USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Bakı və İrəvan “3+3” regional platformasının növbəti iclasının keçirilməsi prosedurunu müzakirə edirlər.
Nazirin sözlərinə görə, “3+3” formatı qonşu ölkələrlə münasibətlərin inkişafı baxımından Ermənistan üçün hələ də vacibdir. O əlavə edib ki, iclasın Ermənistanda və ya Azərbaycanda keçirilməsi məsələsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının digər aspektləri ilə bağlıdır. Mirzoyan ümid edir ki, yaxın gələcəkdə bu məsələ ilə bağlı həll yolu tapılacaq.