USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

"Günay bank" -dan sonra növbə hansı bankındır?

Siyasət / İqtisadiyyat / Sosial

18-05-2023, 12:16

"Günay bank" -dan sonra növbə hansı bankındır?
Azərbaycanda bu bankda vəziyyət daha pisdir

“Günaybank”ın bağlanması qərarı bir növ digər kiçik və orta banklar üçün xəbərdarlıq siqnalı kimi qəbul olunur. Artıq bir çox mütəxəssislər Azərbaycanın maliyyə bazarındakı bankların sayının ölkə iqtisadiyyatının tələbatından artıq olduğu fikrindədirlər. Elə bu bankların illik maliyyə göstəriciləri də onu deməyə əsas verir ki, onların bir çoxu getdikcə bazardakı yerlərini itirməkdə və “əriməkdədir”.

Ötən 2022-ci ilin yekun hesabatlarına diqqət yetirsək görərik ki, məsələn, hazırda bağlanma qərarı verilən “Günaybank” heç də ölkənin ən az mənfəət əldə edən, yaxud ən böyük ziyanla işləyən bankı olmayıb. Ötən ilin nəticələrinə görə, “Günaybank” 490 min manat xalis mənfəət əldə etdiyi halda, məsələn, “Muğanbank”-ın mənfəəti cəmi 56 min 650 manat təşkil edib. Beləliklə də “Muğanbank” Azərbaycanda ən az mənfəət əldə edən bank olub.

Bu siyahıda sonuncu yerləri “Günaybank” və “Muğanbank”la birgə 4.9 milyon manat ziyan edən “Bank BTB” bölüşür. Ramiz Mehdiyevin ailə bankı kimi tanınan bu bankın təkcə mənfəət-zərər deyil, başqa bir çox göstəriciləri də kəskin şəkildə enib. Özü də bu tendensiya son bir neçə ildə, Ramiz Mehdiyev vəzifəsilə vidalaşandan sonra mütəmadi olaraq müşahidə edilir. Ramiz Mehdiyev vəzifədən ayrıldıqdan sonra bankın xalis mənfəəti 16 milyon 653 min manat azalaraq 2020-ci ilin sonunda 9 milyon 130 min manatlıq zərərə düşüb. Ötən il isə bu göstərici demək olar, 5 milyon manat təşkil edib. Odur ki, növbəti bağlanacaq banklar sırasında “Bank BTB”-nin də olacağı ehtimal edilir.

Bankların hazırkı vəziyyətini və perspektivini müəyyən edən daha bir olduqca önəmli göstərici isə kapitalın mənfəətliliyi əmsalıdır. Bankların öz kapitallarından istifadə səviyyəsini, ümumi effektivliyini göstərən bu göstərici üzrə də “Günaybank” “Muğanbank” və “Bank BTB”-ni üstələyir. ROE əmsalı kimi də tanınan bu əmsala görə son üçlük “Unibank”, “Muğanbank” və “Bank BTB”-dən ibarətdir.

“Günaybank isə sondan dördüncüdür. “Günaybank”da bu göstərici 0.7 faiz olduğu halda, “Unibank”da 0.5 faiz, “Muğanbank”da isə cəmi 0.1 faiz təşkil edib. Sonuncu yerdəki “Bank BTB”-də bu rəqəm mənfi 9.9 faizdir. Bütün bunlar o deməkdir ki, xüsusilə də “Muğanbank”ı və “Bank BTB”-ni risk zonasında olan banklar hesab etmək olar.

Bir sözlə, Azərbaycanın bank sektorunda “yarpaq tökümü” davam edəcək. “Günaybank”-ın ardınca hansı bankların gedəcəyi isə artıq təxmini də olsa görünür.

Qeyd edək ki, maliyyə bazarı üzrə ekspert Əkrəm Həsənov da "APA-Economiks"ə deyib ki, “Günaybank”ın lisenziyasının ləğvi ilə bağlı əsaslandırmanı bir neçə əsas bankı çıxmaq şərti ilə bütün bazara aid etmək olar: “Məsələn, məndə olan məlumata görə, “Muğan Bank”ın kapital göstəriciləri daha pisdir. Problemli kreditləri daha çoxdur. Bəlkə daha pis vəziyyətdə olan banklar var”.

Əkrəm Həsənov qeyd edib ki, “Günay Bank”ın bağlanması onun məcmu kapitalının həcminin azlığı ilə əlaqələndirilib: ““Günay Bank” iyul ayının 5-nə səhmdarların ümumi yığıncağını keçirib, kapital artımına gedəcəyini açıqlamışdı. Bunu Mərkəzi Bank da bilirdi. Bu halda bankın lisenziyasını ləğvetmə qərarı özü sual doğurur”.

Bankda qalan şirkətlərin vəsaitləri və əməkhaqlarına gəlincə, ekspert bildirib ki, bu, növbəlilik əsasında həyata keçiriləcək: "Təyin olunacaq ləğvedici, yəni Əmanətlərin Sığortalanması Fondu əvvəlcə sığortaladığı vəsaitləri, yəni 38 milyon manatı və bununla bağlı xərclərini qarşılayacaq. Sonrakı mərhələdə bankdan əmək haqqı alan vətəndaşların vəsaitləri, bankın kredit təşkilatları və maliyyə institutları qarşısında öhdəlikləri icra ediləcək. Hüquqi şəxslərin bankdakı vəsaitləri, o cümlədən sığortasız əmanətlərin taleyi isə sual altındadır. Ləğvetmədə olan banklarda vətəndaşlar illərdir ki, vəsaitlərini geri ala bilmirlər".

Ə.Həsənov “AzPolitika.info”-ya açıqlamasında isə bildirib ki, Azərbaycanda istənilən kiçik və orta bankın bağlanmaq təhlükəsi var.

“Günay Bank”ın lisenziyasının ləğvi bank sektorunda inhisarlaşmanın davamıdır. Mərkəzi Bank özü də etiraf edir ki, bu kiçik bankın bağlanması bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır. Bank nəzarəti formal yox, riskyönümlü olmalıdır. Sistem üçün risk törətməyən bank niyə bağlansın ki? Əslində, "Günay Bank" və onun kimi bəzi kiçik və orta banklar iri banklarımızın hamısından daha səmərəli və təhlükəsizdir”, - ekspert əlavə edib .

Ə.Həsənov hesab edir ki, bu xəbərə ən çox sevinən də Əmanətlərin Sığortalanması Fondu olacaq. “Hansı ki, ləğv edilən bankların olan-qalan əmlakının başına daş salmaqda mahirdir”, - hüquqşünas vurğulayıb.

Paylaş:
Digər xəbərlər

Siyasət

17-05-2023, 12:26

"Günaybank"ın lisenziyası ləğv edildi

Gündəm / İqtisadiyyat

17-01-2023, 15:43

Aktivlər 8 mlrd. olan Kapital Bank ötən ili 308 mln. manat xalis mənfəətlə tamamlayıb

İqtisadiyyat

27-01-2021, 17:24

Bank sektorunun ötən il ərzindəki gəlirləri açıqlanıb

İqtisadiyyat

23-01-2021, 12:06

Ləğv olunan bankların əmanətçilərinə nə qədər vəsait ödənilib? - RƏSMİ

İqtisadiyyat

2-12-2020, 10:51

“Global Finance” Azərbaycan Beynəlxalq Bankını ən yaxşı bank seçdi

İqtisadiyyat

22-09-2020, 10:07

Azərbaycanda bir neçə bankla bağlı sərt addımlar atılacaq

İqtisadiyyat

28-07-2020, 13:36

Adını dəyişən bankın zərəri 2 dəfə artdı: - Kapitalı azalır

İqtisadiyyat

23-06-2020, 16:44

"Azərişıq" ötən ilin maliyyə nəticələrini açıqlayıb

İqtisadiyyat

16-05-2020, 17:42

BAĞLANAN BANKLARDAN DAHA BETƏRLƏRİ VAR – Yaxud, biznes kreditlərinə qəpik-quruş ayıran banklar hansılardır?

