USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı çərçivəsində 1953-cü il dekabrın 11-də Roma şəhərində təsdiq edilmiş “Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyası”nın Nizamnaməsinə qoşulub.
Bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmanın imzalanması ölkədə və regionda dabaq xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi, heyvan sağlamlığının qorunması və beynəlxalq standartlara uyğun nəzarətin həyata keçirilməsi məqsədini daşıyır.