USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və rəsmi səfərdə Bakıda olan İtaliya Prezidenti Sercio Mattarella oktyabrın 1-də İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak ediblər.
Tədris binalarında yaradılan şəraitlə tanışlıqdan sonra dövlət başçısı, birinci xanım və İtaliya Prezidenti ölkəmizdə səfərdə olan italyan universitetlərinin rəhbərləri, eləcə də İtaliya-Azərbaycan Universitetinin professor və tələbələri ilə görüşüblər.