USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin təltif olunması ilə bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, ölkənin sosial-iqtisadi inkişafında uzunmüddətli və səmərəli fəaliyyətinə görə Şahin Abdulla oğlu Mustafayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Qeyd edək ki, iyunun 13-də Şahin Mustafayevin 60 yaşı tamam olur. O, uzun illər iqtisadiyyat sahəsində müxtəlif vəzifələrdə çalışıb, o cümlədən iqtisadiyyat naziri vəzifəsini də icra edib. Hazırda isə Baş nazirin müavini kimi fəaliyyət göstərir.