İqtisadiyyat

1-05-2020, 14:28

22 bank mənfəətdə, 6 bank zərərdədir – TAM SİYAHI

İqtisadiyyat

30-04-2020, 09:02

İndi də "Muğan Bank"ın bağlanacağı deyilir... - İDDİA

İqtisadiyyat

29-04-2020, 16:15

“Ata Bank”: necə yarandı, necə bağlandı? – bir bankın tarixi

Son xəbərlər
  • 29-08-2026, 21:54
    Azərbaycanda bir gündə axtarışda olan 135 nəfər saxlanıldı
  • 29-08-2026, 21:36
    Azərbaycanda bir gündə 8 odlu silah və 69 patron aşkarlandı
  • 29-08-2026, 21:35
    İlham Əliyevdən Mirziyoyevə təbrik: “Özbəkistanın hər bir uğurunu öz uğurumuz hesab edirik”
  • 29-08-2026, 21:33
    Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu
  • 27-08-2026, 20:41
    Tokiodan gələn təyyarənin şassi bölməsindən insan meyiti tapıldı
  • 27-08-2026, 20:40
    İlham Əliyev Prezidentin ehtiyat fondundan “Sabah”a 5 milyon manat ayırdı
  • 27-08-2026, 20:38
    Azərbaycan və Malayziya əməkdaşlığı genişləndirmək imkanlarını müzakirə edib
  • 27-08-2026, 20:37
    Robert Köçəryan həbsxanaya köçürüldü – iki aylıq həbs qərarı qüvvədədir
  • 25-08-2026, 19:39
    ABŞ 200 minə yaxın əcnəbinin vizasını ləğv etməyə hazırlaşır
  • 25-08-2026, 19:31
    Ermənistanın sabiq prezidenti Robert Koçaryan və oğlu saxlanıldı
  • 23-08-2026, 23:34
    Mirziyoyev İlham Əliyevin Vaşinqton diplomatiyasını “parlaq qələbə” adlandırdı
  • 23-08-2026, 23:30
    Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə” imzalandı
  • 23-08-2026, 23:27
    Mirziyoyev: “İlham Əliyevin Özbəkistana səfəri tarixi əhəmiyyət daşıyır”
  • 23-08-2026, 23:25
    İlham Əliyev: “Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və iqtisadi regiondur”
  • 21-08-2026, 10:42
    Cavid Kərimov AAYDA-da rəhbər vəzifəyə təyin edildi
  • 19-08-2026, 23:58
    Ərdoğan hakimiyyətini sərt tənqid edən ilahiyyatçı Alparslan Kuytul saxlanıldı
  • 19-08-2026, 23:55
    Dünyanın ən çox əhalisi olan 10 ölkəsi – SİYAHI
  • 19-08-2026, 14:37
    Azərbaycanın yeni səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim etdi
  • 19-08-2026, 14:29
    NATO-dan İrana sərt xəbərdarlıq: “İstənilən təhlükəyə qarşı mübarizəyə hazırıq”
  • 19-08-2026, 14:27
    Gürcü deputat: “Bizə deyirlər ki, Aİ və NATO istəyirsinizsə, Abxaziya və Sxinvalini unudun”
  • 19-08-2026, 14:23
    Vergi idarəsinin rəis müavini həbs edildi – Külli miqdarda rüşvətdə ittiham olunur
  • 18-08-2026, 15:39
    TƏBİB-də yeni kadr dəyişiklikləri: İki rəhbər vəzifədən azad edildi
  • 18-08-2026, 15:36
    Azərbaycan üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verdi – Ağır ittihamlar irəli sürülüb
  • 18-08-2026, 15:34
    Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı: Bakı Moskvaya qəti etirazını bildirdi
  • 15-08-2026, 21:01
    Tramp Kim Çen Inla fotosunu paylaşdı: “Dostca görünməsək də, münasibətlərimiz əladır”
  • 15-08-2026, 20:59
    Ərdoğandan Trampa F-35 mesajı: “Verdiyi sözü yerinə yetirməsini gözləyirik”
  • 15-08-2026, 20:58
    Sabah Bakıda və bölgələrdə güclü külək əsəcək – Narıncı xəbərdarlıq verildi
  • 15-08-2026, 20:56
    Anasının evinə qonaq gəlmişdi: Əncir dərərkən ağacdan yıxılıb öldü
  • 15-08-2026, 20:54
    Türkiyədə ağır cinayətlərdə axtarılan şəxs Bakıda saxlanıldı
  • 15-08-2026, 20:52
    Divarı sökərkən milyonluq xəzinə tapdılar: qızıl külçələr və yüzlərlə sikkə
  • 15-08-2026, 20:51
    Qubada 4,9 maqnitudalı zəlzələ baş verib – FHN açıqlama yaydı
  • 15-08-2026, 20:49
    “Sea Breeze”də faciə: hovuzun su nasosunda sıxılan 3 yaşlı uşaq həyatını itirib
  • 13-08-2026, 12:10
    Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib
  • 13-08-2026, 01:15
    Jurnalist Kamran Nəsirlinin sosial şəbəkə hesabları və saytı kiberhücuma məruz qalıb
  • 10-08-2026, 20:47
    Filippində 9 gündür davam edən leysanlar fəlakətə çevrilib: 16 nəfər ölüb
Daha çox
Çox oxunanlar
25-08-2026, 19:39
ABŞ 200 minə yaxın əcnəbinin vizasını ləğv etməyə hazırlaşır
25-08-2026, 19:31
Ermənistanın sabiq prezidenti Robert Koçaryan və oğlu saxlanıldı
27-08-2026, 20:41
Tokiodan gələn təyyarənin şassi bölməsindən insan meyiti tapıldı
27-08-2026, 20:37
Robert Köçəryan həbsxanaya köçürüldü – iki aylıq həbs qərarı qüvvədədir
27-08-2026, 20:40
İlham Əliyev Prezidentin ehtiyat fondundan “Sabah”a 5 milyon manat ayırdı
27-08-2026, 20:38
Azərbaycan və Malayziya əməkdaşlığı genişləndirmək imkanlarını müzakirə edib
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Azərbaycanda bir gündə 8 odlu silah və 69 patron aşkarlandı
Xalq şairi Nəriman Həsənzadə dəfn olunub
“Çevik” ləqəbli sosial şəbəkə istifadəçisi 10 sutka həbs edilib
Pezeşkianın çıxışını kəsən İran dövlət televiziyasına xəbərdarlıq
“Space TV”nin hesablarına 140 min dollarlıq həbs qoyulub
Putin Rusiyada yanacaq çatışmazlığını etiraf etdi

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə