USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
  • Haqqımızda
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Foto
  • Araşdırma
  • Müsahibə
  • Digər
    • Mədəniyyət
    • İdman
    • Dünya
    • Təhsil
    • Hadisə
    • Səhiyyə
    • Din
    • Bölgə
    • Maqazin
    • Maraqlı
    • Video
  • Əlaqə

İnam Kərimov pambıq işini də BACARMADI... - ekspertlər danışır

Siyasət

27-05-2020, 10:26

İnam Kərimov pambıq işini də BACARMADI... - ekspertlər danışırPambıqçılıq Azərbaycanda kənd təsərrüfatının ən gəlirli sahələrindən biri hesab olunur. Xatırladaq ki, ölkədə 2017-2022-ci illər üçün Pambıqçılığın inkişafı dair Dövlət Proqramı qəbul edilib. Qarşıya qoyulan vəzifələrdən biri məhsulu yarım milyon ton səviyyəsinə çatdırmaq idi, lakin bu günə qədər bu göstərici deyilən rəqəmdən çox uzaqdır. Ötən il Azərbaycanda 294 min ton pambıq yığıldı, orta məhsuldarlıq hər hektar üzrə 29,4 sentner (1 sentner - 100 kiloqrama bərabər çəki ölçüsü) idi.

İndi "ağ qızıl" ölkənin 20-dən çox rayonunda əkilib. Azərbaycanın pambıq şirkətləri 99 min 933 hektar sahədə pambıq əkmək üçün 20 minə yaxın fermerlə müqavilə bağlayıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

2020-ci ildən qüvvədə olan yeni subsidiya mexanizminə əsasən, ilk dəfə pambıqçılara həm əkin, həm də məhsul yığımı üçün subsidiyalar veriləcək. Fermerlər əkin sahələrinin hər hektarına 220 manat, yığım məntəqələrinə təhvil verilən hər ton pambıq üçün 100 manat subsidiya alacaqlar.

İqtisadçı-ekspert Natiq Cəfərli AYNA-ya şərhində deyib ki, ölkədə pambıqçılıq inkişaf edərsə, bu, həm də yeni iş yerlərinin açılmasına təkan verəcək: “Davamlı bir istehsal şəbəkəsi olmalıdır, amma problem ondadır ki, hələ belə bir şəbəkəmiz yoxdur. İndi yerli pambıqçılığa dövlət subsidiyaları vasitəsilə dəstək verilir, hər il bu sənayenin dəstəklənməsi üçün müəyyən miqdarda vəsait ayrılır. Pambığın qiyməti istehsalın mürəkkəbliyinə görə yüksəkdir. Belə ki, ABŞ-da 10 hektar pambıq sahəsinə 1 işçi düşür, bizdə isə 20 nəfər var. Yeni texnologiyalar tətbiq etməli və əl əməyindən istifadəni azaltmalıyıq. Yalnız kifayət qədər avadanlıq deyil, həm də suvarma suyuna ehtiyac var. Struktur, sistem problemləri var”.

Azərbaycanda bir çox ölkələrə nisbətən, hər hektara düşən pambıq yığımı azdır. Cəfərli Azərbaycanda pambıqçılığa dövlət sifarişi kimi yanaşıldığına diqqət çəkib: “Ona görə də istehsalçılar, görünür ki, aşağı məhsuldarlıqdan narahat deyillər. Müəyyən bir dərəcədə dövlət bu sahəyə, xüsusən də yüksək keyfiyyətli toxum və gübrələr üçün dəstək olmalıdır, lakin nəticədə bu, biznes sektoru kimi qəbul edilməlidir. Belə qəbul edilmədiyi üçün də məhsuldarlıq aşağı səviyyədədir. Pambıqçılıq, həm də vətəndaşları işlə təmin etmək üçün lazım olan sosial sahədir”.

“Bütün dünyada subsidiyalar keyfiyyətə və kəmiyyətə görə verilir, biz isə əkin sahəsinə görə fermerlərə kömək edirik. Bu yanlış yanaşmadır və dəyişməlidir. Subsidiyaların bütün strukturunu yenidən nəzərdən keçirmək lazımdır. Fermer özü pambıq istehsalı ilə məşğul olmaq üçün qazanclı olmalıdır, amma indi dövlət sifarişləri səbəbindən fermerlər tələsik bu bu sahəni seçirlər”, - ekspert bildirib.

“Xidmət İş” Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov AYNA-ya açıqlamasında sovet dövründə ölkəmizin pambıqçılıqda böyük uğurlar qazandığını qeyd edib: “Lakin indi ölkə əsasən xammal satır. Pambıq rayonlarından birində ən azı iki tekstil fabriki tikməliyik. Bu, bir çox yeni iş yerlərinin açılmasına səbəb olacaq. Bununla yanaşı, hazır məhsulların satılması xammaldan daha sərfəlidir. Lakin məhsullar rəqabətli olmalıdır. Həm də pambıq yağı istehsal edə bilərik. Pambıq dünyada strateji məhsul hesab olunur. Ancaq hələ istehsal müəssisələrinə çatmamışıq”.

Müsahibimizin sözlərinə görə, Azərbaycanda pambıqçılıq üçün münbit sahələr olmasına rəğmən, məhsuldarlıq istənilən səviyyədə deyil: “Pambıqçılıq əmək tələb edən bir sahədir, pambıq tez-tez istidə yığılır və Yevlax kimi isti bölgələrdə əkilir. Bir hissəsi əl ilə yığılır. İndi bunu, əsasən ailə təsərrüfatları edir. Pambıq tarlalarında işləyənlərin əməyi normal ödənilməlidir, xüsusən dövlət bu sektora subsidiya ayırdığı üçün ödənişdə problem olmamalıdır. Bu, mövsümi işdir - bir neçə ay çəkir və buna daha çox qadınlar cəlb olunurlar. Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri pambıqçılığın nə dərəcədə uğurla inkişaf etdiyini qiymətləndirməli və bölgələrin sakinləri arasında sorğu keçirməlidirlər ki, bu sahə ilə məşğul olmağın onlar üçün sərfəli olub-olmadığı aydınlaşsın”.

Davamlı İnkişaf Tədqiqatları Mərkəzinin sədri Nəriman Ağayev də pambıqçılığın inkişafını vacib sayır: “İstehsalçılar məhsulları üçün pul alacaqlarını bilirlər. Dövlət bu sənayeni dəstəkləyir. İlkin mərhələdə dövlətin köməyi olmadan keçinmək olmaz və bu günə qədər biz bu yöndə gedirik. Azərbaycanda pambıq yığımının həcmini ildə bir milyon tona çatdırmaq çətin olsa da, yarım milyona çata bilər”.

Paylaş:
Digər xəbərlər

Gündəm

18-05-2020, 12:24

İlham Əliyev bu ASC-yə 3,3 milyon manat ayırdı - SƏRƏNCAM

Gündəm

17-04-2020, 19:30

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində videoiclas keçirilib.

İqtisadiyyat

15-04-2020, 13:32

BÖHRAN ANONSU: Əkinçi üzünü torpağa çevirməsə... - GƏLİŞMƏ

Gündəm

1-04-2020, 14:21

İlham Əliyev bu ASC-yə vəsait ayırdı - SƏRƏNCAM

Araşdırma

30-03-2020, 10:31

KTN işçi haqqını beləmi qoruyur? - ARAŞDIRMA

Gündəm

16-03-2020, 12:38

İlham Əliyev bu ASC-yə vəsait ayırdı - SƏRƏNCAM

Sosial

4-03-2020, 11:46

İnam Kərimov bunun qarşısını almasa... - GİLEY

Sosial

28-02-2020, 18:12

“Məmurlar ekzotika xatirinə kəndlilərin torpaqlarını əllərindən alırlar” - İTTİHAM

Bölgə

28-02-2020, 16:00

“İcra Hakimiyyətində dedilər ki, get pambıq ək” - Bir ailə çarəsiz durumdadır

Son xəbərlər
  • 24-10-2026, 23:24
    Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
  • 21-10-2026, 14:47
    Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
  • 21-10-2026, 14:45
    Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
  • 21-10-2026, 14:43
    Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:41
    Fatih Ərbakanın Azərbaycana girişinə qadağa qoyuldu
  • 21-10-2026, 14:37
    Azərbaycan vətəndaşının Ermənistan ərazisinə keçdiyi və saxlanıldığı bildirilir
  • 21-10-2026, 14:35
    Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
  • 20-10-2026, 16:51
    “AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
  • 19-10-2026, 23:42
    İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
  • 19-10-2026, 13:06
    Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
  • 19-10-2026, 13:05
    Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
  • 19-10-2026, 13:02
    Anar Bayramov səhiyyə naziri təyin olundu
  • 16-10-2026, 23:33
    Sergey Lavrov da Bakıya gələcək
  • 16-10-2026, 09:40
    Görkəmli alim, filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib
  • 15-10-2026, 00:34
    Qara dənizdə dron hücumu: gəmidəki 8 azərbaycanlı xilas edildi
  • 14-10-2026, 22:51
    Ermənistan pasportu dünya reytinqində 64-cü yeri tutub
  • 14-10-2026, 14:27
    Sergey Lavrov da Bakıya gələcək
  • 14-10-2026, 14:25
    Hakan Fidan Bakıya gəlir: Ərdoğanı təmsil edəcək
  • 14-10-2026, 14:22
    Lənkəranda körpəsini təhqir edən 5 uşaq anası ərini bıçaqladı: Məhkəmə qərar verdi
  • 10-10-2026, 16:28
    Hicaba qarşı qadağalar və təbliğat: Bu qərar niyə ləğv edilməlidir?
  • 10-10-2026, 16:19
    Türkiyədə siqaret satışına yeni məhdudiyyətlər gətirilir
  • 10-10-2026, 16:16
    İlham Əliyev Ramzan Kadırovu qəbul edib
  • 8-10-2026, 17:17
    “AzerGold” QSC-nin İdarə Heyətinin sədri 5-ci “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüş keçirib
  • 6-10-2026, 13:39
    Polis bir gündə 39 şübhəlini saxladı, 66 cinayətin açılması təmin olundu
  • 6-10-2026, 13:38
    Qubada 60 yaşlı kişi hamamda dəm qazından zəhərlənərək ölüb
  • 6-10-2026, 13:35
    Qara dənizdə yük gəmisinə dron hücumu: azərbaycanlı kapitan həlak olub, bir nəfər itkindir
  • 6-10-2026, 13:30
    Qubada 19 kiloqram narkotik aşkarlanıb
  • 6-10-2026, 13:26
    Naftalanda istirahətə gələn Özbəkistan vətəndaşı hotel otağında ölü tapılıb
  • 5-10-2026, 18:19
    Azərbaycan, Türkiyə və Özbəkistan hərbi əməkdaşlığı dərinləşdirir
  • 5-10-2026, 18:16
    Pirallahıda yeni dərman zavodu açıldı: ildə 60 milyon qutu preparat istehsal ediləcək
  • 5-10-2026, 13:47
    Ramiz Mehdiyev və Eldar Əmirovun məhkəmə istintaqı bu gün başlayır
  • 1-10-2026, 13:20
    ABŞ İrana qarşı dəniz blokadasını sərtləşdirib: 125 ticarət gəmisinin marşrutu dəyişdirilib
  • 1-10-2026, 13:11
    FHN elektrik avtomobillərini şarj edənlərə xəbərdarlıq etdi
  • 1-10-2026, 13:07
    Rusiyada general-mayor Sergey Nikituşkin həbs edilib
  • 1-10-2026, 13:05
    AŞPA: Rusiyanın dondurulmuş aktivləri Ukraynaya milyardlarla avro təzminat üçün istifadə oluna bilər
Daha çox
Çox oxunanlar
19-10-2026, 23:42
İdeyaların beşiyi, etirazın və inqilabların vətəni
19-10-2026, 13:05
Teymur Musayevin təyinatı ilə Baş nazirin müavinlərinin sayı 4-ə çatdı
21-10-2026, 14:35
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
19-10-2026, 13:02
Anar Bayramov səhiyyə naziri təyin olundu
19-10-2026, 13:06
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu
20-10-2026, 16:51
“AzerGold” QSC-də Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüş keçirilib
Müsahibə
30-09-2026, 23:21
Frank Schwabe: “Azərbaycan Avropa Şurasının qaydalarına əməl etmədən üzvlüyün üstünlüklərindən yararlana bilməz”
18-05-2026, 15:23
Rossbax Bakıdakı güclü yağışları qlobal çağırışlarla əlaqələndirdi
19-12-2025, 12:14
Prezident İlham Əliyev Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş konqres iştirakçılarını təbrik etdi
6-12-2025, 21:00
İlham Əliyev BƏƏ-nin aparıcı şirkətlərinin rəhbərlərini qəbul edib
2-12-2025, 17:39
Saakaşvili: “Tbilisi Azərbaycan üçün problemlər yaratmağa başlayıb”
1-12-2025, 16:13
Ramiz Mehdiyevin general oğlu vəzifədən azad edildi
Araşdırma
6-05-2026, 19:34
ABŞ Senatı həbsdə olan jurnalistlərin azadlığa buraxılmasını tələb edib
6-05-2026, 19:32
Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verilib
26-04-2026, 13:16
BMT məruzəçiləri “Abzas Media” jurnalistləri ilə bağlı Azərbaycan hökumətinə sorğu göndərib
18-02-2026, 18:33
“Mediada Yalanlar və Tarixi Parallellər
16-02-2026, 21:35
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim barəsində qərar açıqlanıb
4-02-2026, 16:57
Haaqada azərbaycanlı siyasi mühacirlərin etiraz aksiyası keçirilib
Sosial
Azərbaycanda heyvanlara münasibət: Qanun var, mərhəmət niyə görünmür?
Mirzoyan: Ermənistan Azərbaycan üzərindən İran, Mərkəzi Asiya və Çinə çıxış əldə edə bilər
Mərhum Xalq artistinin kürəkəni yarım milyon manatdan çox dələduzluqda ittiham olunur
Keçmiş FIFA hakimi Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
Azərbaycan 31 Türkiyə vətəndaşının ölkəyə girişini qadağan etdi – SİYAHI
İdeyaların beşiyi, etirazın və inqilabların vətəni

Sizin reklam burada

E-mail:admin@foto.info.az

300x250

Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Din
  • Foto
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Maqazin
  • Dünya
  • İdman
  • Video
  • Müsahibə
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Təhsil
  • Səhiyyə
  • Maraqlı
  • Təsisçi və baş redaktor: Tərlan Novruzov
  • E-mail: admin@foto.info.az | foto.info.az@gmail.com
Müəllif hüquqları qorunur. Foto.info.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Foto.info.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə