USD
1.7000
%0,47
EUR
2.0183
%0,47
GBR
2.3633
%0,47
RUB
0.0232
%0,47
TRY
0.2009
%0,47

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla görüşüb.
Görüş zamanı İsxak Hersoqun Azərbaycana səfərləri və Prezident İlham Əliyevlə əvvəlki görüşləri məmnunluqla xatırlanıb. Tərəflər Azərbaycan–İsrail münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıblar.
Söhbət zamanı iqtisadi, ticarət, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar qeyd olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri və gələcək inkişaf istiqamətləri müzakirə edilib.