ramil Həsən: uşaq oğurluğunda tərəfdaş kimi...

Gündəm

21-03-2020, 16:00

İlham Əliyev müxalifət partiyalarının rəhbərlərini təbrik etdi – İLK DƏFƏ

Araşdırma

11-03-2020, 11:30

3 rayonun başçısı günlərini sayır... - İDDİA

Siyasət

10-03-2020, 17:21

Parlamentin yeni rəhbərliyi onlardır - DOSYE

Siyasət

10-03-2020, 11:30

Milli Məclisin birinci vitse-spikeri kimdir? - Dosye

Video

10-03-2020, 11:52

Generalın deputat qardaşı yüksək vəzifəyə təqdim edildi

Siyasət

24-02-2020, 15:15

Azərbaycan Prezidentinin köməkçisi koronavirusla bağlı vəziyyəti şərh edib

Son xəbərlər
  • 10-08-2026, 20:47
    Filippində 9 gündür davam edən leysanlar fəlakətə çevrilib: 16 nəfər ölüb
  • 10-08-2026, 20:46
    Pezeşkian Xameneinin səhhəti ilə bağlı yayılan iddialara cavab verib
  • 10-08-2026, 20:44
    Tramp Əliyevdən İranla bağlı mövqeyini soruşub: “Təslim olacağını düşünmək real deyil”
  • 10-08-2026, 20:42
    Ukrayna dronları Rusiyanın ən böyük neft-kimya kompleksini vurub
  • 10-08-2026, 20:40
    Ərdoğana sui-qəsd cəhdi ilə bağlı 10 il axtarılan şəxs saxlanılıb
  • 10-08-2026, 20:38
    İstanbulda azərbaycanlı qadın evində ölü tapılıb
  • 9-08-2026, 19:31
    Estoniyadan geri çağırılan səfir sabiq BDU rektoru Abel Məhərrəmovun oğludur
  • 8-08-2026, 16:24
    Rusiya Ermənistana Azərbaycan üzərindən növbəti yük partiyasını göndərib
  • 8-08-2026, 16:21
    Paşinyan İlham Əliyevə zəng edib: Bakı və İrəvan sülh prosesini müzakirə edib
  • 6-08-2026, 17:50
    Ceyhun Bayramov Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinə aid arxiv sənədlərinə baxıb
  • 6-08-2026, 17:47
    Səlim Müslümovun müsadirə edilən mənzili 463 min manata satılıb
  • 4-08-2026, 22:23
    Hüseyn Həsənov 4 il azadlıqdan məhrum edilib, əmlakı müsadirə olunub
  • 2-08-2026, 12:27
    Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
  • 31-07-2026, 19:26
    Azərbaycanın qadın səfirlərinin sayı üç olub
  • 31-07-2026, 11:06
    Tramp HƏMAS-ın tərksilahı ilə bağlı razılaşma əldə olunduğunu açıqlayıb
  • 31-07-2026, 11:03
    Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif olunub
  • 30-07-2026, 14:38
    Beş qadın güləşçimiz dünya çempionatında xalçaya çıxacaq
  • 30-07-2026, 14:35
    İlham Əliyev Mərakeşin milli bayramı münasibətilə təbrik məktubu göndərib
  • 30-07-2026, 14:32
    “Zımbırtı.az” səhifəsinin admini 8 sutka inzibati həbs edilib
  • 28-07-2026, 14:29
    “Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
  • 28-07-2026, 12:58
    Azərbaycan XİN Zaxarovanın Qarabağla bağlı açıqlamasına cavab verib
  • 28-07-2026, 12:55
    Mərkəzi Çağırış Komissiyasının tərkibində dəyişiklik edilib
  • 27-07-2026, 18:25
    “Toplum TV işi” üzrə məhkəmə hökmü açıqlandı
  • 27-07-2026, 14:37
    Ağdamda açıq ərazilərdə baş verən yanğınlar söndürülüb
  • 27-07-2026, 14:34
    Marneulidə azərbaycanlı gənc silahlı hücuma məruz qalıb
  • 27-07-2026, 12:57
    Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
  • 27-07-2026, 12:55
    Dövlət Gömrük Komitəsində yeni təyinat
  • 27-07-2026, 12:53
    Saleh Məmmədovun Almaniyada 47 mənzilli yaşayış layihəsinə investisiya yatırdığı iddia olunur
  • 26-07-2026, 20:17
    “Zolotaya Korona” ilə Azərbaycana pul köçürmələri dayandırılıb
  • 26-07-2026, 20:16
    “Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
  • 26-07-2026, 20:14
    Pezeşkian zədələnmiş infrastrukturun təcili bərpasını tapşırıb
  • 26-07-2026, 20:10
    Rusiyada miqrantların gəlirlərinə dair tələblər sərtləşdirilib
  • 26-07-2026, 20:07
    İlham Əliyev Maldiv Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 26-07-2026, 20:05
    Göygöldə Yaylaq Festivalında çardaq aşıb, 8 nəfər yaralanıb
  • 26-07-2026, 19:59
    Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb
Daha çox
Çox oxunanlar
6-08-2026, 17:47
Səlim Müslümovun müsadirə edilən mənzili 463 min manata satılıb
6-08-2026, 17:50
Ceyhun Bayramov Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinə aid arxiv sənədlərinə baxıb
8-08-2026, 16:21
Paşinyan İlham Əliyevə zəng edib: Bakı və İrəvan sülh prosesini müzakirə edib
9-08-2026, 19:31
Estoniyadan geri çağırılan səfir sabiq BDU rektoru Abel Məhərrəmovun oğludur
8-08-2026, 16:24
Rusiya Ermənistana Azərbaycan üzərindən növbəti yük partiyasını göndərib
10-08-2026, 20:46
Pezeşkian Xameneinin səhhəti ilə bağlı yayılan iddialara cavab verib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
“Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
“Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi
ABŞ və İran arasında nüvə danışıqları davam edir

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə