USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Keçmiş deputata AĞIR İTTİHAMLAR - ŞOK

Siyasət

11-05-2020, 15:15

Keçmiş deputata AĞIR İTTİHAMLAR - ŞOKÖlkənin ictimai – siyasi və sosial düzənində yaşanan gərginliyin əsas səbəblərindən biri bəzi şəxslərin rüşvət hesabına layiq olmadıqları vəzifələrə təyinat almaları, hətta Milli Məclisə deputat seçilmələridir. Onların içində ali təhsil almadan saxta diplomlara sahib olanlar da var. Əsas gəlir mənbələri narkoticarətlə bağlı olub dövlətə və xalqa fayda verməyən, şəxsi varidatları üçün çalışıb iş adamları və sahibkar kimi önə çıxarılan bu adamların fəaliyyət dairələrinin və maliyyə mənbələrinin öyrənilməsi zəruridir.

Cənub bölgəsini 30 ilə yaxındır ki, narkotik vasitələrlə zəhərləyən üzdəniraq iş adamlarının cəzasızlıq şəraitində fəaliyyət göstərmələri və dövlət orqanlarına soxulmaları ölkəni əsarət altında saxlayan rüşvət və korrupsiya ilə bağlıdır.

1991 – ci ildən etibarən İran İslam Respublikasına qısamüddətli gediş – gəlişə icazə verilməsi Masallının “köhnə bazar”ında yeni alverçilərin meydana çıxmasına səbəb oldu. Onlar əsasən İrandan gətirilən saqqızların, ucuz şirniyyatların, 2 və 5 kiloqramlıq kisələrdə qablaşdırılmış düyülərin, parçaların, plastik qabların, qurudulmuş meyvələrin, xurma və kişmiş məhsullarının, “Dərya” adlı yuyucu tozların və dini kitabların ticarəti ilə məşğul olurdular.

1993- cü ildən sonra Bakı – Astara magistralının yaxınlığında yeni “İran bazarı” fəaliyyətə başladı. Yeni bazar özü ilə bir çox yeniliklər gətirdi. “Köhnə bazar”da alverlə məşğul olan adamların bir qismi “İran bazarı”na köçürüldülər. Köhnə bazarda İran mallarının ticarəti ilə məşğul olan “bazar uşaqları”ndan biri də 2010 -cu ildə Şeyx Allahşükür Paşazadənin zəmanətiylə Milli Məclisin deputatı təyin olunan Nəriman Əlibala oğlu Əliyev idi. Nəriman Əliyevin ailə üzvləri “köhnə bazar”da xırdavat alveri edirdilər. İrana gediş- gəliş başlandıqdan sonra Nərimanın atası Əlibala oğlanları ilə birlikdə İran mallarının və dini kitabların satışıyla məşğul oldu. Qısa müddətdən sonra İran əsilli tacirlərlə əməkdaşlığa başladılar. İran malları ilə birlikdə gətirilən dini kitabların Masallıda yayılması həm də İran hakimiyyətinə hörmət və ehtiramın təşviqatı məqsədini daşıyırdı. İranın dini lideri İmam Xomeyninin və ruhani hakimiyyətinin Masallı məscidlərində təbliğatının aparılması sayəsində Əlibala Əliyevin ailəsi nüfuz qazanmağa başladı. Çox keçmədən Əlibala Əliyev Şeyx Allahşükür Paşazadənin təbəələrindən biri oldu. İran əsilli tacirlərdən biri ilə qurulan işbirliyi Nəriman Əliyevin qapalı narkoticarətinin əsasını qoydu. İrandan gətirilən ərzaq məhsullarının arasında düyü kisələrində və “Dərya” yuyucu tozlarının qablarında yerləşdirilmiş heroin “İran bazarı”nın sahibi mərhum Rafiq Səmədovun və narkobaron Hacı Mazanın vasitəsi ilə bazara çıxarılırdı. Nəriman Əliyev narkoticarət sahəsində həm də Masallı şəhərinin Seybətin ərazi dairəsində yanacaqdoldurma məntəqəsi və “Sauna – hamam” sahibi mərhum Allahqulu Zeynalovla işbirliyi qurmuşdu.

Nəriman Əliyev 13 sentyabr 1999 -cu ildə ” Nur – M” MMC – ni təsis etdi. İranlı ortağı ilə işbirliyi sayəsində 1999 -2004 -cü illər arasında ərzaq məhsullarının topdan satışı və əsasən Ukraynaya göndərilən narkotik vasitələrdən əldə edilən gəlirlər hesabına biznes dairəsini genişləndirdi. Həmin illərdə onun əsas himayəçisi Bəylər Əyyubovun biznesini idarə edən əslən Masallı rayonunun Ərkivan kəndindən olan Qalib Məmmədov idi. Nəriman Əliyev “Nur -M” şirkətinin istehsal müəssisəsini qurduqdan sonra Ukraynaya ərzaq məhsulları ixrac etdi. Lakin onun biznesi İranlı ortağından asılı idi. 2004 -cü ildə “Nur -M” şirkətində istehsal olunub Ukraynaya göndərilən ərzaq məhsullarının qabları üzərindəki etiketlərdə məhsulların istehsal yeri kimi “İran İslam Respublikası, Masallı şəhəri” göstərilməsi Nəriman Əliyevin ortağı qarşısında götürdüyü öhtəliyin məntiqi nəticəsi idi. Nəriman Əliyev həmin faktla və Ukraynaya ərzaq məhsullarının arasında göndərdiyi narkotik vasitələrlə bağlı olaraq 2004 -cü ilin yazında keçmiş Milli Təhlükəsizlik Nazirliyində istintaqa cəlb olundu.Lakin Hacı Mazanın və Qalib Məmmədovun təşəbbüsləri sayəsində Şeyx Allahşükür Paşazadənin himayəsi ilə keçmiş Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun göstərişinə əsasən sərbəst buraxıldı. Nəriman Əliyev həmin “istintaq əməliyyatı”ndan sonra birmənalı olaraq Şeyx Allahşükür Paşazadənin himayəsinə alındı və narkotik biznesdə həm də Eldar Mahmudovla şərik oldu. İş adamı kimi dövlət əhəmiyyətli bütün tədbirlərə dəvət olundu. O, Hacı Mazanın dəstəyi ilə saxta ali təhsil diplomu da aldı.

Nəriman Əliyev Şeyx Allahşükür Paşazadənin zəmanəti ilə 2010 -cu ildə Milli Məclisə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi kimi 70 saylı Masallı şəhər Seçki Dairəsindən deputat “seçildi”. Xalq və dövlət qarşısında heç bir faydalı xidməti olmayan Nəriman Əliyev narkobiznesdəki uğurlu fəaliyyətinə görə Ali qanunvericilik orqanında 2020 -ci ilə kimi Masallını təmsil etdi. O, Milli Məclisdə hər hansı səmərəli təkliflə çıxış etməyib. Deputat mandatından iş adamı kimi şəxsi biznesini genişləndirmək və narkoticarətdə toxunulmazlığını təmin etmək məqsədiylə istifadə edib.

Nəriman Əliyev bacısı oğlu Əfqan Abdullayevin adına 2004 -cü ıldə açdığı “Ştutqart” MMC -nin də sahibidir. Həmin MMC – nin Mağazalar şəbəkəsinin Bakı şəhərində, Sumqayıtda, Lənkəranda, Masallı və Cəlilabadda filialları vardır. Bu mağazalar şəbəkəsində çalışan insanların əməyi istismar edilir, əmək haqqları müxtəlif bəhanələrlə tam ödənilmir və borclu çıxarılırlar. Bütün çirkin oyunlar Nəriman Əliyevin rəhbərliyi altında həyata keçirilir. Ölkənin vergi və hüquq mühafizə orqanları Nəriman Əliyevin maliyyə cinayətlərini ört – basdır ediblər. 2017 -ci ildə ” Ştutqart”ın Bakı şəhərindəki mağazasının satıcısı Rəfiyev Fərhad Rasim oğlunun Əfqan Abdullayev tərəfindən şərlənərək 109 kvadratmetrlik mənzilinin, qardaşına və ona məxsus olan 3 avtomobilin Nəriman Əliyev tərəfindən zorla zəbt olunmasına bu günə kimi hüquqi qiymət verilməyib. Mənzil Əfqan Abdullayevin adına, avtomobillər isə Nəriman Əliyevin qardaşı oğlu Əliyev Qubad İmran oğlunun adına keçirilib. 2019 -cu ilin yayında Masallı şəhərində açılmış “Qacar” mebel salonu da Nəriman Əliyevə məxsusdur.

Saxta ali təhsil diplomuna sahib olaraq iş adamı statusunda tanınan, narkotacir Nəriman Əliyevin Milli Məclisdə deputat kimi fəaliyyət göstərməsi həm dövlətin, həm də cəmiyyətin faciəsindən xəbər verir.
Əfqan Sadıqov,

Paylaş:
Digər xəbərlər

Siyasət

11-05-2020, 14:18

Deputat Cavid Osmanova ağır ittihamlar - İLGİNC

Gündəm

9-05-2020, 21:30

DAHA BIR SIYASI PARTIYA DÖVLƏT QEYDIYYATINA ALINDI

Siyasət

4-05-2020, 14:27

KADR İSLAHATLARI VƏ HƏBSLƏRİN ƏSAS HƏDƏFİ: - Dövləti korrupsionerlərdən və sabotajçılardan təmizləmək!

Araşdırma

2-05-2020, 16:46

Həbs edilən icra başçısının “krışa”sı kim olub? – Keçmiş nazirin qohumudur

Bölgə

1-05-2020, 14:51

Bələdiyyə sədri ilə sakinlər arasında qarşıdurma: - Sədr rüşvət almadığını iddia edir...

Siyasət

10-03-2020, 16:45

Milli Məclisin yeni sədr müavini İbrahimli... - Daha bir ilk

Gündəm

10-03-2020, 15:48

Milli Məclisə yeni sədr seçilib

Səhiyyə

26-02-2020, 13:39

İrandan Azərbaycana gələn daha 34 nəfər xəstəxanaya yerləşdirili

Video

24-02-2020, 12:50

İrandan "Sədərək" Ticarət Mərkəzinə mal gətirilməsi dayandırıldı

Son xəbərlər
  • 17-09-2026, 17:06
    Rostovdakı hərbi aerodroma zərbə: Rusiyanın təyyarə və helikopterləri məhv edilib
  • 17-09-2026, 17:04
    Karantin rejiminin müddəti gələn ilədək uzadıldı
  • 17-09-2026, 17:02
    Uşaq evlərində böyüyən 28 gənc tələbəlik sevincini yaşayır
  • 17-09-2026, 16:09
    Paşinyan açıqladı: Azərbaycanla sülh sazişində razılıq necə əldə olundu?
  • 17-09-2026, 16:08
    Cahangir Əsgərovun qızının Nyu-Yorkda 7,5 milyon dollarlıq əmlak aldığı bildirilir
  • 17-09-2026, 16:06
    Bayramov-Mirzoyan görüşündən sonra İrəvanda siyasi gərginlik arta bilər
  • 17-09-2026, 16:04
    Lənkəranda avtomobilin nömrəsini lentlə gizlədən sürücü saxlanıldı
  • 16-09-2026, 16:10
    Almaniyada yanacaq böhranı dərinləşir: dizel 2,50 avronu keçib, 3 avro həddi gündəmdədir
  • 16-09-2026, 13:20
    “AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək
  • 16-09-2026, 12:06
    Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
  • 15-09-2026, 19:40
    “AzerGold” Naxçıvanın mineral potensialını xarici şirkətlə birgə araşdıracaq
  • 14-09-2026, 13:40
    Azərbaycan pasportunun imkanları genişlənir: vizasız ölkələrin sayı artır
  • 14-09-2026, 13:37
    Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
  • 14-09-2026, 13:35
    Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
  • 14-09-2026, 13:33
    Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
  • 14-09-2026, 13:30
    Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
  • 14-09-2026, 13:28
    Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
  • 14-09-2026, 13:26
    “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər
  • 10-09-2026, 22:11
    Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
  • 9-09-2026, 13:03
    Hərbi çağırışdan boyun qaçıranlar məsuliyyətə cəlb oluna bilər
  • 8-09-2026, 23:29
    Cahid İsayevə 8 il 6 ay həbs cəzası verildi
  • 8-09-2026, 19:25
    Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
  • 7-09-2026, 15:15
    “AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
  • 6-09-2026, 13:19
    Fransada yaşayan azərbaycanlı fəal tənqidi paylaşımlarına görə ölümlə təhdid edildiyini bildirir
  • 6-09-2026, 12:39
    Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
  • 6-09-2026, 12:31
    Təbriz boyda dərd: Küçənin problemi həll olunmur
  • 6-09-2026, 12:27
    Arutyunyan: Paşinyana Azərbaycanla sülhün təmin olunması üçün mandat verilib
  • 5-09-2026, 14:16
    “AzerGold” ali məktəb tələbələri üçün növbəti Təqaüd proqramını elan edir
  • 4-09-2026, 23:21
    Təhlükəsizlik və Mərhəmət Ziddiyyəti: Sahibsiz Heyvanlar Problemi Necə Həll Olunmalıdır?
  • 4-09-2026, 23:16
    Xurafat, Səhiyyə Boşluğu və İnsan Qorxusu Üzərində Qurulan "Müalicə Bazarı"
  • 4-09-2026, 20:54
    SEPAH zabitləri və "Hizbullah" döyüşçüləri tunellərdə mühasirədə qaldı – İsrail çıxanları zərərsizləşdirir
  • 4-09-2026, 20:51
    Uitkoff və Kuşnerin Kiyev səfəri sual altına düşdü
  • 4-09-2026, 17:31
    Şimali Kiprdə gəmi qəzasına görə saxlanılanlar arasında azərbaycanlılar da var
  • 4-09-2026, 17:24
    5,4 milyon manatlıq siqaret qaçaqmalçılığı işi: Axtarışda olan şəxs Ukraynada saxlanıldı
  • 31-08-2026, 18:24
    Əliyev və Tokayev Bişkekdə Orta Dəhlizi müzakirə etdilər
Daha çox
Çox oxunanlar
16-09-2026, 12:06
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
14-09-2026, 13:28
Məktəblərdə 504 mindən çox şagird təhsil alacaq
14-09-2026, 13:33
Həftəsonu 17 silah aşkarlanaraq götürülüb
14-09-2026, 13:35
Azad olunan ərazilərdə 1348,9 hektar ərazi minalardan təmizlənib
14-09-2026, 13:37
Bakı metrosunda qatarlararası intervallar sabahdan azaldılır
14-09-2026, 13:30
Azərbaycanla Slovakiya məxfi məlumatların mübadiləsi üzrə sazişi təsdiqləyəcək
Müsahibə
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
27-11-2025, 02:21
Türkiyəli jurnalist Fatih Altaylıya 4 il 2 ay həbs cəzası verildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Murovdağ tuneli fonunda nəqliyyat reallığı: Böyük layihələr, gündəlik problemlər
Alplarda SOCAR, Kölgədə İnsan Hüquqları: İsveçrənin Səssiz Paradoksu
Azərbaycanda işçi əməyinin qiyməti niyə bu qədər ucuzdur?
“AzerGold” Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib
Heyvana işgəncə: Cəmiyyətin vicdanı haradadır?
Təbriz boyda dərd: Küçənin problemi həll olunmur

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə