USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə baş verən helikopter qəzası ilə bağlı başsağlığı verib.
Bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
“Qardaş Türkiyənin Isparta şəhərində helikopterin qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması xəbəri bizi çox sarsıtdı və dərindən kədərləndirdi.
Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə dərin hüznlə başsağlığı veririk”, - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, bu gün Ispartada iki hərbi helikopter toqquşub.
Nəticədə 6 türkiyəli hərbçi həlak olub.