USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

Gürcüstan Avropa Şurası Parlament Assambleyasında fəaliyyətini dayandırıb

Siyasət

30-01-2025, 16:19

Gürcüstan Avropa Şurası Parlament Assambleyasında fəaliyyətini dayandırıb
Qərar AŞPA-nın Gürcüstan hakimiyyətini yeni parlament seçkiləri keçirməyə çağıran qətnaməsinə etiraz olaraq qəbul edilib

Gürcüstan Avropa Şurası Parlament Assambleyasında (AŞPA) fəaliyyətini dayandırıb. Bu barədə jurnalistlərə Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Tea Tsulukiani bildirib.

Qərar AŞPA-nın Gürcüstan hakimiyyətini yaxın aylarda yeni parlament seçkiləri keçirməyə çağıran qətnaməsinə etiraz olaraq qəbul edilib.

Qətnamə Gürcüstanda oktyabr ayında keçirilən parlament seçkiləri zamanı qeydə alınan geniş seçki pozuntularına, habelə etirazçılara, jurnalistlərə və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı zorakılıq və təqiblərə cavab olaraq qəbul edilib.

Qətnaməyə əsasən, aprel sessiyasında Gürcüstan nümayəndə heyətinin etimadnaməsinə yenidən baxılacaq.

Qərarda Gürcüstan hakimiyyətindən tələb olunurdu ki, aprelə qədər:

Yeni “həqiqi demokratik” parlament seçkiləri elan etsin;
Bütün siyasi məhbusları azad etsin;
Polis vəhşiliyinə və insan hüquqlarının pozulmasına son qoyulsun və bununla bağlı bu vaxta qədər baş verən hadisələri effektiv şəkildə araşdırsın;
Etirazçılara, jurnalistlərə və vətəndaş cəmiyyəti liderlərinə qarşı məhkəmə proseslərindən sui-istifadə hallarına son qoysun;
“Xarici agentlər” haqda qanunu ləğv etsin;
Gürcüstanda “xalqın Avropa istəklərinə uyğun olaraq” Avropaya inteqrasiya prosesini bərpa etmək imkanı verilsin.
Qətnamə Gürcüstan nümayəndə heyətini bir sıra hüquqlardan, o cümlədən bir sıra əsas komitələrin üzvü olmaqdan məhrum edib.

Tea Tsulukiani bu addımı Gürcüstan üçün “qəbuledilməz, ədalətsiz və əsassız” adlandırıb.

“AŞPA son günlər nümayəndə heyətimizin etimadnaməsinin təsdiq edilib-edilməməsi ilə bağlı müzakirələr aparır. Bir çox insanlar, hər şeydən əvvəl bizim müxalifət və bir çox qeyri-hökumət təşkilatları yeni parlamentin nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməsinə qarşı mübarizə aparırdılar. Onların planı əvvəlcə komitə dinləmələrində, sonra isə assambleyanın 306 üzvündən yalnız 43-nün Gürcüstan nümayəndə heyətinin etimadnaməsindən məhrum edilməsinə səs verdiyi plenar iclasda iflasa uğradı”, Tsulukiani bildirib.

O deyib ki, Gürcüstan parlamentinin yeni nümayəndə heyətinin etimadnamələri yekun səsverməyə çıxarılaraq təsdiqlənsə də, həmin sənəddə bir sıra qəbuledilməz qeyd-şərtlər var.

“Bu qeyd-şərtlər ədalətsiz və əsassız olduğu üçün bizim üçün qəbuledilməzdir. Bundan başqa, yeni seçkilərə aid olan birinci qeyd-şərt assambleyanın yurisdiksiyasından kənara çıxır, dövlətimizin suverenliyini pozur, faktlara və 1 milyon 120 mindən çox seçicinin iradəsinə məhəl qoymur. Bu qeyd-şərti qəbul etmək seçicilərimizə və bununla da ictimaiyyətimizin böyük əksəriyyətinə xəyanət etmiş olar”.

O əlavə edib ki, onlar “yalnız Gürcüstan dövlətinə və gürcü xalqına qarşı ədalətsiz münasibət dəyişdikdən sonra” AŞPA-da iştirakların yeniləyəcəklər.

Həmin gün axşam saatlarında hökumətyönlü “İmedi” telekanalında danışan baş nazir İrakli Kobaxidze qərarın ölkə üçün “heç bir əhəmiyyəti olmadığını” deyib.

Parlamentin spikeri Şalva Papuaşvili deyib ki, onlar “AŞPA öz ilkin dəyərlərinə qayıdana qədər” nümayəndə heyətini geri çağıracaqlar.

AŞPA Prezidenti Teodoros Rusopulos Gürcüstan hökumətinin assambleyadan çıxmaq qərarından “təəssüfləndiyini” bildirib. O əlavə edib ki, bu, “Gürcüstanda demokratik standartların irəliləməsinə kömək edə biləcək dialoqa təhlükə yaradır”.

Paylaş:
Digər xəbərlər

Siyasət

27-01-2025, 22:09

AŞPA qış sesiyasına start verdi. Azərbaycan gündəmdə yoxdur

Siyasət

20-10-2024, 22:04

Gürcüstanda mitinq keçirilir

Siyasət

29-07-2024, 18:17

Azərbaycan AŞPA-nı parlament seçkilərinə dəvət etməyib

Siyasət

2-05-2024, 23:07

Məzahir Pənahov: "Azərbaycanda parlament seçkiləri vaxtından əvvəl keçiriləcək"

Siyasət

24-01-2024, 22:09

AŞPA Azərbaycan nümayəndə heyətini bir il müddətinə səsvermə hüququndan məhrum edən qətnaməni qəbul etdi

Siyasət

24-01-2024, 11:27

AŞPA Monitorinq Komitəsi Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini təsdiq etməməyi təklif etdi

Siyasət

26-05-2020, 16:38

Prezident: “Gürcüstanda parlament seçkiləri təxirə salınmayacaq”

Siyasət

27-04-2020, 14:12

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni tərkibi – ADLAR

Son xəbərlər
  • 28-10-2026, 16:49
    31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
  • 28-10-2026, 16:45
    Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
  • 28-10-2026, 16:42
    “AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
  • 27-10-2026, 13:37
    Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
  • 26-10-2026, 20:01
    Azad Balayev DTX tərəfindən həbs edilib
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026, 13:02
    Anar Bayramov səhiyyə naziri təyin olundu
  • 16-10-2026, 23:33
    Sergey Lavrov da Bakıya gələcək
  • 16-10-2026, 09:40
    Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib
  • 15-10-2026, 00:34
    Qara dənizdə dron hücumu: gəmidəki 8 azərbaycanlı xilas edildi
  • 14-10-2026, 22:51
    Ermənistan pasportu dünya reytinqində 64-cü yeri tutub
  • 14-10-2026, 14:27
    Sergey Lavrov da Bakıya gələcək
  • 14-10-2026, 14:25
    Hakan Fidan Bakıya gəlir: Ərdoğanı təmsil edəcək
  • 14-10-2026, 14:22
    Lənkəranda körpəsini təhqir edən 5 uşaq anası ərini bıçaqladı: Məhkəmə qərar verdi
  • 10-10-2026, 16:28
    Hicaba qarşı qadağalar və təbliğat: Bu qərar niyə ləğv edilməlidir?
  • 10-10-2026, 16:19
    Türkiyədə siqaret satışına yeni məhdudiyyətlər gətirilir
  • 10-10-2026, 16:16
    İlham Əliyev Ramzan Kadırovu qəbul edib
  • 8-10-2026, 17:17
    “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib
  • 6-10-2026, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • 6-10-2026, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • 6-10-2026, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • 6-10-2026, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • 6-10-2026, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
Daha çox
Çox oxunanlar
28-10-2026, 16:49
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
28-10-2026, 16:45
Azərbaycanda daşınmaz əmlak üçün vahid elektron sistem yaradılır – Prezident fərman imzaladı
26-10-2026, 20:01
Azad Balayev DTX tərəfindən həbs edilib
27-10-2026, 13:37
Penitensiar Xidmətə yeni rəis təyin olundu – Mirsaleh Seyidov vəzifədən azad edildi
28-10-2026, 16:42
“AzerGold” QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
31 oktyabrda Almaniyada kütləvi etirazlar gözlənilir – polis hazırlıq vəziyyətinə gətirilib
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə