USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Goranboy rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin olunub.
Fövqəladə Hallar Nazirliyinin daxili xidmət mayoru Taleh Əhməd oğlu Meyvalıyev sözügedən idarənin rəisi vəzifəsinə gətirilib. Bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Taleh Meyvalıyev bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində Goranboy Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini kimi çalışıb.