USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Azərbaycan sentyabrın 20-də Moskvada keçiriləcək “İnterviziya” beynəlxalq mahnı müsabiqəsində iştirak etməyəcək.
Axar.az-ın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlayıb. Onun sözlərinə görə, Ermənistan hələlik iştirakını təsdiqləməyib.
Nazir əlavə edib ki, müsabiqədə 20-dən çox ölkə iştirak edəcək.
Xatırladaq ki, bundan əvvəl Azərbaycanın sözügedən müsabiqəyə qatılıb-qatılmayacağı ilə bağlı ziddiyyətli məlumatlar yayılmışdı.